Qondarma erməni soyqırımını tanıyan ölkələr - SİYAHI

Qondarma erməni soyqırımını tanıyan ölkələr - SİYAHIErmənistan heç bir zaman "erməni soyqırımı" iddiasından imtina etməyəcək.

Aprelin 15-də Avropa Parlamenti Brüsseldə keçirilən iclasında qondarma "erməni soyqırımı"na dair qətnamə layihəsi qəbul etdi.

Ermənilər uzun illərdi tarixdə heç zaman olmayan uydurma "soyqırımı"nı dünyanın gündəliyinə gətirirək ondan siyasi məqsədlər üçün istifadə edirlər. İndi ayrı-ayrı ölkələrin parlamentlərində deputatlar əl qaldırıb, endirməklə sözdə "soyqırımı"nın guya, 1915-ci ildə olduğu barədə sənədlər qəbul edirlər. Bir səhifə tarix kitabını oxumayan, uğursuz tarixçi rolunda çıxış edən ayrı-ayrı əcnəbi deputatların bu hərəkəti təkcə məsuliyyətsizlik deyil, tarixi faktlar, materiallara hörmətsizlikdir, tarixi inkar etməkdir.

Təəssüf ki, erməni lobbisi və diasporunun məkrli siyasətinə uyan bir çox ölkələrin parlamentləri qondarma "erməni soyqırımı" ilə bağı müxtəlif sənədlər qəbul edib, bu əsassız iddiaları tanıyıblar. 15 aprelin 2015-ci il tarixində Avropa Parlamenti də belə bir xain qərar qəbul etdi. Aprelin 24-də uydurma "soyqırımı"nın 100 illiyinə hazırlaşan ermənilər Avrupa parlamentinin bu addımını toy-bayram etməyə başlayıblar.

Erməni soyqırımı"nı tanıyan ölkələrin siyahısını təqdim edir. Siyahı heç də balaca deyil… Bu üzdəniraq iddianı dəstəkləyənölkələrin sayı 20-ni keçib…

İsveç parlamenti - 12 mart 2010-cu ildə düzənlənən səsvermə ilə 1915-ci hadisələrini "soyqırımı" olaraq tanıyıb.

Uruquay - 1965, 2004, 2005-ci illər olmaq üzrə üç dəfə qondarma "erməni soyqırımı" iddialarını qəbul edib.

Yunan Kipri - 1982-ci ildə "soyqırımı" iddialarını qəbul edib.

Amerika Birləşmiş Ştatları – ABŞ-ın 41 ştatında "erməni soyqırımı"nın olduğu qəbul edilib. Əsasız "soyqırımı" tanıyan ştatlar: Alyaska, Arizona, Arkansas, Kaliforniya, Kolorado, Kentukki, Konnektikut, Delaver, Florida, Corciya, Cənub Karolina, Aydaho, İllinoys, Kanzas, Şimal Dakota, Şimal Karolina, Luiziana, Men, Merilend, Massaçusetts, Miçiqan, Minnesota, Missuri, Montana, Nebraska, Nevada, Nyu Hempşir, Nyu Cersi, Nyu Mexiko, Nyu York, Ohayo, Oklahoma, Oreqon, Pensilvanya, Rod Aylend, Tennessi, Yuta, Vaşinqton, Vermont, Virciniya, Viskonsin.

Argentina – "erməni soyqırımı"nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.

Rusiya - əvvəl 1995-ci ilə, sonra da 2005-ci ildə "soyqırımı" qəbul edib.

Kanada - 1996, 2000 və 2004-cü illərdı qondarma sənəd gündəmə çıxarılıb və hər üçündə də qəbul edilib.

Yunanıstan - 1996-cı ildə "soyqırımı" tanıyıb.

Livan - Livanda yaşayan erməni lobbisinin gərgin səyləri nəticəsində 1997-ci ildə və 2000-ci ildə "soyqırımı" tanınıb.

Belçika – 1998-ci ildə qondarma "erməni soyqırımı"nı tanıyıb.

İtaliya – 2000-ci ildə ermənilərin "soyqırımı"na uğradığını qəbul edib.

Vatikan - İtaliya ilə eyni ildə, 2000-ci ildə əsassız iddianı tanıyıb.

Fransa – 1998-ci ildə "erməni soyqırımı"nı tanıyıb. Fransada sözdə "erməni soyqırımı"nı rədd etmək cinayət sayılır.

İsveçrə - "soyqırımı" iddialarını 2003-cü ildə qəbul edib.

Slovakiya – 2004-cü ildə "erməni soyqırımı"nı tanıyıb.

