ATV də Baxşəliyevlər qalmaqalı - VİDEO

ATV də Baxşəliyevlər qalmaqalı - VİDEOBir aydan artıqdır ki, "Öz aramızda" "səniaxtarıramlıqla" məşğuldur.

Tanınmış telejurnalist Xoşqədəm Baxşəliyevanın (Hidayətqızı) ATV-də yayımlanan populyar "Səni axtarıram" verilişini ANS TV-yə transfer etməsi hazırda ciddi şəkildə müzakirə olunmaqdadır.

Reytinqli və baxımlı bir kanaldan populyar verilişin dayandırılıb, digər telekanala adladılması və bunun səbəbi barədə açıqlama verilməməsi ciddi suallar yaradır. Hazırda nə Xoşqədəm Hidayətqızının özü rəsmi açıqlama yayıb, nə də ATV rəhbərliyi. Ona görə də ehtimallara yol açılıb.

Ehtimallardan ən inandırıcısı isə ATV-dəki "Öz aramızda" adlı digər populyar veriliş və onun aparıcısı Zaur Baxşəliyevlə bağlıdır. Artıq bir müddətdir ki, Z.Baxşəliyev "Öz aramızda" verilişində proqramın formatına qətiyyən uyğun olmayan istiqamət seçib. Belə ki, hazırda "Öz aramızda" verilişində də itkin düşmüş insanların tapılması istiqamətində Z.Baxşəliyevin komandası çalışmaqdadır.

Sözügedən mövzular mart ayından üzü bəri özünü göstərir. Yəni bir aydan artıqdır ki, "Öz aramızda" "səniaxtarıramlıqla" məşğuldur - atasının şiddətinə görə evdən qaçan gənci, 15 ildir ki, itkin düşən Tver vilayəti sakinini, 11 yaşlı Ceyhunu, 21 ildir ki, ailəsindən didərgin düşüb Qazaxıstanda yaşayan ailə başçısının tapılması və s. süjetləri misal göstərmək olar.

Görünür, Xoşqədəm Baxşəliyeva Z.Baxşəliyevin "Səni axtarıram" verilişinin formatına uyğun verilişlər hazırlamasından və onun mövzusunu mənimsəmə cəhdindən təbii narazılığını dilə gətirib. Bu haqlı narazılığı doğuran səbəbin aradan qaldırılmaması isə X.Baxşəliyevanı radikal addım atmağa – yəni verilişini komandası ilə birgə digər populyar kanala keçirməsinə səbəb olub.

"Öz aramızda" verilişində "Səni axtarıram"ın formatına uyğun hazırlanan süjetlərdən bir neçəsini təqdim edirik:

axar.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 17402   Tarix: 10 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490