Qadın necə olmalıdır?

Qadın necə olmalıdır?Millət vəkili Qənirə Paşayeva

Sosial şəbəkədə bir video izlədim.

– Qardaş Türkiyədən Onur Bilgə adlı bir qardaşımız "Qadın necə olmalıdır?" adlı yazısı anladılır o videoda... Bu dünyada ən asan şey qadını yarğılamaq, ona necə olmasını nəsihət etməkdir... Ən çətini isə onu anlamaqdır, anlamaq... Və bir çox hallarda anlamadan anlatmaq... Bilmədən, tanımadan ittiham etmək... Bu qadınlığın yer üzündə yüzillərdir dəyişməyən taleyidir... Bu aqibətlə o qədər qadın qarşılaşıb ki, bütün qadınlığın taleyi kimi şərh olunsa belə... böyük qüsur olmaz. Əslində, anlamaqdan başlansaydı indi başqa cür olardı vəziyyət... Onur bəyə, bu yazını səsləndirən sənətçi qardaşımıza bir an səslənərək, "qadın necə olmalıdır" deyə bizə anlatmanıza ehtiyac yoxdur, demək istədim... Onsuz da Qadın olmanın nə qədər çətin olduğunu biz yaşayırıq bu dünyada... Hələ-hələ bir az tanınan, bir az uğurlu, bir az karyera qur-maq istəyən Qadının...

Aman, Tanrı!.. Siz bizə kişi necə olmalıdır, onu deyin, onu yazın... Kişinin necə olmalı olduğunu yazmayıb Onur bəy... İnşallah, bəlkə nə zamansa onu da yazar. Onur qardaşımız yazır: "Bir qadın, nə qədər gözəl, mədəniyyətli, zərif, dürüst və xoş olursa-olsun, hüzursuz və əsəbisə, son dərəcə itələyicidir. Gözəl! Amma heç bir qadın doğuşdan hüzursuz və əsəbi doğulmur ki! Onun belə duruma gəlməsində suç təkcə onun özünəmi aiddir? Allah eşqinə, bir ciddi-ciddi düşünün... Müsəlman toplumundakı qadını, onun çağdaş dünyada hər addımda çeynənən haqlarını, başarılı qadına toplumun ödətdiyi bədəlləri düşünün...

Bu gün hələ da dünyada minlərlə qız (doğulmadan) ana bətnin-dəcə qətl edilir. Bilirsinizmi nəyə görə? – Minlərlə ana bətnində qətl edilən bəbəklərin tək suçu qadın cinsindən olmalarıdır... Amma oğlan uşaqları ilə bağlı varmı belə statistika? Xeyr! Allah eşqinə, hansı ana bəbəyini "qızdır" deyə qətl edər, əgər həyat yoldaşı, ailəsi, çevrəsi onu çarəsiz buraxmasa... Deyək ki, artıq qız uşağı dünyaya gəldi... Sizcə, ailələrin yüzdə neçə faizində oğlanla qız uşağına eyni düşüncəylə münasibət bəslənəcək? Bu sualın cavabını öz ədalətinizə buraxıram. Dünyadakı statistikalara baxın.

Hələ də bir çox ailələrdə qızların çoxu məhz qız doğulduqları üçün təhsildən uzaq tutulur, məktəbə göndərilmirlər... – Tək suçları isə... məlum: qız olmaqdır! Mən hələ ailəiçi basqılardan danışmıram... Dünyada çox gənc yaşlarda istəmədiyi insanlarla evləndirilən qızların sayını bilirsinizmi? Sanki satışa çıxarılmış malmış kimi... – "Qız mənimdir, nə desəm, o olacaq"... kimi qorxunc bir düşüncə ilə… Hələ də bəzi yerlərdə davam edən törə cinayətləri... Nə qədər qadın qadın olduğu üçün hələ də "törə cinayətləri"nin qurbanı olur, bilirsinizmi? Bəlkə də bilmirsiniz?.. Çünki kimsə dəqiq rəqəmləri bilmir... Çünki bir çoxları hələ də gizlədilir...

