Təqaüdə çıxarılanlar işə qaytarıla bilər? - VİDEO

Təqaüdə çıxarılanlar işə qaytarıla bilər? - VİDEO65 yaş həddi bir neçə il əvvəl ölkədə gənclərə iş yeri açmaq üçün böyüklərə qoyulan yaş həddi məsələsi yenidən aktualdır. Çünki, bu qanunun tətbiqi yalnız iki sahənin insanlarına daha çox təsir etdi. Müəllim və həkimlər.

Ofelya Quliyeva yaş həddi ilə əlaqədar pedaqoji fəaliyyətinə xitam verilən müəllimlərdən biridir. 42 illik iş stajı olan Ofelya xanım 225 saylı orta məktəbdə ibtidai sinif müəllimi olub. Kurrikulumun gözəl bilicilərindəndir. Ötən il 69 yaşı tamam olduqda, həyatının tən yarısını həsr etdiyi təhsil ocağından ayrılıb.

Ofelya Quliyeva deyir ki, işləmək yaşdan deyil, səhhətindən, qüvvətindən asılıdır: "İşlədiyin sahəyə olan məhəbbətindən asılıdır. Əgər mənim qüvvəm varsa, gücüm, savadım çatırsa, nəyə görə gedib evdə oturmalıyam".

Baxmayaraq ki, onu bu gün də həm şagirdləri, həm müəllim kollektivi, yenidən yanlarında görmək istəyərdi. Eyni zamanda məktəbin direktoru da Ofelya Quliyevanı müəllim kimi işə götürməyə hazırdı. Di gəl ki, qanun buna yol vermir. Ofelya müəllimə tək deyil, onun kimi bir çoxları 65 yaş həddini haqlasalar da, savadı, fiziki sağlamlığı imkan verir ki, peşə fəaliyyətini davam etdirsin. O cümlədən bir çox səhiyyə işçiləri yaş senzinə görə işdən kənarda qalıblar.

Ekspertlər düşünür ki, onların bir çoxu hələ öz vəzifəsində qalıb, işlədikləri sahəyə səmərə verə bilərdilər. Necə ki, Xoşbəxt Yusifzadə 85 yaşı olmasına baxmayaraq geologiya, geofizika, yataqların işlənməsi üzrə aparıcı mütəxəssisdir. Sözün yaxşı mənasında yerin üstünü də, altını da yaxşı bilir. Onun xeyir duası ilə Azərbaycan neft-qaz sənayesində uğur əldə edir.

Baş nazir Artur Rasizadənin də yaşı 70-i ötüb, lakin yenə də işinin üstündədir. Milli Məclisdə hesabat təqdim etdi. Elə parlamentdə də yaşı 70-i haqlayan deputatların sayı kifayət qədərdir. Deməli, istisnalar mümkündür.

Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrə çalışmanın son yaş həddi 65-dir. Maddənin ikinci bəndində göstərilib ki, 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətini müvafiq icra hakimiyyəti, nazirlik hər dəfə bir il olmaqla 5 dəfə uzada bilər. Yəni 70 yaşa qədər. Ali məktəb müəllimlərinə yaş senzi şamil edilmir.

Millət vəkili Çingiz Qənizadə hesab edir ki, qanunda müəyyən boşluqlar var. Əvvəla o, düşünür ki, müəssisə rəhbəri yaşı müəyyən həddi ötmüş istədiyi şəxsi işdə saxlaya da bilər, saxlamaya da. Millət vəkili peşəkarlıq, idarəçilik baxımından yaş həddinin 60 və ya 65 göstərilməsilə razı deyil:

"Xüsusi peşəkarlıq tələb edən işlərdə gəncləşdirmə siyasəti peşəkarlığı arxa plana çəkəcək. Və işin ahəngi pozulacaq. Hüquq-mühafizə orqanlarında obyektiv təhqiqat istintaq işinin aparılması sahəsində işin faiz dərəcəsi pozulacaq. Çünki peşəkar daha tez və operativ olaraq məsələnin həllinə nail olur, nəyinki gənc kadrlar".

Prezident yanında dövlət qulluğu komissiyasının mətbuat xidmətindən ANS-ə bildirildi ki, hər il dövlət orqanlarına yaşı müəyyən həddə çatmış şəxslərlə bağlı müraciət olunur. Sorğu əsasında işinə xitam verilən şəxslər barədə məlumatlar reyestrdə yoxlanılır və bazaya daxil edilir.

Komissiyadan əlavə edildi ki, hələ ki, dəqiqləşmə işi aparılır. Ötən il yaş hədinə görə işinə xitam verilən şəxslərin statistikası barədə ictimaiyyətə məlumat veriləcək.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1022   Tarix: 02 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693