Neyrotrop dərmanlar

Neyrotrop dərmanlarPeriferik sinir sisteminin funksiyalarını tənzim edən dərmanlar 2 yarımqrupa bölünür:
I. Afferent innervasiyaya, yəni hissi sinir uclarına və sinirlərə təsir edən dərmanlar.
II. Efferent innervasiyaya, yəni vegetativ sinirlərə və skelet əzələlərinin hərəki sinirlərinə təsir edən dərmanlar.

Yerli anestetiklər, yəni hissi sinir uclarının oyanma qabiliyyətini zəiflətməklə və ya sinir liflərində impulsların nəql olunmasını blokadaya almaqla anesteziya (hissiyyatın, o cümlədən, taktil, temperatur, ağrı hissinin olmaması) törədən anesteziyaedici dərmanlar (kokain, dikain, novokain, lidokain, anestazin və s.) I yarımqrupa aiddir.
II yarımqrupdan vegetativ sinir sisteminin parasimpatik şöbəsinin mediatoru asetilxolini və simpatik mediatorlar olan adrenalini və noradrenalini, eləcə də oyanmanın sinir ucundan əzələyə nəql olunmasını blokadaya alan kurare tipli maddələri göstərmək olar.

Mərkəzi sinir sisteminə təsir edən dərmanlara narkoz törədən dərmanlar, etil spirti, yuxu dərmanları, analgetiklər (ağrıkəsicilər), epilepsiya əleyhinə, parkinsonizm əleyhinə, psixotrop (insanın psixi fəaliyyəti pozularkən tətbiq edilən) dərmanlar, analeptiklər (mərkəzi sinir sisteminin fəaliyyətini stimulyasiya edən dərmanlar) aiddir.

Narkoz mərkəzi sinir sisteminin (əsasən cərrahi əməliyyatlar zamanı törədilən) müvəqqəti funksional iflici olub, dönən prosesdir, yəni cərrahi əməliyyatdan sonra xəstə əvvəlki vəziyyətinə qayıdır. Bu adlı maddələrdən müasir cərrahlıqda, anesteziologiyada müvəqqəti ağrısızlıq yaratmaq üçün istifadə edirlər. Narkoz özünü huşun itməsi, hissiyyatın (ilk növbədə ağrı hissinin) və reflektor reaksiyaların, skelet əzələlərinin tonusunun zəifləməsi ilə büruzə verir. Narkoz törədən dərmanlara efir, heksenal, ftorotan, ketamin, propanidid, natrium-oksibutirat, azot — l- oksid (güldürücü / şadlandırıcı qaz) və s. aiddir.

Etil spirti mərkəzi sinir sisteminə ümumi zəiflədici təsir göstərir və nəzərə çarpan antiseptik xassəyə malikdir. Odur ki, başlıca olaraq, antiseptik dezinfeksiyaedici (operasiya sahəsini, iynə vurulan yeri, cərrahi alətləri və s.) kimi və əczaçılıqda dərman preparatları hazırlamaq üçün işlədilir.
Yuxu dərmanları yuxu törədir və yuxunun lazımi qədər sürəkli olmasını təmin edir. Barbituratlar, bəzi alifatik birləşmələr kimi ənənəvi yuxu dərmanlarının kiçik dozası sedativ (sakitləşdirici) təsir göstərir, orta dozası yuxu gətirir, böyük dozası isə narkotik təsir göstərir. Yuxu dərmanlarına nozepam, fenazepam, fenobarbital, natriumetaminal, xloralhidrat və s. aiddir.

Analgetiklər seçici surətdə ağrı hissini zəiflədən maddələrdir. Bunlar hissiyyatın digər növlərinə təsir etmir və huşun itməsinə səbəb olmur. Analgetiklər iki qrupa bölünür:
I. Narkotik (opioid) analgetiklər, analgetik aktivliyə malik qeyri-opioid preparatlar və qarışıq (opioid və qeyri-opioid) təsir mexanizminə malik analgetiklər.
II. Qeyri-narkotik analgetiklər.

Narkotik analgetiklərdən ilk işlədiləni xaşxaşın sütül qozalarından alınan morfindir. Tiryəkin kimyəvi strukturuna görə fenantren törəmələrinə aid olan preparatları (morfin, kodein və s.) əsasən mərkəzi sinir sisteminin fəaliyyətini zəiflədir, analgetik və öskürək əleyhinə təsirə malikdir, izoxinolinin törəmələri (papaverin və s.) isə saya əzələlərə spazmolitik təsir göstərir.

Morfin — hidroxlorid suda asan həll olan ağ rəngli kristal maddədir. Beyin qabığının hissi zonalarının (ağrını azaldır), tənəffüs, öskürək mərkəzlərinin fəaliyyətini zəiflədir, qusma mərkəzini oyadır, maddələr mübadiləsini zəiflədir, temperaturu salır. Şiddətli ağrı, sancı, öskürək, həmçinin şok, infarkt zamanı, cərrahi əməliyyatlardan əvvəl və sonra tətbiq edilir.

Təkrar işlədildikdə, orqanizm buna vərdiş edir. Tiryəkin tozu, quru ekstraktı, tinkturası qarın damcısı kimi və s. işlədilir.

Promedol da narkotik analgetiklər qrupundandır.

Qeyri-narkotik analgetiklərə salisil turşusunun (aspirin və s.), pirazolonun (butadion, analgin, amidopirin), paraaminofenolun (parasetamol, fenasetin) törəmələri aiddir.
Bütün bu preparatlar ağrıkəsici, iltihab əleyhinə və temperaturu salıcı təsir göstərir.
Salisil turşusunun preparatları güclü qıcıqlandırıcı, yandırıcı, antiseptik, keratolitik təsirə malik olduğundan, bunları seboreya, ekzema, piodermiya, dermatit, dərinin qaşınması, döyənək, ziyil və s. zamanı xaricə işlədirlər.
Aspirin ağrıkəsici, temperaturu salıcı təsirlə yanaşı, iltihab və revmatizm əleyhinə təsir göstərir, tər ifrazını artırır; endokardit, miokardit, artrit, nevralgiya, miqren, baş və diş ağrısı zamanı işlədilir. Qanı durulaşdırdığı üçün qanın laxtalanmasını azaltmaq lazım gələn xəstəliklərdə (məsələn, miokard infarktında) təyin edilir. Preparatın təsirindən ürəkbulanma, qusma, qarında ağrı, tərləmə, ümumi zəiflik, allergiya, qanaxma müşahidə edilə bilər.
Sedativ (sakitləşdirici) təsirə malik preparatlar psixotrop dərmanlar qrupuna daxildir. Bunlara brom duzları, pişikotu (valeryan) tinkturası, diamotu tinkturası və s. aiddir.

Mənbə: www.kayzen.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 9099   Tarix: 28 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

TOP MP3