"Əshabi-Kəhf"in sirri

Bu gün Möminə Xatun, Qeysəriyyə kimi tarixi memarlıq abidələrilə yanaşı, "Əshabi-Kəhf" ziyarətgahı da Naxçıvanın simvoludur. Bura bölgələrlə yanaşı, xarici ölkələrdən də ziyarətə gələnlər var.

"Əshabi-Kəhf" mağara sahibləri mənasını daşıyır. Rəvayətə görə, hələ bütpərəstlik zamanı Dağ Yunis adlı şah xalqa zülm etdirirmiş. şahın ədalətsizliyinə dözə bilməyən 4 gənc onun zülmündən qurtularaq buradakı mağaralarda gizlənib. Allahdan onları qeyb etmələrini diləyiblər. Allah onları 309 il yatırdıqdan sonra dağı parçalayaraq qeyb edib. O vaxtdan bəri "Əshabi-Kəhf" Allahın möcüzəsi kimi insanların inam yerinə çevrilib.
Bu müqəddəs yeri ziyarətə gələnlər həmin gənclərin bir zamanlar yatdıqları qayanın içərisində Allahdan arzu edib, ora daş yapışdırırlar. Əgər kimin niyyəti baş tutacaqsa, həmin adamın daşı bura yapışır. "Əshabi-Kəhf" ziyarətgahında insanın marağına səbəb olan tək bu yer deyil.

"Əshabi-Kəhf"i ziyarətə gələnlər bu qayanın yanında niyyət tutub, onun içərisindəki dar cığırdan keçməyə çalışırlar. Əgər həmin dar cığırını keçə bilsələr, onda niyyətləri baş tutacaq. Deyirlər ki, kimin niyyəti safdır, bu cığırdan keçəcək. Əksinə olduğu təqdirdə isə, o şəxs nə etsə də, bu dar cığır onun üçün keçilməz olacaq. Ziyarətgahda qara daş, yəni meteroit də var. Bu daşın göydən nə zaman və necə düşməsi haqda məlumat yoxdur.
"Əshabi-Kəhf" ziyarətgahında olan məsciddə iki yazılı daş var. Onlardan birinin tarixi bəlli olmasa da, digəri 1109-cu ilə aiddir. Qurani-Kərimin "Kəf" surəsinin ayələri yazılan bu daşlar Naxçıvan xanlığı tərəfindən qoyulub.
"Əshabi-Kəhf" ziyarətgahının daha bir maraqlı və möcüzəvi yeri damcıxanadır. Belə ki, ziyarətə gələnlər ürəklərində niyyət tutub, burada otururlar. Əgər niyyətləri həyata keçəcəksə, yuxarıdan həmin adamın başına su damcısı düşəcək.
"Əshabi-Kəhf"dən dünyanın 4 ölkəsində var. İordaniya, Türkiyə, Hindistan və Azərbaycanda. "Əshabi-Kəhf" haqqında müqəddəs kitabımız olan Qurani-Kərimin 18-ci sürəsində də yazılıb. Müqəddəs kitabda haqqında danışılan "Əshabi-Kəhf" isə dəniz səviyyəsindən 1680 metr hündürlükdə yerləşən Naxçıvandakı bu möcüzəli yerdir. Bunu alimlər də, illərdir buranı ziyarət edən əcnəbilər də təsdiqləyir.

"Digər yerlərdə 3 qəbir sağda, 3 qəbir solda, biri də başdadır. Əgər bunlar qeyb olubsa, qəbirlər haradan çıxdı? Pakistanən Azərbaycandakı səfiri də bura gələndə, həqiqi "Əshabi-Kəhf"in bura olduğunu qəbul etdi", - deyə "Əshabi-Kəhf" dini-mədəni abidə kompleksinin direktoru Qaraj Qurbanov vurğulayıb.

Türkiyədən gələn ziyarətçi Hüsnü Hakkuş da həqiqi "Əshabi-Kəhf"in Naxçıvanda olduğunu bildirir: "Qurani-Kərimdə oxuduğumla bura uyğun gəlir. Bu qənatə gəldim ki, onlar həqiqətən burada yaşayıblar. Digər abidələr belə deyil. Belə bir abidədən biri də Türkiyənin Mersin şəhərində, həmçinin İordaniyada da var, mən oranı da ziyarət etdim. Niyyət etdim, daş yapışdırdım, yapışdı".

Ziyarətgahın direktoru deyir ki, payız aylarında "Əshabi-Kəhf"i ziyarət edənlər digər aylara nisbətən çox olur.