Niyə universitetlərdə qızlar oğlanlardan daha azdır... Yoxsa, siz də gerçəkdən qadının kişidən daha az ağıllı və istedadsız olduğunumu düşünürsüz?.. Gəldik, sizin söylədiyiniz "ana maddə"yə... "Bir qadın, nə qədər gözəl, mədəniyyətli, zərif, dürüst və xoş olursa olsun, hüzursuz və əsəbisə, son dərəcə itələyicidir..." Sizcə, gözəl, mədəniyyətli, zərif, dürüst və xoş bir qadın nə üçün hüzursuz, əsəbi və sizin söylədiyiniz kimi itələyici olmaq istəsin ki?.. Heç düşündünüzmü? Həm də kişilərin bir çoxunun onlara sizin kimi itələyici baxdığını bildiyi halda... Univer-sitet həyatını bitirib, "mən də arzularımın, xəyallarımın arxasınca gedəcəm", deyən xanımların bir çoxlarının yaşadıqlarını, ödədiyi bədəlləri gerçəkdən bilirsinizmi? Çevrənizə baxın, qadınlar toplumun bir çox yerlərində hələ də kişilərdən daha az təmsil olunur. Heç soruşdunuzmu öz-özünüzə: nə üçün?! O zaman götürün bütün əməli çalışma sahələrini və incələyin... Və sual edin: Nə üçün? Qadının ikinci sinif vətəndaş olduğu harada yazılıb? Yoxsa, hələ oralarda təmsil olu-nacaq qədər ağıllı qadının olma-dığınımı düşünürsünüz?..

Bəli, qardaşım, həyatın amansızlıqlarıdır, qadını hirsləndirən, hüzursuz və əsəbi edən... Hansı qadın belə ol-maq istər ki... hansı qadın?.. İncələ, qardaşım, uğur qazanmış qadınların yüzdə neçəsinin qadın kimi, həyat yoldaşı kimi xoşbəxt olduğunu araşdır... amma qarşına çıxacaq mənzərənin sizi üzəcəyini bilirəm... Bədəl ödər bu qadınların çoxu, bədəl... Ödədikləri və ya ödətdirilən bədəl isə o qədər ağırdır ki... Onun adı qadın xoşbəxtliyi, qadın mutluluğudur... Kişilər güclü qadınları sevərmi? Kişilərin sizcə yüzdə neçə faizi başarılı qadını sevər? – amma bir insan, bir dost kimi deyil, bir həyat yoldaşı kimi... Bu sualların cavabını da sizin öz ədalətinizə buraxıram... Mən çox duydum bunları bilirsnizmi... – Filankəs çox yaxşı, çox başarılı bir xanımdır, insanın onu kimi dostu, yaxını olsa, nə gözəl olar və onlarla dostluq etmək istəyənlər çox olur...

Amma onların həyat yoldaşı olmaq, onlara sahib çıxmaq... – Yox azdır belə kişilərin sayı, deyilmi? Sadəcə çox güclü kişilər dözər xanımının uğuruna, toplum içində qazandığı sayğıya, onun aktiv bir şəkildə kişilərlə birlikdə çalışmasına, onun toplumda başarılarının öyülməsinə. Çox az kişi qəbul edə bilir bunları və hər zaman qadınının yanında olub onu qoruyar, hər zaman "nə olursa olsun, mən varam yanında" deyib onunla qürur duyar. Çox az kişi. Bir az da olsa anlaşılırmı, bəzi qadınların bəzən hirsli, hüzursuz və əsəbi olmasının səbəbi... Bunun tək səbəbi onlar deyil, elə deyilmi? Bilirsinizmi, bir çox qadınlar qadın xoşbəxtliyini itirməmək üçün başarılı olma arzu və duyğularını qurban verirlər... amma yenə bədəl ödərlər... Ailəiçi şiddətin məğlublarının əksəriyyət halda qadın olduğunu bilirsiniz, deyilmi...

