Lotus ən güclü sportkarını təqdim etdi

Britaniyanın "Lotus" şirkəti Cenevrə avtosalonunda sportkar "Lotus Evora 400"-ü təqdim edib. İstehsalçıların sözlərinə görə, bu, şirkətin tarixində ən güclü avtomobildir. "Lotus Evora 400" faktiki olaraq zavod tüninqinin məhsuludur – avtomobil yeni qabaq bamper, dəyişilmiş güzgülər və palçıq qoruyucusu, 19- və ya 20-düymlük döymə təkər diskləri, fərqli cihazlar paneli alıb, salonu daha gözəl materiallarla işlənilib.

Eyni zamanda, əyləc sistemi də yenidən işlənib, asılqan təkmilləşdirilib və arxa hissədə yeni çərçivə və mühərrik üçün dayaq quraşdırılıb. Bütün bunlar avtomobilin çəkisini 22 kq azaldıb. Lakin əsas təkmilləşdirmə 3,5-litrlik "Toyota" altılığının gücləndirilməsi olub ki, indi onun gücü 345 a.g.-dən 400 a.g.-ə qədər (400 Nm) artıb.

Bu da istehsalçıya "Lotus" şirkətinin tarixində ən güclü avtomobil yaratdığını deməyə imkan verir. İstənilən halda, avtomobil ümumi istifadə üçün nəzərdə tutulub. Mühərrik ya 6-pilləli mexaniki, ya da 6-diapazonlu avtomat sürət qutusu ilə birgə işləyir. Avtomobil ilk yüzlüyü 4,1 saniyəyə yığır, maksimal sürət isə 300 km/saatdır. Maksimal sürət daha çox ola bilərdi, lakin təhlükəsizlik nöqteyi-nəzərindən istehsalçı sürəti bu nöqtədə məhdudlaşdırıb.

"Lotus"-un tarixində ən güclü avtomobil hələ 1996-cı ildə peyda ola bilərdi. O zaman "Lotus Esprit V8" modifikasiyası hazırlanmışdı ki, onu 3,5-litrlik 500 a.g. verən 8-silindrli turbo mühərriklə təchiz etmək planlaşdırılırdı.

Lakin yoxlama zamanı məlum oldu ki, sürət qutusu belə gücə uyğun deyil və tez xarab olur. Buna görə də mühərriki 350 a.g.-ə qədər zəiflətmişdilər. Təxminən 20 il lazım oldu ki, "Lotus" gücü 400-ə çatdırsın. "Lotus Evora 400"-ün istehsalı iyun ayında başlayacaq, satışa isə avqustda çıxarılacaq.

auto.az

Lotus ən güclü sportkarını təqdim etdiLotus ən güclü sportkarını təqdim etdiLotus ən güclü sportkarını təqdim etdiLotus ən güclü sportkarını təqdim etdiLotus ən güclü sportkarını təqdim etdi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1201   Tarix: 02 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 282
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

18.04.2024 279
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 495
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 354
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

10:02 281
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 473
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 510
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18.04.2024 293
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 177