Bakıda müəlliməni döydüyü deyilən müəllim danışdı - VİDEO

Bakıda müəlliməni döydüyü deyilən müəllim danışdı - VİDEOQayınana böhtan üsuluna əl atıb.

Hadisə 154 saylı orta məktəbin tarix müəllimi Yaşar Quliyevlə Arifə Yusifova arasında baş verib. Zərərçəkən Arifə Yusifovanın üzərində zorakılıq əlamətləri olan fotoşəkilləri də yayılıb.

Məsələ ilə bağlı Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbin direktoru Əli Əliyev açıqlama verib.

Onun sözlərinə görə, hadisə məktəbdə baş verməyib.

Döyüldüyü iddia olunan 69 yaşlı Arifə Yusifova isə bu məktəbdə deyil, 109 saylı orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləyib. O, yaş məhdudiyyətinə görə 2011-ci ildən təqaüdə çıxıb. Ancaq onun Yaşar müəllim tərəfindən döyülməsi məsələsi aralarında olan ailə münaqişəsi zəminində baş verib.

154 saylı orta məktəbin direktoru Əli Əliyevin sözlərinə görə, Yaşar müəllim bu günə kimi bir uşağa əl qaldırmayıb, qeyri-etik davranış nümayiş etdirməyib.

Yaşlı müəllimi döyən müəllim isə hadisənin məktəblə heç bir əlaqəsi olmadığını və işin hazırda məhkəmədə olduğunu deyib.

Yaşar Quliyevin dediyinə görə, döyülmə tamamilə absurddur. Yəni Yaşar müəllimin dili ilə desək o, xanım müəllimin heç üzünü də görməyib. O, "Nə üçün bu hadisədə məhz Yaşar Quliyevin adı hallanır?" sualına cavabında dedi ki, Arifə Yusifova onun qardaşı Əziz Quliyevin qayınanası olub.

Yəni, 69 yaşlı təqaüdçü müəllimənin qızı Esmira Yusifova Yaşar Quliyevin qardaşı Əziz Quliyevin həyat yoldaşı olub.

Qayınana ilə ailənin mübahisəsi mülk üstündə düşüb. Buna görə cütlük boşanıb. Bundan sonra qayınana böhtan üsuluna əl atıb. Tarix müəlliminin dediklərinə inansaq bu hadisə 4 ay bundan əvvəl baş verib.

Hadisənin dəqiq səbəbləri isə məhkəmənin qərarından sonra məlum olacaq.

ans.tv


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1331   Tarix: 27 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 188
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 365
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 185
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24.04.2024 228
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 948
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

24.04.2024 247
.

İsrail Qəzzaya hücum etdi: 6 fələstinli öldü

İsrail Qəzza sektorundakı Rafah şəhərinə və Nusayrat qaçqın düşərgəsinə hücum edib. BİG.AZ xəbər verir ki, hücumu nəticəsində azı 6 fələstinli ölüb, bir çox insan isə yaralanıb. Məlumata görə, hadisə nəticəsində bir çox insan xəsarət alıb və dağıntılar altında olan itkin düşənlərin axtarışı davam edir

24.04.2024 78
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 199
.

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - YENİLƏNİB

İntihar etmiş sabiq baş pediatrı, Tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev hadisədən əvvəl məktub yazıbmış. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, keçmiş baş pediatr məktubda intihar etməsinin səbəbini yazıb. Məktub istintaq orqanı tərəfindən götürülüb. 14:20. Respublikanı

24.04.2024 1857