42 ərini öldürmüş manyak qadın

42 ərini öldürmüş manyak qadınSeksual manyak dedikdə ilk öncə gözümüzün önünə məhşur Çikotilo və yaxud İçalattökən Çek kimi ad çıxarmış məhşur qatillər gəlir.

Cəmiyyətdə belə fikir formalaşıb ki, silsilə qətllər törədən qatillərin hamısı kişilərdir və onlar bu cinayətləri seksual motivlərlə törədiblər.

Lakin bu, belə deyil. Manyaklar arasında qadınlar da var. Törətdikləri dəhşətli cinayətlərə görə onlardan bəziləri heç də kişilərdən geri qalmır.

Belə qadınlardan biri də Bella Seronson Ginnesdir.

İlk qurbanı

Bellanın harada doğulması tarixçilərin mübahisə mövzusudur. Çoxları iddia edir ki, o, 1859-cu il noyabrın 11-də Norveçdə, Syor-Tyondelaq quberniyasında anadan olub.

Ailədə səkkiz uşaqdan ən kiçiyi olub. Atası bənna idi. Ailə Tronxeym şəhərindən bir qədər aralıda, fermada yaşayırdı.

Deyilənə görə, gənc yaşlarında Bella sevgilisindən hamilə qalır. Lakin günlərin bir günü evə qayıdarkən sərxoş kənd zadəganı ona hücum edir, təpiklə qarnına vurur, qadını döyür. Nəticədə Bellanın hamiləliyi pozulur. Məhz bundan sonra gənc qızın davranışlarında dəyişikliklər başlayır. O, fermalarda çalışaraq, Amerikaya getmək üçün pul toplayır.

Tezliklə, Bellaya əl qaldıran zadəgan müammalı şəraitdə həlak olur.

Bella isə nəhayət pul toplayaraq, 1881-ci ildə Amerikaya köçür və burada xadimə işləməyə başlayır.

Sığorta pulu

1884-cü ildə Bella çikaqolu Medsa Sorenson adlı şəxsə ərə gedir. Medsanın şirniyyat dükanı vardı. Az-çox gəlir də gətirirdi. Lakin az keçmiş dükan yanır. Aldıqları sığorta ilə ər-arvad yeni ev alıb ora köçürlər.

Medsa və Bellanın üç qız uşaqları doğulur. Bir neçə ildən sonra hər üç qızcığaz müəmmalı şəraitdə dünyasını dəyişir. Uşaqların ölümü heç kimdə şübhə doğurmur. Qonşuların ağlına da gəlmir ki, ana öz balalarına qıya bilər. Ancaq fakt faktlığında qalır - Bella qızlarının həyatını sığortalamışdı. Onların ölümündən sonra qadın iri məbləğdə sığorta aldı.

Tezliklə Bellanın əri də dünyasını dəyişdi. Guya o, dərman içərkən həbləri səhv salmış, nəticədə güclü zəhərlənmişdi. Bella ərinin də həyatını sığortalamışdı. Həyat yoldaşının ölümünə görə aldığı sığorta pulları ilə Bella Ginnes yeni ferma aldı.

Ərinin qohumları şübhələnmişdilər. Onlar Bellanın hər hərəkətini izləyirdilər.

Başı kəsilmiş qatil

Bellanın isə heç nə vecinə deyildi. Özünə yeni-yeni sevgililər tapırdı. Hamı bilirdi ki, o, duldur, buna görə də tanış olmaq istəyən kişilərin sayı çox idi. Ancaq onların ağlına da gəlmirdi ki, bu xoş görünüşlü qadın əslində soyuqqanlı qatildir.

Yatağına saldığı kişilər tezliklə ona evlilik təklifi edirdilər. Bella imtina etmirdi. Ərə gedirdi, hər bir ərinin də həyatını sığortalayırdı. Bir qədər sonra isə həyat yoldaşları müəmmalı şəraitdə dünyalarını dəyişirdilər.

Ümumilikdə, Bella Ginnes 42 ərini "o dünyaya" göndərdi və sığorta pullarından yarım milyon dollar qazandı. O zaman üçün bu, fantastik məbləğ idi.

Polis Belladan çübhələnmişdi. Ancaq onun cinayətlərini sübuta yetirmək çətin idi.

Öldürülənlərin qohumları isə polisi gözləmək fikrində deyildilər. İntiqam almaq istəyənlərə cinayətin məhz Bellanın törətdiyini sübut etmək üçün fakt-dəlil lazım deyildi.

Günlərin bir günü Bella Ginnes yoxa çıxdı. Kimsə Belanın başını kəsib, sonra meyitini yandırmışdı. Onun qatili tapılmadı.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3093   Tarix: 28 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554