Canlı efirdə Azərbaycan manatını cıran qızları nə cəza gözləyir?

Canlı efirdə Azərbaycan manatını cıran qızları nə cəza gözləyir?Manatla bağlı Konstitusiyamız nə deyir?

Bu gün Azərbaycan cəmiyyətində, mətbuatında ən geniş müzakirə olunan məsələlərdən biri yerli telekanallardan biri olan "Xəzər TV"nin efirində baş vermiş insident oldu.

Belə ki, həmin telekanalda yayımlanan "Hər şey daxil" verilişinin aparıcıları, müğənni Sevil-Sevinc bacıları Azərbaycanın milli valyutasına qarşı təhqiramiz sayılacaq bir hərəkətə yol veriblər.

Belə ki, efirə başlayar-başlamaz mahnı oxuyan qızlardan biri operatorun onlara uzatdığı manatı alaraq, cırmağa, parçalara bölməyə başlayır və nümayişkaranə şəkildə yerə atır.

Digər bacı onun bu hərəkətinin nə dərəcədə yanlış olduğunu əl və göz işarələri ilə göstərmək istəyir, lakin faydasız...

Milli valyutasına qarşı nümayişkaranə şəkildə edilən bu təhqiramiz hərəkət azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin qarşılandı. Ən azından sosial şəbəkələrdə bu aparıcılar, veriliş, ümumiyyətlə efirində belə bir hərəkətin yer almasına imkan yaratmış "Xəzər TV" barədə kifayət qədər maraqlı şərhlər yer almışdı.

İnsanların cavab tapmaq istədiyi sual isə belə səslənirdi: Bu hərəkətə görə həmin aparıcılara nə cəza veriləcək?

Məsələ ilə bağlı açıqlama verən Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev bildirib ki, ölkədə bu gün efirə gedən verilişlər sabah təhlil olunur.

"Mən şəxsən o verilişə baxmamışam. Sabah həmin veriliş təhlil olunacaq. Bu, çox xoş olmayan bir haldır. Hər kəsə toxunan bir haldır. İstənilən halda Şura bu məsələni araşdıracaq, ən azından öz iradını bildirəcək. Bu barədə kollegial şəkildə qərar çıxarılacaq. Efirdə gedən hər bir məsələ nəzarətdədir, izlənilir və qiymətləndirilir", - deyə, Qafar Cəbiyev vurğulayıb.

MTRŞ-in yəqin ki, sabah yayımlanacaq rəyini gözləməkdə olaq, və keçək məsələnin hüquqi tərəfinə.

Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycanın milli valyutası olan manat Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır və dövriyyədən çıxarılır. AMB isə dövlətin mülkiyyətindədir. Belə olan halda, düşünmək olar ki, Azərbaycan manatı da dövlətin mülkiyyətindədir və ona qarşı hər hansı bir qanundankənar hərəkət dövlət əmlakına zərər vurulması kimi sayıla bilər.

Bəs qanunvericilik bu barədə nə deyir?

Azərbaycan Mərkəzi Bankı bu gün yalnız manatın bazara buraxılması, bazarda təmiz pul siyasətinin həyata keçirilməsi (yəni, dövriyyədə olan çirkli pulların tez bir zamanda ləğvi, yeniləri ilə əvəzlənməsi və s.), manatın məzənnəsinin tənzimlənməsi ilə məşğul olur, yəni, bu baxımdan qanunvericilikdə boşluq var – Azərbaycanda Mərkəzi Bankın dövriyyəyə buraxdığı manatın bilərəkdən korlanmasına qarşı hansısa bir məsuliyyət nəzərdə tutulmur. Milli valyuta onu dövriyyəyə buraxmış AMB-nin, yəni dövlətin deyil, həmin pulu maaş şəklində alaraq, cibində gəzdirən şəxsin mülkiyyətindədir. Həmin şəxs istəsə o pulu yandırar da, cırar da, atar da... Qanun buna görə hər hansı bir məsuliyyətin olmasını nəzərdə tutumur, Azərbaycan manatı Azərbaycanın himni, gerbi, bayrağı kimi dövlət rəmzlərinin sırasında deyil və qorunmur...

Amma çox təəssüf.. Ən azından milli valyuta ölkənin milli, siyasi, iqtisadi müstəqilliyinin əlamətlərindən biridir və onun da milli rəmzlərin sırasında olması, qorunması alqışlanan bir hal ola bilərdi. Ümid edirik ki, hörmətli millət vəkillərimiz parlamentin növbəti iclasında qanunvericilikdə olan bu boşluğun doldurulması üçün yeni qərar qəbul edəcəklər.

Belə bir hərəkətə, bu hərəkəti etmiş insana qarşı isə yalnız bircə effektiv yol qalır ki, onun da adı bu gün geniş müşahidə olunan ictimai qınaqdır.

