Rasim Balayev əməliyyat olundu

Rasim Balayev əməliyyat olunduNəsimi tək dərisi soyuldu, Babək kimi at belinə qalxdı. Ucaldı və ucaldıqca, sənətin zirvəsinə qalxdı. Xalq onu uzun illər, Nəsimi, Babək adlandırdı. Amma bu rolların arxasında bir ad dayanırdı: Azərbaycanın xalq artisti, dövlət mükafatı larreatı Rasim Balayev.

Bu günlərdə onun ayağı əməliyyat olunub. Amma özü istəmir ki, onu xəstəliyini böyüdək. Bununla belə biz yenə də məlumat verək ki, xalq artisti Rasim Balayev cərrahiyyə əməliyyatı olunub. Cərrahiyyə əməliyyatı onun ayağının baş barmağında aparılıb. Əməliyyat 1 saat davam edib. Palataya köçürülən xalq artisti hazırda özünü yaxşı hiss edir. Amma hələ ki, həkimlər onun ayağa qalxmasına razılıq verməyib.

Bu cahana sığmayan aktyorla Travmatologiya və Ortopediya Elmi-Təqdiqat İnstitutunda yatdığı palatasında söhbət etdik. Başına gələnləri də özündən eşitdik.

Deyir ki, 5-6 ay əvvəl yıxılmışdı: "Əvvəl əhəmiyyət vermədim. Narahat olmağa əsas da yox idi. Növbəti bir ay ərzində nəsə irinlədi. Sonra getdim həkimlər dedilər ki, bir şey yoxdur. Düzgün müalicə aparılmadı. Müxtəlif dərmanlar verdilər. Uzun müddətdən sonra belə fəsada gətirib çıxardı".

Xalq artisti deyir ki, onda şəkər də tapılıb. Amma həkimlər bunun ciddi olmadığını bildiriblər. Pəhriz və kiçik müalicələrlə şəkərin ayağındakı zədəyə təsir etməsinə çalışıblar və bu da nəticə verib. Həkimlər qorxulu bir şey olmadığını deyib.

Həyatında ilk dəfə xəstəxanada və yataqda ekran qarşısına çıxdığını və bundan narahat olduğunu deyən aktyor bildirir ki, o ömrünün son anlarına qədər başını dik tutmaq istəyir, sağlam yaşamağı arzu edir: "Adam son anına qədər sağlam olmaq istəyir. Arzu edirəm ki, Allah hamıya sağalan xəstəlik versin. Gənclər də, hər kəs sağlamlığının qədrini bilsin".

İndi xəstəxana otağında başını müxtəlif qəzalar nəticəsində əməliyyat olunmuş gənclərlə söhbətlə qatır. Deyir "mən onlara, onlar da mənə təsəlli verir". Amma aktyor ömrünün 63-cü baharında arzularla doludur. Deyir ki, çox istərdi bu dünyadan köç etməmiş heç olmasa bir tarixi filmə çəkilsin və illəri hədər getməsin: "İstərdim ki, tarixi filmlər olsun. Nə qədər sağam, bu filmlərdə oynayım. Filmlər tarix yaradır. Tarixi tək arxeoloji qazıntılarla yaşatmazlar".

Həqq yolunda olan xalq artistinə biz də şəfa diləyirik. Hər zaman "xoşbəxtlik


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3055   Tarix: 23 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233