Türkiyəli jurnalist Elnur Hüseynovu bir itə bərabər tutdu

Türkiyəli jurnalist Elnur Hüseynovu bir itə bərabər tutdu"Türkiyə musiqisi üçün bundan utancverici bir gün olmamışdı".

Türkiyənin Radikal xəbər portalının köşə yazarı Bülent Eriş "O səs Türkiyə" yarışmasının qalibi, azərbaycanlı müğənni Elnur Hüseynovla bağlı "Geçmişte köpek Max, bugün Azeri Elnur" başlıqlı məqalə yazıb.

Bülent Eriş

Türkiyəli jurnalist Elnur Hüseynovu bir itə bərabər tutduBiG.AZ həmvətənimizə qarşı təhqirlərdən ibarət həmin yazını təqdim edir:

"Türkiyənin ən böyük istedadı bir it olmuşdu, bu gün isə Türkiyənin "O səsi"ni bir azərbaycanlı qazandı.

Əvvəlcədən söyləyim ki, bu yazını çoxsaylı tənqidlərə məruz qalacağımı bilib yazıram.

Max adlı itdən başlayaq. Onu da deyim ki, mən heyvan hüquqları müdafiəçisi, bir insanı sevməyin digər canlıları sevməklə başladığını düşünən adamam. Bununla bağlı bəzi yazılarım da var. Söhbət Maxdan yox, qatıldığı yarışmanın formatından, qarşısına çıxdığı ölkə insanlarından gedir. Bir ölkənin "İstedad" yarışmasını bir it qazanırsa, məncə burda böyük bir problem olmalı. Birdən desəz ki, "bəs xaricdə hansısa yarışı başqa bir qazandı", cavabım belə olacaq: Məni xaric maraqlandırmaz, öz ölkəmə baxıram".

"Ayrı-seçkilik, millətçilik edirsənmi?" söyləsəniz, "Yüzlərcə yazımı təqdim edib bunun belə olmadığını, daha sonra isə bu torpaqlar mənim, xalq mənim, sərhədlər mənim" deyərəm.

"Heyvan ilə insanı qarışdırırsanmı?" desəniz, "Bunu mən yox, yarışmanı hazırlayanlar etmişdi", - deyə, cavab verərəm.

Maxın birinci olduğu yarışmanı xatırlayırsınız yəqin – bir dəstə iştirakçı var idi: müğənnilər, jonqlyorlar, akrobatlar, idmançılar, rəssamlar və başqaları. "Deməli, onlardan heç biri itdən istedadlı deyildi".

Bu cümləyə belə cavab verə bilərsiz: "Xalqın gözündə heç biri itdən istedadlı deyildi". Cavabım isə bu olacaq ki: "Xalq bir itin hamıdan istedadlı olduğu qərarına gəldi", "bir it bir sənətçidən istedadlı olmaz, amma xalqımız bunu belə qiymətləndirdi", "heç bir it qədər istedadlı deyildi".

Qayıdan "O səs Türkiyəyə". Çox gözəl səslər, maraqlı hadisələrin yer aldığı yarışda bu il çox qəribə bir şey baş verdi. Türkiyənin, bu torpaqların "O səsini" özgə birisi qazandı. Azərbaycanlı Elnur bu ölkənin 200 övladını geridə qoyaraq, birinci oldu. "Olmaz belə, ayrı-seçkilik, irqçilik edirsən" deyəcəksiz. "Yox, etmirəm, etmərəm, amma Elnur qalib gələ bilməz, qalib gəlməməli idi", deyərəm.

Dostum, o zaman yarışın adı niyə "O səs Türkiyədir"? Məqsəd bir sektoru dəstəkləməkdirsə, ölkə miqyasında və dünya miqyasında gözəl səsləri ön plana çəkmək deyilmi? Əgər bir dünya yarışması olsa idi, bütün ölkələrdə reklam edilsə idi. Yaxşı, xarici ölkələrdə yaxşı səslər var, gəlsinlər, iştirak etsinlər. Amma işin digər tərəfi də var – bir nəfər türkiyəli varmı ki, gedib xarici ölkədə yarışda birinci olsun?

Məqsədlərimizi, milli kimliyimizi, torpaq sevgisini, yurd sevgisini, gələcək inanclarımızı, hər şeyimizi itirdik və itirməkdəyik. Elnurun səsi yaxşıdır, gözəldir, güclüdür – mənə nə? Onun qalib gəlməsinin bu torpaqlara nə faydası var ki, mən onu qəbul edib? Onu birinci edən, SMS yazan yüz minlərin mənəviyyatını mən başa düşə bilmərəm. Türkiyə musiqisi üçün bundan utancverici bir gün olmamışdı.

Həm, Acun-Hökumət-17 Dekabr – Paralel – Rza – Ebru Gündəş – Elnur qatarında səfər edən bir gizli nəzəriyyə var.

Ebru Gündəşin qalib gəlməyinə təəccübləndimmi? Əsla. Mən hardan bilim ki, milyonlarla dollarlıq SMS tək bir nömrədən göndərilmədi? Sübutumuz olmaya bilər, amma ehtimal etmək hüququmuz da var".

Qeyd edək ki, Max ləqəbli it bir müddət əvvəl Türkiyənin "Yetenek sizsini" verilişində qalib elan edilmişdi.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10266   Tarix: 20 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23.04.2024 296
.

Mən öz puluma süni ada yaradıramsa... - Deputat

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsində qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir. -a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasınd

23.04.2024 273
.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

23.04.2024 425
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

23.04.2024 350
.

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23.04.2024 301
.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

23.04.2024 237
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

23.04.2024 163
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

23.04.2024 382
.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

23.04.2024 302