Bəs ictimai qınaq nə deyir? Azərbaycanlı sosial şəbəkə istifadəçilərin yazdığı şərhlərə əsaslanıb, onların öz dili ilə desək, bu hadisədə ən çox qıcıqlandıran məqam "uğrunda minlərlə insanın canından keçdiyi bir dövlətin milli valyutasının hərəkətindən savadının o qədər də dərin olmadığı görünən iki aparıcı-müğənni tərəfindən nümayişkaranə şəkildə cırılmasından" (sosial şəbəkə istifadəçilərindən birinin yazdığı şərh tam belə səslənirdi) ibarətdir.

Əlbəttə, anlamaq olar, pul dəmirdən deyil, kağız parçasıdır, olur hərdən onu cibimizdən çıxardıqda ehtiyatsızlıq edib cıra bilərik, yaxud evdə uşaq pulla oynaya və onu cıra bilər... Uşaqdır, uşağı qınamalı deyilik axı. Lakin bu hərəkətin televiziya efirində, canlı yayımda, minlərlə tamaşaçı qarşısında edilməsi... Qanunda boşluq ola bilər, lakin bizim başımıza nə gəlib? – manat hər bir azərbaycanlı üçün milli valyutadır, bu gün dünyanın ən sabit valyutalarından biri kimi tanınan bu valyuta canlı efirdə hansısa aparıcı tərəfindən cırılırsa, belə deyək, qıraqdan baxan nə düşünəcək?

Özünü bu qızların prodüseri kimi təqdim edən Mehri adlı şəxsin söylədiyinə görə, Sevil və Sevinc bu hərəkəti bilməzlikdən, "uşaqlıqdan" ediblər, "qızlar buna görə üzr istəyəcəklər"... Gözləyək, ümid edirik ki, bu iş gecikməz, etdikləri hərəkətin nə dərəcədə yanlış olduğunu anlayan (buna ümid edirik) Sevil və Sevinc xalq qarşısına çıxıb günahlarının bağışlanmasını istəyəcəklər.

Bəs bacılardan biri nə üçün belə etdi? Qəsdənmi? Xalqının, millətinin, dövlətinin düşməni olduğu üçünmü? Əsla! Bunun bir səbəbi ola bilər – SAVADSIZLIQ. Bəli, adi, bayağı bir savadsızlıq... Razılaşın, normal bir təhsili, savadı olan şəxs etdiyi hərəkətin mənasını dərk edərdi və heç zaman milli valyutasını bütün dünyanın gözü qarşısında bu şəkildə alçaltmazdı... Deyilmi?

Ümid ediri ki, tez bir zamanda "Xəzər TV"nin rəhbərliyi, səlahiyyətli əməkdaşları bu məsələ ilə bağlı açıqlama verəcək, bu yanlışlığa yol verilmiş aparıcıları tənbeh edəcək, cəzalandıracaq və (inanmaq çətin olsa da) efirdən kənarlaşdıracaq. Gəlin razılaşaq ki, milli valyutanın, milli pulun, uğrunda minlərlə insanın şəhid olduğu bir dövlətin milli pulunun qədrini bilməyən şəxslərin efirdən xalqa ağıl öyrətməsi, aparıcılıq etməsi heç də düzgün deyil.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 14940   Tarix: 24 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kondisioner alarkən nələrə diqqət etməliyik? - VİDEO

Havaların istiləşməsi ilə kondisionerlərə tələbat artıb. -ın məlumatına görə, elektronika mağazalarında kondisioner qiymətləri 700 manatdan 2 900 manata qədər dəyişir. Mütəxəssislər bildiriblər ki, kondisioner alarkən ilk önəm verilməli məsələ otağın ölçüsüdür. Ətraflı süjetdə:

21.04.2024 314
.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21.04.2024 374
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 282
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21.04.2024 820
.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

14.04.2024 274
.

Alimlər Yer tarixinin ən iri ilanının qalıqlarını aşkar ediblər

Hindistanda tarixin ən böyük ilanının qalıqları tapılıb. Orada iki paleontoloq erkən Eosen dövrünə aid qədim heyvanın yaxşı qorunub saxlanmış 27 fəqərəsini aşkar ediblər. Bu barədə tədqiqatçılar "Scientific Reports" elmi jurnalında dərc olunan məqalədə yazırlar. Tədqiqatçılar hesab edirlə

20.04.2024 350
.

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏB

Bu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalınd

14.04.2024 177
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

15:30 63
.

Siz də telefonsuz qala bilmirsiniz? - Deməli, bu xəstəliyə tutulmusunuz

Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: nomofobiya. Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda gücl

14.04.2024 271