Hansı qadın ailəsinin bədbəxt, hüzursuz olmasını istər? Hansi qadın ərinin evdə tapa bilmədiyi hüzuru qıraqda axtarmasını istər? – Heç bir qadın! Demək, qadınların bəzən hirsli, hüzursuz və əsəbi olmasının tək suçu onlarda deyil... Ailədə və toplumda qadına şiddətin statiskası ilə maraqlandınızmı heç? Onlar tam dəqiq rəqəmlər olmasa da, bilirəm, öyrəndikdə canınız acıyacaq, canınız... Bir az fərqli aynadan baxacaqsınız... Yeni moda gəldi... Pulları, mövqeləri artdığı zaman bəzi kişilər ilk öncə avtomobillərini və həyat yoldaşlarını dəyişir... Bəzi qadınlar evlənmədən belə bu qorxunu daşımağa başlayarlar və bu onları bəzən hirsli, hüzursuz, əsəbi edər... Ərinə əmin olan hansı qadın hirsli, hüzur-suz, əsəbi olar ki?.. Baxın, dinimiz "zina günahdır" deyir... Amma çevrənizə baxın... Qadın zina edərsə, onu öldürməyə hazır toplumlar əksərən kişinin zinasına normal baxır. Sanki belə də olmalıdır...

Nə olsun ki! – "qadınsan, otur, canın yansa da, döz" ...Bunlar qadını hirsli, hüzur-suz, əsəbi edər, qardaşım, edər... Onur qardaşımız belə davam edir: "Hansı kişi, hirsli, hüzursuz, əsəbi bir qadınla birlikdə olmaq istər? Yanınızda, lüzumsuz əl-qol hərəkətləriylə, əsəbi mimikalarla, dişlərini sıxaraq danışan, hər an partlamağa hazır bir bomba ilə nə qədər hüzurlu və xoşbəxt ola bilərsiniz?" Amma unutmayın, dəyərli qardaşım, bu qadınlar pis deyillər, onların bir çoxunun sizin mələk kimi gördüyünüz bir çox -larından daha yumşaq, sevgi dolu qəlbləri var... Bir də hüzurlu qadınla hər kişi birlikdə ola bilər... Amma güclü kişi, onları da anlayan, öz şə f -qəti, sevgisi ilə onlara sahib çıxan, həyatın və insanların bədəllər ödətdiyi bu Allah əmanətinə mən sahib çıxacam, onu incitmələrinə izn verməyəcəm, onu öz sevgim və şəfqətimlə sağaldacam, hüzurlu birisi olmasına yardım edəcəm. Və hər kəs görəcək ki, qadınlar doğuluşdan hir sli, hüzursuz və əsəbi doğulmurlar, onu bu hala bir az da biz gətiririk...

"Ya nınızda, lüzumsuz əl-qol hərəkətləri ilə, əsəbi mimikalarla, dişlərini sıxaraq danışan, hər an partlamağa hazır bir bomba ilə nə qədər hüzurlu və xoşbəxt ola bilərsiniz?" sualında həyatda dəyişməyən insan yoxdur... İtələmək güclülərin deyil, zəiflərin "üsul"udur... Güclü kişi itə ləməz, sahib çıxar. "Dəyişəcək, dəyişdirəcəm" deyən kişi güclü kişidir... Bunu bir filmdə izləmişdim. Deyirdi ki, "kişi mələyi fahişəyə çevirən deyil, fahişəni mələyə çevirəndir" ...Bu gün belə kişilər gündüz çıraqla axtarılacaq oldu nə yazıq ki... "Heç bir qadın sənin qədər gözəl ağlaya bilməz... Bir ulduz yağmurudur, sənin göz yaşların!" – Ümit Yaşar Oğuzcanın sözlərini xatılıyırsınız, yəqin dəyərli qardaşım... Bir şey söyləyimmi?.. Əslində hər bir qadın gözəl ağlar o göz yaşlarını dəyərləndirəcək kişiyə bağlıdır, bir çox şey...

Yaxşı qadınları sirli-sehirli təsvir etmişsiniz... "Onların bütün məqsədləri kişilərini xoşbəxt etməkdir. Onları xoşbəxt edərək xoşbəxt olurlar." Bəs kişilər, onların da bütün məqsədləri qadınlarını xoşbəxt etməkdirmi? Onlar da qadınlarını xoşbəxt edərəkmi xoşbəxt olurlar? Əslində, bilirsinizmi, xoşbəxtliyin tablosu tam olaraq belə ortaya çıxır. Xoşbəxtlik bir tərəfli tam olmaz... Qadın da kişiyə verdiyi xoşbəxtliyin qarşılığını istər... Bu onun haqqı deyilmi?.. Zatən doğuşdan fədakardır qadınlar... Qadınların kişisi üçün etdiyi və etməyə hazır olduğu fədakarlıqları çox az kişi edər həyatda, bunu zatən hamımız bilirik... amma onlar da insan, hələ sevən bir qadındırsa, onu ən çox hirsli, hüzursuz, əsəbi edən sevdiyi kişi olar. Siz, toplum, onu hiss etməzsiniz...

