Qızımı itirəndən sonra özümü itirdim - MÜSAHİBƏ

Qızımı itirəndən sonra özümü itirdim - MÜSAHİBƏİstər yaşlı, istərsə də cavan nəsil onu çox gözəl tanıyır... Ailəsində rastlaşdığı faciələr və çətinliklər içərisində olsa belə, o, bu gün də pis-yaxşı yaşayır.

İnsanlara gülüş bəxş edən, öz səmimiyyəti və mehribanlığı ilə seçilən bu qadın, sən demə, rollarını dağ boyda dərdini yaşayaraq yaradıb. Lakin bu hadisələr onu həyatdan küsdürə, bədbinləşdirə bilməyib. Məişət qayğıları, problemləri onu bir an da olsun tərk etmir. Onun üçün amplua deyilən bir çərçivə yoxdur. Amma tamaşaçılar onu daha çox komik obrazlar vasitəsilə seviblər. Müsahibənin qəhrəmanı bədbin həyat içərisində öz nikbinliyi ilə seçilən xalq artisti Nuriyyə Əhmədovadır...

- Nuriyyə xanım, necəsiniz? Həyatınız necə davam edir?

- Çox sağ olun oğlum. Hələ ki, yaşayıram. Yaxşı olmağa çalışıram. Düzdür, hava ilə əlaqədar olaraq səhhətimdə də dəyişikliklər olur. Bəzən yaxşı oluram, bəzən də halım dəyişir. Dava-dərmanla birtəhər özümü saxlayıram. Mən siz jurnalistlərə, məni sevənlərə, sənət yoldaşlarıma təşəkkürümü bildirirəm. Ona görə ki, məni heç biriniz yadınızdan çıxarmırsınız... Elə bir gün yoxdur ki, telefonuma zəng gəlməsin. Təbii ki, bu cür hallar məni çox sevindirir.
- Nuriyyə xanım, şahidi olduğum bir hadisəni sizin yadınıza salacağam... Bir il əvvəl Milli Kino Günü münasibətilə Nizami Kino Mərkəzində "Nabat" filminə baxarkən ağladığınızı görmüşdüm... O zaman məni təəccübləndirən hal nəhəng komediya aktrisasının göz yaşı tökməsi idi...

- Bəli, yadımdadır. Mən bu filmə baxaraq öz taleyimə ağlayırdım. Çünki mən həyatda çox faciələr görmüşəm. Həyat bəzən üzümə gülüb, bəzən əksinə. Sözün düzünü deyəcəyəm, artıq həyatdan doymuşam. Yaşamağa həvəs və taqətim qalmayıb. Nə vaxta kimi rəfiqələrimin evində məskunlaşmaq olar? Köçkün vəziyyətində yaşayıram. Mən istəmərəm ki, öləndə kiminsə evindən meyitimi çıxarsınlar. Bax bu hal məni yandırır. Mən villa, imarət istəmirəm. Sadəcə, məskunlaşmağım üçün 1 otaqlı mənzil istəyirəm.

Bəzən çox ağrıyıram, hər şeydən bezirəm. Mən axı dünyaya dərd çəkmək üçün gəlməmişəm... (kövrəlir). Yolda hərdən məni görüb soruşular ki, Nuriyyə xanım, sizə hələ də ev verilməyib? Deyirəm xeyr, evim yoxdur. Ümid edirəm ki, bu problemim həllini tapacaq. Gec-tez. Amma nə vaxt? Bax bunu bilmirəm. Ev üçün bir çox yerlərə məktub yazıb müraciət də etmişəm. İnanıram ki, müraciətlərim cavabsız qalmayacaq.

- Nuriyyə xanım, 46 ildir sənətdəsiniz... Sizin nəsil bir qrup sənətkarlar var ki, bu gün diqqətdən kənarda qalıb. Buna səbəb nədir?

