Bakıda cərimələnən piyadaların sayı 250 minə çatır

Bakıda cərimələnən piyadaların sayı 250 minə çatırVaqif Əsədov: "Piyadalar sürücülərə nisbətən yol hərəkəti qaydalarının pozulmasında davamlı hərəkət edir"

Ərşad Hüseynov: "Gün ərzində bir neçə milyon piyada yol hərəkəti qaydalarını pozsa da, 50-100 nəfəri məsuliyyətə cəlb olunur"

Yol nəqliyyat hadisələri nəticəsində sürücü və sərnişinlərlə yanaşı həyatını itirən, müxtəlif xəsarətlər alan piyadalar da çoxdur. Sürücü ehtiyatsızlığı nəticəsində müəyyən hadisələr baş verirsə, çox zaman piyadalar yol hərəkəti qaydalarına əməl etmədiyi üçün həyatını təhlükəyə atmış olurlar. Gündəlik müşahidələr də piyadaların yol hərəkəti qaydalarına riayət etmədiyini göstərir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Üç nöqtə"yə bildirdi ki, piyadalar üçün yol hərəkəti qaydaları sadə olsa da, bu gün Azərbaycanda orta statistik vətəndaşlar bu qaydaları çox primitiv şəkildə bilir, bəzən isə heç bilmir:

"Bilənlər də elə düşünür ki, bu qaydalara cərimələnməməkdən ötəri riayət etmək lazımdır. Azərbaycanda ölkə üzrə yol-nəqliyyat hadisələrində ölənlərin 40 faizə yaxını piyadalar olur. Hər il demək olar ki, bu statistika təkrarlanır. Hər il Azərbaycanda 400 nəfərdən çox piyadanı maşın vurub öldürür. Bundan iki dəfə çox piyada şikəst olur, xəsarət alır".

Ekspertin sözlərinə görə, piyadaların maarifləndirilməsi işinin genişləndirilməsi vacibdir: "Əslində işıqforun piyadalar üçün qırmızı işığı yandıqda yolu keçməyin qadağan olunduğunu bilənlər var. Maarifləndirmə yolu ilə bunu elə təbliğ etmək lazımdır ki, vətəndaş bu qaydalara riayət etməyin nə dərəcədə vacib olduğunu anlasın. Maaifləndirmə yox dərəcəsindədir. Bu istiqamətdə işləmək lazımdır".

Piayadaların yol hərəkəti qaydalarını pozması zamanı cərimələnməsinə gəlincə, Ə.Hüseynov bildirdi ki, qaydalara riayət etməməyə görə cərimələmək axırıncı variantdır: "İnsan canlı davranış nümayiş etdirməlidir. Cərimə ondan ötəridir ki, bu insan şüurludur, ağlı kəsir, amma ictimai qaydalara biganə yanaşır. Belə olan halda cərimə tətbiq olunur.

Azərbaycanda gün ərzində bir neçə milyon piyada yol hərəkəti qaydalarını pozsa da, onlardan 50-100 nəfər məsuliyyətə cəlb olunur. Qaydaları pozanların hamısını cərimələmək də mümkün deyil. 20 manatlıq cərimə kifayət qədər böyük məbləğdir. Piyadalar məsuliyyətli olmalı və bilməlidirlər ki, icazə verilməyən yerdən keçərlərsə, mütləq cəzalanacaqlar. Amma indi polislər müəyyən yerlərdə dururlar və bir piyadanı cərimələyirlər, üçünü yox. Bu da normal yanaşma deyil. Bu, mədəniyyət, yanaşa məsələsidir və təbliğ etmək lazımdır".

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyir ki, hər kəs piyadalar üçün nəzərdə tutulan yol hərəkəti qaydalarını bilməli və ona riayət etməlidir: "Bakı şəhərində piyadaların avtomobillə vurulması yol nəqliyyat hadisələrinin 51 faizini təşkil edir. Bu, artıq çox ciddi narahatlıq doğurur. Eyni zamanda, piyadalar sürücülərə nisbətən yol hərəkəti qaydalarının pozulmasında davamlı hərəkət edir.

Bu da yaxşı hal deyil. 2014-cü il ərzində piyadalara 139 mindən artıq protokol yazılıb və onlar qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb edilib. İlin əvvəlindən bu günə qədər isə Bakı şəhəri üzrə 500-dən artıq piyada məsuliyyətə cəlb edilib.

Piyadalar da sürücülər kimi işıqforun tələblərinə uyğun hərəkət etməli, yolu keçərkən diqqətli olmalı, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürətini təyin etməlidir. Ən azından özünün təhlükəsizliyinin təmin edilməsi və başqa hərəkət iştirakçılarının da hərəkətinə mane olmaması üçün yol hərəkəti qaydalarını öyrənməlidir".

Vaqif Əsədovun sözlərinə görə, 2013-cü ildə piyadaların avtomobillə vurulması ümumi hadisələrin 52,6 faizini təşkil edirdisə, 2014-də bu rəqəm 51 faizə düşüb: "Bu da onunla əlaqədardır ki, hər il piyadaların məsuliyyətə cəlb edilməsi işində müsbət göstəricilərin əldə edilməsi nizam-intizamın yüksəldilməsinə səbəb olur. 2013-cü ildə 100 min piyadanı saxlayıb məsuliyyətə cəlb etmişdiksə, 2014-də bu rəqəm 139 min oldu. İstər-istəməz piyadaların avtomobillə vurulması hallarının sayı aşağı düşdü.

Bu da "Yol hərəkəti haqqında" qanunun tələbinin yerinə yetirilməsi ilə bağlıdır. Hansı ki, bütün hadisələri təhlil edirik və görürük ki hadisələrin baş verməsinə səbəb tələblərin pozulmasıdır. Yol hərəkəti ilə bağlı tələblər yerinə yetirilirsə, deməli, yol hərəkətində mədəniyyət səviyyəsi yüksəkdir və mədəniyyət formalaşır".

V.Əsədov deyir ki, jurnalistlər də təbliğat işinin aparılmasında DYP-nin işinə yardımçı olmalıdırlar: "Cənab Prezidentimiz tərəfindən xüsusi tapşırıq verilib ki, təbliğat və maarifləndirilmə işləri gücləndirilsin. Bu baxımdan, biz də yol polisi olaraq fəaliyyətimizi 3 istiqamətdə qurmuşuq.

Birinci, hərəkətin təşkilini təmin etməyə çalışırıq. Gündəlik ərazini dəfələrlə müayinə edirik, çatışmamazlıqların aradan qaldırılması üçün təkliflər veririk və hərəkətin təşkili ilə bağlı bütün tələblərin yerinə yetirilməsi istiqamətində işlər görürük. İkincisi, təbliğat işlərini yaymağa, maarifləndirmə işlərini yüksəltməyə çalışırıq.

Bu da təkcə yol polisinin məlumatı hansısa qəzet, TV, radio və ya hansısa internet şəbəkəsi ilə elan etməsindən asılı deyil. Bütün media bu informasiyaların yayılmasında maraqlı olmalıdır.

Üçüncüsü, biz ərazi dislakasiya üzrə təhkim edilmiş yerlərdə təbliğat işlərinin aparılması ilə yanaşı, intizam məsuliyyətinə cəlbetmə işlərini aparırıq ki, bunu da yol hərəkətində nizam-intizamın yüksəldilməsi kimi qiymətləndirmək lazımdır".

avtosfer.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1132   Tarix: 09 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447