1 aprel zarafatımız iki məşhuru düşmən etdi

1 aprel zarafatımız iki məşhuru düşmən etdi1 aprel Gülüş günündə iki tanınmış insan arasında qalmaqal yaradıb. Təbii ki, aprel zarafatı etmək istədik və belə alındı. Əməkdar artist Elza Seyidcahanla sevilən şair Vahid Əzizi üz-üzə qoyduq. Tərəflər hətta əsəbiləşərək, bir-birlərinin ünvanına ittihamlar səsləndiriblər. Amma bu, bizə asan başa gəlmədi. Zarafatın sonu hətta dava ilə nəticələnəcəkdi.

- Elza, tanınmış şair Vahid Əziz bizə açıqlamasında sənin şairlik istedadının olmadığını deyib. Bu fikirlə razısanmı?
- Vahid Əzizin mənim haqqımda bu sözləri deməyə ixtiyarı yoxdur. Çünki mənim şeirlərimə qiymət verən xalqdır. Mən özüm Vahid Əzizin şeirlərinə baxıb şair olmuşam. Əgər məni bəyənmirsə, mənə pis şair deyirsə, deməli, elə özü-özünü pisləyir.

- Heç şeirləriniz barəsində aranızda fikir mübadiləsi olub?
- Həmişə şeirlərimi tərifləyib. Amma bir dəfə mənə dedi ki, Elza, şeirlərini mənə gətir, bəzi yerlərində düzəliş edim. Bu sözlər xoşuma gəlmədi, çünki mən şeirlərimə düzəliş olunmasını istəmirəm.

- Ümumiyyətlə, münasibətiniz necədir?
- Yaxşı. Hansı məclisə gedirəmsə, məni yuxarı başda əyləşdirir, "gözəl xanım, burda oturma, orda otur" deyir. İndi nooldu, pis şair oldum? Onun sözlərinə mahnı da bəstələmişəm. "Aktyorlar" mahnısı çox məşhurdur. İndi durub məni pisləyir.

- Elə onu deyəcəkdim. Vahid Əziz deyir ki, o vaxt həmin şeirinə mahnı bəstələməyini istəmirmiş. Çünki sənin bəstəkarlıq istedadını da şübhə altına alır.
- Vahid Əziz çıxıb efirdə bu sözləri hamının gözü qabağında söyləsin. Xalq onu qınayar e, necə yəni mənim "Aktyorlar" mahnım pisdir, belə şey olar?

- Bəlkə, özü də şair olduğu üçün şeir yazmağını qısqanclıqla qarşılayır?
- Elə səbəb budur də. Elza şeirləri ilə qabağa gedir, xalq onu şairə kimi də tanıyır, sevilir. Bunu həzm eləmək asan deyil e… Həmişə məni qadınlar dəstəkləyib, kişi şairlər məni qısqanıblar. Çünki gözəl qadınam, gözəl mahnılar bəstələyirəm, gözəl də şeirlər yazıram. Buna görə də Vahid Əziz məni pisləyir.

- Bəlkə, bədahətən ona bir şeir söyləyib, necə bir şair olduğunu sübut edəsən?
- Yaz:
Şair səni vəsf eyləyim,
Yoxsa səni məst eyləyim?
Mən axşam proqramların birində qonaq olacağam, onda Vahid Əzizə üzümü tutub bu şeiri deyəcəyəm, qoy mənə cavab versin.

- Bəs Publika.az vasitəsi ilə Vahid Əzizə nə demək istərdiniz, deyin, özü də eşitsin.
- Vahid Əziz, qamçınızı, tüfənginizi hazır saxlayın, Elza Seyidcahan gəlir.

Vahid Əziz isə Elza xanım haqqında Publika.az-a bunları söylədi:

- Vahid müəllim, Elza Seyidcahanla münasibətiniz necədir?
- Salam-əleykimiz var. Mənim iki şeirimə mahnı da bəstələyib. İnsafən, mahnıları xoşuma da gəlib, yaxşı musiqilərdir, çox da sevilir.

- Şeirlərini bəyənirsiniz?
- Vallah, yalan nə deyim, oxumamışam, nə də eşitməmişəm.

- Bəs axı özü deyir ki, siz ondan şeirlərini istəmisiniz və demisiniz ki, Elza, şeirlərini gətir, düzəliş edim…
- Yox, yox, mən elə şey deməmişəm, yalan deyir.

- Elza onu da deyib ki, sizi bir şair kimi bəyənmir…
- Bəyənmir heç bəyənməsin. Vahid Əziz qız-gəlin deyil ki, hamının xoşuna gəlsin.

- Güya siz onu şair olaraq qısqanırsınız?
- Bu nətəhər olur. Bilirsən necədir, bu poeziya dəb kimidir. Bir var "Volodarski" fabrikinin istehsalı olan mallar. Bir də var podium üçün istehsal olunan geyimlər. Brend malı geyinib avtobusa minmirsən. Yəni küçə-baca geyimləri, bir də kübar məclislərin libası. Şeir də belədir. Vahid Əzizi heç kimlə qarışıq salmayın. Bu saat kim istəsə, şeir yaza bilər.
Dişlərini fırçala,
Tər-təmiz ol, düş yola.

Bu, şeir deyil axı. Sən Allah, məni Elzanın dilinə salma.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2437   Tarix: 01 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939