Bakıda qadınlar saçyolduya çıxdılar - VİDEO

Bakıda qadınlar saçyolduya çıxdılar - VİDEOBakıda kafe sahibi ilə qabyuyan arasında anlaşılmazlıq yaranıb

Xətai rayonu, General Şıxlınski küçəsində yerləşən kafedə qalmaqal baş verib. Şikayətçi Elmira Əzimova deyir ki, o, 2011-ci ildə həbsdən çıxdığdan sonra öz alın təri ilə pul qazanmaq üçün yaxınlıqda yerləşən iaşə obyektində işə düzəlib.

O, İlqar adlı şəxsə məxsus kafedə xadimə və qabyuyan işləyib. Dediklərinə görə onu işdən bəhanə ilə qovublar. Buna, şikayətçinin noxud oğrusu, oğlunun isə narkoman olması barədə iddialar səbəb olub. Bu səbəbdən işdən çıxarılarkən şikayətçinin əmək haqqı da kəsilib.

"İyun ayından oktyabr ayına kimi 150 manat əmək haqqım ödənilməyib. Noxud oğrusu idimsə işdən azad edərdi. Bəs nə üçün deyirdi ki, kafedə təmir işləri başa çatsın təkrar işə qayıdarsan. Əmək haqqımı tələb edəndə noxud oğrusu, oğlum isə narkoman olur" – deyə şikayətçi Elmira Əzimova bildirib.

Adıçəkilən iaşə obyektindən isə bildiridilər ki, xanıma heç bir borc filan yoxdur. İşdən çıxarılma səbəbi də burdan edilən oğurluqdur. Bununla razılaşmayan Elmira xanımla kafe rəhbərliyi arasında mübahisə başladı.

Daha sonra özünü iaşə obyektinin mühasibi kimi təqdim edən xanım gəldi. O, da bütün deyilənləri böhtan adlandırdı. Hisslərinə hakim ola bilməyən tərəflər yenidən əlbəayaxa oldular.

Bundan sonra Elmira Əzimova iaşə obyektindən uzaqlaşmalı oldu. Kafe sahibi Nəcibə Qasımova isə ona yalnız bir gün iş pulunun verilmədiyini dedi. Bu da cəmi 5 manatdır.

"Ona bir qəpik də olsun borcumuz yoxdur. Mənim yerimə bir başqası olsaydı onun işə qəbul etməzdi. Məhkumluq həyatı yaşamış insandır. Ola bilər ki, 5 aydır ki, burda çalşıb. Hər gün də görüdüyü işin müqabilində ona pul ödənilib " – deyə iaşə obyektinin sahibi Nəcibə Qasımova vurğulayıb.

Bundan sonra Elmira xanım kafeyə dəvət edildi. Və ona 50 manat pul təklif edildi.

Pulu qəbul etməyən Elmira Əzimova, 150 manat məbləğində pul almalı olduğunu, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət edəcəyini deyib.

ans.tv


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2419   Tarix: 28 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589