Qeyd edək ki, Heydər Əliyevin sərəncamı ilə "Əshabi-Kəhf" 1998-ci ildə dövlət müəssisəsi kimi qeydiyyatdan keçib. Elə həmin vaxt da buranın abadlaşdırılmasına qərar verilib. 2006-cı ildə isə növbəti dəfə bərpa işləri aparılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 16726   Tarix: 17 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

SON DƏQİQƏ! Pentaqonda təhlükəli maddə tapıldı

Pentaqonda "təhlükəli maddə" həyəcanı səbəbilə binanın bir neçə mərtəbəsi karantinə alınıb. Məlumata görə, ABŞ Müdafiə Nazirliyinin binasında hava keyfiyyəti ilə bağlı problem aşkarlanıb və buna görə təhlükəsizlik protokolları işə salınıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hadisə yerin

21:12 0
.

46,5 °C hərarətlə sağ qaldı: həkimlər buna inanmadı

Bir çox insan bilir ki, bədən hərarətinin 42 dərəcəyə çatması həyati təhlükə yaradır. Tibbdə hesab olunur ki, bu həddən sonra beyin və orqanizmdə geri dönməz proseslər başlaya bilər. Lakin 1980-ci ildə baş vermiş bir hadisə bu anlayışı dəyişdirdi. ABŞ-də yaşayan 52 yaşlı Villi Cons xəstəxanaya 46,5

19:45 150
.

Nadir Qafarzadənin nəvəsi ilə paylaşımı

Müğənni Nadir Qafarzadə öz adını daşıyan nəvəsi ilə paylaşım edib. Axşam.az xəbər verir ki, Qafarzadə birlikdə olan fotolarını sosial şəbəkədə yayımlayıb. O, paylaşımına "Bunun televizora baxmağı məni öldürdü" sözlərini yazıb. Qeyd edək ki, Nadir sənətçinin oğlu Əzizin övladıdır. İfaçının oğl

12:14 307
.

"3 ilə kitab yox olacaq" fikri nə dərəcədə doğrudur?

"Bəzi rəhbər şəxslər cəmiyyətin diqqətini müəyyən sahələrə yönəltmək, ictimai müzakirələr yaratmaq və ya təhsil sistemindəki durğunluğu əsas gətirərək islahatlara zəmin hazırlamaq məqsədilə qəsdən rezonans doğuran, hətta absurd görünən bəyanatlar səsləndirirlər. Bu yanaşma bəzən "şok terapiyası"

15:10 178
.

Kiberdələduzluqdan qorunmaq üçün 5 əsas qayda

"Xüsusilə kart nömrəsi, son istifadə tarixi, CVV kodu və bank tərəfindən göndərilən SMS təsdiq kodları həssas məlumatlardır. Bank, polis və ya hər hansı kredit təşkilatı adı ilə çıxış edilsə belə, bu məlumatlar heç bir halda tələb oluna bilməz". Bunu BİG.AZ-a açıqlamasında İnformasiya resurslar

15:44 182
.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda reabilitasiya xidmətləri niyə əlçatmazdır?

Azərbaycanda səhiyyə sisteminin ən mühüm və strateji hissələri - elmi-tədqiqat institutları, ixtisaslaşmış tibbi mərkəzlər və bərpa müəssisələri Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Bu qurumların yaradılmasında əsas məqsəd ağır xəstəliklərdən əziyyət çəkən insanların müalicəsi, reabilitasiyası

17:03 200
.

Culfada yanğında 3 yaşlı uşaq öldü

Bu gün Naxçıvan Muxtar Respublikasının (MR) Culfa şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın olub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Emil Cəfər oğlu Zeynalo

17:39 172
.

Məşhur bloqer evində güllələndi

Braziliyalı məşhur bloqer Alzira Mariya Teodoro Luis güllələnərək öldürülüb. xarici mediaya istinadla xəbər verir ki, kənd təsərrüfatı mövzusunda səhifəsi olan 43 yaşlı qadının meyiti evində aşkarlanıb. Onun baş nahiyəsindən güllə yarası aldığı müəyyən edilib. Polisin ilkin versiyasına görə, bloqer so

18:30 190
.

"Space TV"də işə başladı

Aparıcı Vüsalə Səid "Space TV"də işə başlayıb. Axşam.az xəbər verir ki, aparıcı kanalın xəbərlər buraxılışını təqdim edəcək. Bu barədə Vüsalə sosial media hesabında özü paylaşım edib. Qeyd edək ki, V.Səid Lider TV, İctimai TV, AZTV kimi kanallarda çalışıb

15:04 199
.

TOP MP3