Ata ondan polisə şikayət edən qızını öldürdü

Ata ondan polisə şikayət edən qızını öldürdü55 yaşlı ata ondan polisə 7 dəfə şikayət etmiş 17 yaşlı qızını qətlə yetirib.

İsmayıl Yağmur qızı P.Y.-ni 8 bıçaq zərbəsilə öldürüb və buna görə peşman olmadığını bildirib.

Adana Huzurevləri məhəlləsində yaşayan və Seyhan Bələdiyyəsi Park və Bağçalar Müdirliyində çalışan İsmayıl Yağmur mütəmadi olaraq qızını dərslərini oxumadığı, çox gəzdiyi, eləcə də oğlanlarla dostluq etdiyi üçün danlayıb.

Gənc qız isə atasının ona psixoloji təsir etdiyini, daim basqı altında saxladığını iddia edərək bu barədə polisə məlumat verib, valideynindən düz 7 dəfə şikayət edib. Bundan sonra polis idarəsinə çağırılan ata hər dəfə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Qız isə keçən həftə yetişdirmə yurduna yerləşdirilib.

Qızını evə dönməyə razı salmağa çalışmayan ata təsadüfən qızını internet kafenin qarşısında görüb. Lakin nədənsə bu dəfə o, qızı məcburi şəkildə evə aparmağa cəhd göstərib. P.Y.-nin qolundan tutub çəkməyə çalışan atanın hərəkəti qızına pis təsir etdiyindən onlar arasında mübahisə yaranıb. Əsəbiləşən ata qızına 8 bıçaq zərbəsi endirib. Ağır yaralanan P.Y. xəstəxanaya yerləşdirilib. Qız xəstəxanada dünyasını dəyişib.

Ata isə qızını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb. Onun axtarışına çıxan polis əməkdaşları qısa müddətdə İsmayıl Yağmuru yaxalamağa müvəffəq olub. İsmayıl qeyd edib ki, qızının hərəkətləri onu özündən çıxarıb:

"O, dərslərini oxumur, daim küçələrdə gəzir, oğlanlarla dostluq edirdi. Bu isə məni özümdən çıxarırdı. Artıq ona sözümü keçirə bilmirdim. Məndən polisə şikayət etdi, daha sonra isə evdən gedib yetişdirmə yurduna yerləşdi. Düzdür, ilk öncə onun evə dönməsini istəmirdim. Lakin bu cür vəziyyət çox davam edə bilməzdi. Odur ki, ondan evə qayıtmasını tələb etdim. Etiraz etdi və "Sən mənim işimə qarışa bilməzsən" dedi. Bu zaman əsəbimdən özümə yer tapa bilmirdim. Onu bıçaqladım. Peşman deyiləm".

Faktla bağlı araşdırmalar davam edir.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1806   Tarix: 24 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

20:44 134
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 1368
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

17:29 215
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

20:45 76
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 372
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 395
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

14:04 356
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 165
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

20:00 153