Deputat: Hər qız uşağına görə 10 min manat verilməsi barədə xəbərlər əsassızdır

Deputat: Hər qız uşağına görə 10 min manat verilməsi barədə xəbərlər əsassızdır"Əslində deməliyik kimin pulu var onun uşağı çox olsun".

Azərbaycanda ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacağı və onların hesabına 10 min manatın vəsaitin köçürüləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır.

Bunlar boş söhbətdir və sosial informasiyadır. Necə ola bilər ki, məbləği qıza vermək olar, oğlana olmaz? Bu gün də sosial informasiyalar qədər narahat, cəmiyyəti tərpədən informasiyalar yoxdur.

Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Dünyada başqa bir təcrübənin olduğunu da bildirən komitə sədri vurğulayıb ki, demoqrafik təhlükəsi olan bəzi ölkələrdə problemi aradan qaldırmaq üçün iki uşağı olan ailələrə üçüncü uşaq olduqda əlavə vəsait verirlər:

"Azərbaycanda isə uşaqların orta sayı artır. İldə təbii artım 125-130 mindir. 18 ildən sonra ona yer, ev, iş tapmalıyıq, yemək verməliyik. Bunun əlavə həvəsləndirməsi də olsa kasıbın, imkansızın, əlilin uşağı daha çox olacaq. Əslində isə biz deməliyik ki, kimin pulu varsa, onun uşağı çox olsun. Evdə 4 it saxlayır, amma 1 uşağı var. Belə hallar ayıbdır".

Qeyd edək ki, dünən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov mətbuata açıqlamasında deyib ki, ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacaq.

Həmin hesaba 10 min manat vəsait köçürüləcək. O bildirib ki, 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramında qız uşaqlarının sayının artırılması məsələsi öz əksini tapıb.

Bu təklif Dövlət Proqramına daxil edilib. Həmin vəsait qız uşaqlarının hesabına hissə-hissə köçürüləcək. Bu vəsaiti məktəb xərcləri üçün istifadə etmək mümkün olacaq. Təklif hazırda müəyyən yaş həddində olan ikinci qız uşaqlarına da şamil olunacaq. Sözügedən Dövlət Proqramı layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2665   Tarix: 28 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 169
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 144 nəfərə çatıb. Rusiyanın səhiyyə naziri Mixail Muraşko Moskvada müxbirlərə bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsind

16:40 77
.

Bakının bu hissəsində marşrut avtobusları üçün yenilik - Foto

Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus "Gənclik" metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Belə ki, qurum tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyya

16:02 172
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 411
.

Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub. Bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb. Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir. Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzl

13:09 305
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 562
.

Hacı Nuran Meray Kerini təbrik etdi

Aparıcı Hacı Nuran Hüseynov dünyaca məşhur müğənni Meray Keri ilə fotolarını paylaşıb. OLAY yazır ki, o, sənətçinin doğum günü olduğunu qeyd edib. Həmin fotolar isə illər əvvəl çəkilib

16:15 208
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 322
.

Prezident Erdoğanla yaşlı qadının səmimi söhbəti- VİDEO

Türkiyə Prezidenti Erdoğan Diyarbakırdakı mitinqdən sonra onu gözləyən yaşlı bir qadın ilə söhbət edib. BİG.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Həmin videonu təqdim edirik:

16:20 71