Telefonu kim icad edib?

Telefonu kim icad edib?"Vaxt gələcək, insanlar danışdığı insanın təsvirini telefonda görə biləcək"
(Aleksandr Bell, 1906-cı il)

Müasir mobil telefon avadanlıqlarına toxunduqda hər şeyin necə başlandığını çox nadir hallarda xatırlayırıq. Hazırda mobil telefon həyatımızın bir hissəsinə çevrilib. Babadan-nənədən tutmuş nəvəyə kimi hamı möcüzəvi texniki avadanlıqdan istifadə edir. Bəs həyatımızın bir hissəsinə çevrilən telefonun kim tərəfindən icad edildiyini bilirsinizmi?

Publika.az "Bizim tərcümə" layihəsində martın 3-də dünyaya gələn "telefonun atası" Aleksandr Qrehem Bellin həyat hekayəsini və maraqlı faktları təqdim edir.

Bell 1847-ci il martın 3-də Edinburqda (Şotlandiya) dünyaya gəlib. O, London kollecində həkim-fizioloq təhsili alıb. Onun babası və atası yaxşı nitq qabiliyyətinə malik olub. 16 yaşda Aleksandr nitq mexanizmini tədqiq edərək, Ueston-Hauz akademiyasında natiqlik və musiqi müəllimi vəzifəsini qazanır.

Hər iki qardaşı vərəm xəstəliyindən vəfat etdiyi üçün Bellin ailəsi 1870-ci ildə Böyük Britaniyadan Kanadaya köç edir. Gənc alim orada sim ilə səsləri ötürən elektrik piano ixtira edir.
Bell ABŞ-a köçdükdən sonra ilk növbədə eşitmə qabiliyyətindən məhrum uşaqların təhsili ilə məşğul olacaq müəllimlər üçün hazırlıq məktəbini təsis edib. O, hətta 1873-cü ildə Boston universitetində nitq fiziologiyası üzrə professor adını da alıb.

1875-ci ildə Bell elektriki səsə çevirən sadə bir avadanlıq hazırladı. Eyni zamanda onunla yanaşı, başqa alimlər, məsələn, Antonio Meuççini də belə bir avadanlıq üzərində çalışırdı. Ona görə də telefonun ilk dəfə kimin tərəfindən icad edildiyi son zamanlaradək mübahisəli məsələ olaraq qalmaqda idi. Telefonun əsl ixtiraçısı haqda gedən mübahisələrə isə uzunsürən məhkəmə prosesindən sonra 2002-ci il iyunun 11-də ABŞ Konqresi nöqtə qoydu. Konqresin son qətnaməsinə görə, telefonunun ixtiraçısı italiyalı Antonio Meuççi hesab edildi. Buna baxmayaraq, Bell 1876-cı il martın 7-də ixtirasını patentləşdirə bilmişdi.

Bəs Meuççi kim idi? Antonio Meuççi 1808-ci il aprelin 13-də Florensiyada dünyaya gəlib. İtaliyanın milli qəhrəmanı Cüzeppe Haribaldi ilə dostluq edən Antonio həyatı üçün təhlükə yarandığından Amerikaya köçüb. O, hələ İtaliyada olarkən simlərlə səsi ötürən telektrofon qurğusunu işləyib hazırlamışdı. Lakin Amerikaya yollanarkən onun gəmisində baş verən partlayış nəticəsində Meuççi ağır yaralanır. Dərman almaq üçün o, laboratoriyasını cəmi 6 dollara satmaq məcburiyyətində qalır. Sonra isə o, "Western Union" şirkəti ilə görüşərək, ixtirasını sənədləşdirmək və telektrafonun kommersiya versiyasını hazırlamaq üçün əməkdaşlıq etmək istəyir.

