Qardaşım qaynar çayı üstümə tökdü

Qardaşım qaynar çayı üstümə tökdüXalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları "Düzünü desək" verilişinin qonağı olublar.

BiG.AZ saytı axsam.az saytına istinadən bildirir ki, uşaqlıqlarından danışan bacılar çox dalaşdıqlarını deyiblər.

Gülyanaq Məmmədova bacısını hər zaman qısqandığını söyləyib:

"Biz uşaq vaxtı çox dalaşırdıq. Ailədə on uşaq idik. Ən çox da Gülyazla mən yola getmirdim. Onun geyimlərini qısqanırdım. Əlindən alırdım, sonra da səhnədəki yerini əlindən aldım (gülür). Amma sonradan bir-birimizdən ayrılmırdıq. Gülyaz Bakıya oxumağa gələndə onun üçün darıxırdım, ağlayırdım".

Uşaqlığını xatırlayan Gülyaz Məmmədova isə qardaşı ilə bağlı xatirəsini bölüşüb:

"Bir dəfə qonaq getmişdim. Evə gələndə qardaşım Elman acıqlandı ki, niyə məndən icazəsiz getmisən? Dedim, yaxşı etmişəm, atam-anam icazə verib, sən kimsən? Qardaşım qaynar çayı üstümə tökdü. Anam məni yox, onu müdafiə etdi ki, qız uşağı "yaxşı edirəm" deməz. Bizi bu cür tərbiyə ediblər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1991   Tarix: 26 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sən mənim nəfəsimsən" - FOTO

Müğənni Gülay Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı qızı Sahilə ilə olan fotosunu izləyiciləri ilə bölüşüb. Gülay şəklə "Sən mənim nəfəsimsən" qısa şərhini yazıb

16.04.2024 1078
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

19.04.2024 246
.

"Avroviziya"dan sonra rus dilində danışır, verilişlərə gəlmirlər"

"Avroviziya"ya gedib gəlirlər efirə çıxmırlar. Onlara bunu xüsusi tapşırırlar ki, efirə çıxmayın? Ya da rus dilində danışırlar. Biri lap qabağa getdi. Hər yerdə rus dilində danışır, yazırdı. Bir gün konnservatoriyanın qabağında dayananda onu gördüm. İstiqanlı gəncdir, yaxınlaşdı orada uşaqlar

17.04.2024 707
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1168
.

"Yalı çapkını"nın aktyoru üzr istədi - Foto

Türkiyəli aktyor Taro Emir Tekinin son paylaşımı ona baha başa gəlib. Axşam.az xəbər verir ki, aktyor paylaşımında "İsrail əsgərləri taktiki atışmada belə qısa məsafə saxlayırlar. Bu mənim gündəlik çəkilişlərimdən ibarət qısa videodur. Şüurlu seçimdir" deyə, yazıb. Teronun bu paylaşımı izləyicilə

19.04.2024 1470
.

Firəngiz Mütəllimova vəfat edən qardaşından yazdı - "Sənsiz bir il"

Xalq artisti Firəngiz Mütəllimova dünyasını dəyişən qardaşı İlhamla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa qardaşının ölümündən bir il ötdüyünü yazıb. "Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Ürəyimin parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmə

14.04.2024 587
.

"The Platform" filminin 2-ci hissəsi tezliklə yayımlanacaq

"The Platform" filminin 2-ci hissəsi tezliklə Netflixdə yayımlanacaq. xəbər verir ki, bu barədə xarici mətbuat bildirib. Qeyd edək ki, filmin birinci hissəsi böyük marağa səbəb olmuşdu

19.04.2024 146
.

"Elnarə, səsin üçün ölərəm" - VİDEO

Türkiyəli pop ulduz Sərdar Ortaç yenidən Elnarə Abdullayeva ilə bağlı paylaşım edib. O, xanəndənin ifasını paylaşaraq ona təriflər yağdırıb. Gecə saatlarında muğamımıza qulaq asan sənətçinin dərin kədər içində olduğu nəzərdən qaçmayıb.( )

14.04.2024 1146
.

Lalə Azərtaşın verilişi bağlanır - İddia

Xəzər Televiziyası maydan "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. OLAY yazır ki, bu iddia saytında yer alıb. Bildirilir ki, Xəzər TV-dən verilən məlumata görə, Lalə Azərtaşın aparıcısı olduğu proqramla bağlı artıq qərar verilib:. "Televiziy

19.04.2024 659