Hollandiya – 2004-cü ildə erməni iddialarını qəbul edib.

Polşa – 2005-ci ildə qəbul edib.

Almaniya – 2005-ci ildə qəbul edin.

Venesuela – 2005-ci ildə qəbul edib.

Litva – 2005-ci ildə qəbul edib.

Çili – 2007-ci ildə qəbul edib.

Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimal İrlandiya – 1915-ci il hadisələrini "soyqırımı" olaraq qəbul ediblər.

Qondarma "erməni soyqırımı"nı qəbul edən təşkilatlar:

BMT-nin Ayrı-seçkiliyin Önlənməsi və Azlıqların Qorunması Alt Komissiyası

Avropa Şurası

Avropa Parlamenti

Dünya Kilsələr Şurası

İnsan Haqları Dərnəyi

YMCA Avropa Birliyi

"Permanent Peoples" Tribunal

Gerçək tarix hardadır? Uydurma "soyqırımı" olub, yoxsa olmayıb. Bununla bağlı müxtəlif ölkələrin arxivlərində materiallar var və bu materialların hamısından birmənalı belə qənaətə gəlmək olur ki, ermənilərin dediyi kimi, hec də soyqırımı olmayıb, əslində erməni silahlı dəstələri dinc, türk və kürd əhalisini qırıb.

Tarxi gerçəklik bunu deyir ki, "erməni soyqırımı" deyilən şey qondarmadır. Bu, bir sıra dövlətlərin maraqları baxımından ortaya atılıb. Ondan bir alət kimi istifadə edilib. Gerçəklik həm də onu göstərir ki, Ermənistan heç bir zaman "erməni soyqırımı" iddiasından imtina etməyəcək. Ona görə ki, bu, həm Ermənistandakı, həm xaricdəki ermənilər üçün bir ideologiya halına gəlib.
Erməniləri bir zaman ayaqda saxlayan kilsə idisə, 1915- ci ildən sonra onlar bu "soyqırımı" uydurdular və özlərinə ikinci ayaq yaratdılar. Əgər "soyqırımı" ideologiyası aradan götürülərsə, o zaman Ermənistan dövləti də olmaya bilər. "Soyqırımı" bütün erməniləri birləşdirən bir ideologiya halına gəlib. Ölkə daxilində didişən qüvvələr, düşmənçilik edənlər bu məsələdə birləşirlər.

1915-ci il aprelin 24-də Osmanlı İmperatorluğunun Daxili İşlər Nazirliyi bir əmr verib. Aprelin 26-da da Baş komandanlığın əmri çıxıb. O əmrə görə 2345 erməni terrorçusu ölkənin müxtəlif yerlərində həbs edilib. 1915-ci il mayın 27-də "Söbh və isqan haqqında" Qanun qəbul edilib. Türkiyədə dövlətə qarşı qiyam qaldıran ermənilər daha təhlükəsiz yerlərə köçürülüblər. Köçürülərkən bu ermənilərin can və malı qorunmalıydı. Köçürmə dövlətin hesabına həyata keçirilib. Ermənilər köçürülərkən onların təhlükəsizliyini qorumaqdan ötrü jandarm qüvvələri verilmişdi. Sağlamlıqlarının qorumasından ötrü həkimlər ayrılmışdı. Ermənilər Van, Bitlis, Ərzurumdakı vilayətlərin daxilində olan daha təhlükəsiz ərazilərə köçürülüblər.

1916-cı il oktyabr ayının məlumatına görə, təxminən 702 min 900 nəfər erməni Türkiyə daxilində bir yerdən başqa yerə köçürülüb və onlar müharibə aparmasına baxmayaraq, Osmanlı höküməti tərəfindən qayğı ilə əhatə olunublar. O zaman Türkiyə hökumət bu prosesə təxminən 86 milyon lirə xərcləyib. Deməli, 24 aprelin soyqırımı kimi götürülməsinin "ermənilərin öldürülməsi" ilə heç bir əlaqəsi yoxdur. Həmin gün erməni terrorçularının həbsi günüdür.

modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2358   Tarix: 17 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 156
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 111
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 123
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1783
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 287
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 533
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

18.04.2024 272
.

Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib

Burkina Faso 3 fransız diplomatı persona non-qrata elan edib. xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Vaqaduqu səfirliyində çalışan 3 diplomatın Burkina Faso rəhbərliyi tərəfindən təxribatçı fəaliyyətdə olduqları səbəbindən persona-non-qrata elan edildiyini və 48 saat ərzində ölkəni tərk etmələrini

18.04.2024 115
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 155