Bir müddət keçdikdən sonra "Western Union" şirkəti Meuççinin sənədlərinin itdiyini deyir və onunla əməkdaşlıqdan imtina edir. O zaman ixtiraçı 1871-ci ildə ixtirasını patentləşdirmək üçün müstəqil şəkildə ərizə göndərir. Lakin patentin rüsumunu ödəmək üçün onun 10 dolları olmur. Beş il keçdikdən sonra Aleksandr Bell "hava yolu ilə səslərin elektrik titrəyişini ötürən avadanlığın" patentini alır. Və Bell "Western Union"un köməkliyi ilə şirkətini maliyyələşdirir. Zamanında Meuççi həmkarı Belli oğurluqda ittiham etsə də, ədalət yalnız 126 ildən sonra qələbə çaldı. ABŞ Konqresinin verdiyi qətnamədə telefonun hələ 1860-cı ildə icad edildiyi və onun ixtiraçısının Meuççi olduğu sübut edildi. Bell "Western Union" şirkəti ilə işgüzar münasibətlərdə olduğundan, Meuççinin ixtira etdiyi telektrafonun konstruksiyasına aid materiallara giriş əldə etmişdi...

Bell ilk telefonu 1877-ci ildə hamının gözü qarşısında təqdim etdi. O, məkanların birində alimlər də daxil olmaqla ictimaiyyət qarşısındaca dəstəyə sözləri diktə etməyə başladı. Stenoqrafçı isə onun hər sözünü qeydə alırdı. Başqa bir stenoqrafçı tam başqa bir binada qəbul aparatı ilə əyləşmişdi. Seans bitdikdən sonra stenoqrafçılar diktə edilən sözləri müqayisə üçün tutuşdurdular... Bu, dünyanın dəyişikliyə aparan dövrün başlanğıcı idi! Hər şey uyğun gəlirdi. Sözbəsöz...

Yeni texnologiya sürətlə yayılmağa başlandı. İlk telefon stansiyası Konnektikutda istifadəyə verilməyə başladı. Bundan sonra, o, imkanlı insana çevrildi.
Aleksandr Bell telefonda salamlamaq üçün alman dənizçilərinin leksikonundakı "Ahoy" sözündən istifadəni təklif edib. Sonra isə Tomas Edison ənənəvi "Hello" ("Salam") sözünü təklif etdi. Bu söz formasını dəyişərək, dilimizə "Alo" kimi daxil oldu.

Dünyanın ilk "telefonçu qadınları" Emma və Stella Natt bacıları oldu. Telefonçuların aylıq məvacibi 10 dollar idi və bu məbləğ o dövr üçün yaxşı məbləğ hesab olunurdu. Telefonun əsası qoyulduqdan sonra qadınlar üçün iş yerlərinin sayı çoxaldı. Çünki telefonçu sənəti kişilərin üzünə bağlı idi. İş ondadır ki, qızmar yay günlərində telefonların yerləşdiyi məntəqə isti olduğundan, telefonçu qızlar tamamilə soyunmalı olurdular. Axı hələ kondisionerlər kəşf edilməmişdi...
1880-cı ildə Bell yoldaşı ilə "fotofon" adlı simsiz telefon ixtira etdilər. Aleksandr Bell bu ixtirasını həyatında etdiyi ən yaxşı texniki yenilik adlandırdı.

Məlum olduğu kimi, Aleksnadr Bell 1877-ci ildə tələbəsi, tamamilə kar olan Meybl Habbardla ailə həyatı qurub. Bu ailənin tarixçəsi isə təsirli epizodlardan boldur. Məsələn, Meybl jurnalistlərin suallarına cavab verərək dahi ərinin nə üçün "fotofon" üzərində tədqiqatları dayandırmasını belə izah edib: "Mən kar olduğumdan, insan nitqini eşidib qiymətləndirə bilmirdim, buna görə ərim fotofon üzərində tədqiqatları dayandırmalı oldu".
Telefonun ixtiraçısı Aleksandr Bell, bir dəfə də olsun, anası və arvadına zəng etməyib. Çünki onların hər ikisi kar idi.

Aleksandr Bell telefonu ixtira etməklə yanaşı, öz itini danışdırmağa da cəhd edib.
O, çox dindar insan olub. Aleksandr Bellin fikrincə, onun yeni ixtirası olan telefon ölən insanlarla da danışmağa imkan verəcək.

Bundan başqa, Aleksandr Bell irsi karlıqla mübarizə apararaq bir neçə il ərzində tədqiqatlar aparıb.

Bell 1922-ci ildə vəfat edib. Onun ölümünü ABŞ-da bütün telefonçular 1 dəqiqə sükutla yad etdilər.

axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3222   Tarix: 06 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571