Çünki yaşadıqlarını paylaşmazlar ki, onlar... paylaşmazlar. Səhabələrdən birisinin xanımı çörəyini, suyunu günəşə qoyar, isti su, quru çörək yeyərmiş; əri işdə elə yeyir, deyə... Ərini özündən öncə düşünür, müsəlman qadını! Nə qədər gözəl!.. Müsəlman kişisi nə edər? Lütfən onu da anladın... və gerçək həyatda onu nə qədər görüb, bildiyinizi də... Müsəlman qadını ərini ana kimi şəfqətlə sarar. Bacı kimi qanad gərər üstünə. Qardaş kimi yanında, canında daşıyır. Dost kimi çiyin verir, paylaşır. Əri olaraq da bütün ürəyi ilə, hər şeydən çox sevər, hər kəsdən üstün tutar, sahib çıxar, qardaşım! Məhz SAHİB ÇIXAR! Bəli, qadın da bunu gözləyir?..

"Evdə nə hüzur verirsiniz də, qıraqdakılardan qısqanırsınız? Hər şey yaxşı gedirsə; onlar nədən özlərini qırağa atırlar? Arılar, bal dolu pətəklərini nə üçün tərk edir? Acı yox, dadlı yox; evdə duranın ağlı yox!" – deyirsiniz… Gözəl!.. Kişini nə qədər gözəl anlaya bilirsiniz?.. O zaman nə üçün?.. Nə üçün qadın(lar) belə olur... Tək suçlu omu? Şeytan deyillər ki, qardaşım... Niyə xoşbəxtliklərini öz əlləri ilə məhv etsin, əgər qarşısında gerçəkdən onu sevən, ən azı anlayan, sayğı göstərən kişi varsa..? "...Sinirdən tir-tir əsən, söylənən, bağırıb-çığıran, qovğa gəzən... bir qadın olmayın! Öncə sakin olun! Hüzur tapın; hüzur verin! Sonra zərif olun! Daha sonra da, duyğusal olun. Ağıllı olun, ağıllı!" – deyirsiniz... Gözəl..! Mən də sizə, "bir düşünün" – deyirəm, "fərqli bir tərəfdən baxın" – deyirəm... Hər kəs günəşi baxdığı şüşənin rəngində görürmüş, qır o şüşəni ki, nuru görə biləsən, deyib aqilər... Yazının sonunu, "unutmayın ki, kişilərin hər kəsdən öncə, sizə ehtiyacları var!" – deyə bitirmişsiniz... Mən də elə bitirirəm... unutmayın ki, qadınların hər kəsdən öncə, sizə ehtiyacları var!

Anlayışsız, qaba, zalım, bəncil, hirsli olmayın... Anlayın sevgi, sayğı və kiçik bir fədakarlıq qarşılığında bütün həyatını belə sizə qurban verməyəcək qadın yoxdur..." Bir də qərar aldım bir qadının necə olmasını kişilər yazıb, kişilər səsləndirirsə, bir kişinin də necə olması gərəkliyini yazmaq demək qadınlara qaldı. Çünki özləri yazmaq və səsləndirmək istəməmişsə... demək ki, bunu qadınlardan gözləyirlər... O üzdən dəyərli xanımların yazdıqlarının bütün toplum və dünya üçün yararlı olacağına inanıram... O toplum və dünya ki, hamımız orada yaşayırıq... – qızlı-oğlanlı, qadınlı-kişili... Və unutmayaq, Allah bəşəriyyəti məhz iki insandan – bir kişi (Adəm) və bir qadından (Həvva) çoxaltdı... Və bəşəriyyətin, dünyanın nizamı belə qoyuldu. Qarşılıqlı sevgi, qarşılıqlı sayğı, qarşılıqlı fədakarlıq…

gun.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3230   Tarix: 28 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024