- Oğlum, hal-hazırda keçid dövrüdür. Çünki 21-ci əsrdə yaşayırıq. Bizdən əvvəlki sənətkarlar sənəti bizə ötürüb getdilər, indi isə gərək biz də sənəti kimlərəsə təhvil verək. Əlbəttə ki, gənclərin içində istedadlı olanları da var. Bunu danmaq olmaz. Amma heç vaxt keçmişi yaddan çıxartmaq olmaz. Necə ki, biz keçmişimizi yaşadırıq, istərdim ki, bizdən sonra gələn sənətçilər də bu ənənəni davam etdirsinlər. Çünki mən özümü bu sənətə qurban vermişəm. Mən sənətə Nuriyyə xanım kimi gəlmişəm, Nuriyyə xanım kimi də gedəcəyəm.
- Həyat sizi 2 ağır itki ilə üz-üzə qoydu... Bunlardan sonra necə duruş gətirdiniz? Təsəlliniz nə oldu?

- Başqalarının sevincinə şərik olub, kədərinə kədərlənmişəm. Təbii ki, insan həyatda bütün hadisələrə hazır olmalıdır. Ana üçün övlad itkisindən böyük nə ola bilər? O dərd heç bir zaman unudulmayacaq... Qızımı itirəndən sonra həyatımda böyük bir boşluq yaranmışdı... Sevinmişdim ki, oğlum yaşayır... Onlar həmişə yadıma düşür... Elə bir gün yoxdur ki, onları yadıma salıb ağlamayım. Yeganə yaşama səbəbim kiçik oğlum Faiq və sənətimdir... Allah onu mənə çox görməsin. O, çox istedadlı uşaqdır, həm rəqs edir, həm aktyorluğu bacarır, həm də gözəl ssenarilər yazır.

Əgər aktyorluq onda yaxşı alınacaqsa, mən bir ana kimi ona yalnız dəstək olacağam. Həyatda çətin vaxtlarda yeganə çıxış yolunu ancaq sənətimdə görmüşəm. Məni yaşadan sənətim olub. Ən kədərli günlərimdə belə rollarım məni ovudub. Bir də dostlarım... Yaxşı, həqiqi dost hər kəsə nəsib olmur. Əlimi yerdən-göydən üzülmüş hesab etdiyim günlərimdə dostlarımın dəstəyi fikrimi dağıdıb, məni həyata bağlayıb...
- İnsan taleyi bəzən təkrarlanır...

- Oğlumun taleyi də mənim taleyimə bənzəyirdi... Uşaqları oldu - öldü. Oğul nənəsi olmaq mənə qismət olmadı. Gəlinim isə bu cür ailəyə dözməyib getdi. Gəlinimə qızım kimi baxırdım. O bəxtinə yazılan həyatdan xəbərsiz idi.. Hərçənd oğlum ailə sevən idi. Gərək ailənin də təməli olsun. Allah ona bir ailəni də çox gördü.
- Nuriyyə xanım, fikirləşirsinizmi ki, nə vaxtsa etdiyiniz səhvə görə bu gün Allah sizi cəzalandırır?

- Həyatda səhvsiz insan yoxdur. Mənim səhvim o oldu ki, ailə həyatı qurdum. Qızımı itirəndən sonra özümü itirdim (kövrəlir). Yəqin hardasa səhvim olub. Mən sənətdə yüksəldikcə ailədə itkilərimin sayı da çoxaldı. Bir gün gülmüşəm, 1 saat sonra ağlamışam. Anam son nəfəsinə kimi aktrisa olmağıma görə məni bağışlamadı. Aktrisa olduğum üçün o vaxtı qohumlarımın çoxusu məndən üz döndərdilər. Mən, əslində, müğənni olmaq istəyirdim. Amma müğənni olmaq da mənə qismət olmadı.

- Bəlkə də, müğənni olsaydınız, bugünkü maddi dolanışığınız yaxşı olardı...
- Maşallah, indi o qədər müğənni var ki, gündə biri efirdə görünür. Bu suala cavab verə bilmərəm. Artıq yorulmuşam. İnsan həyatda istədiyinə nail olmayanda ölmək istəyir.
- Elə bir obrazınız varmı ki, öz taleyinizi oynamısınız?

- Hər rolumda bir az da olsa, özüm varam. Aktrisa hər rolunda öz mənini göstərməlidir. Bunsuz ola bilməz. Amma təkrar olmamaq şərtilə. Mənə bu gün şəkili qadın obrazı versələr, çəkilmərəm. Çünki mənim yaradıcılığımda bu obraz artıq var. Mən oynamamışam, yaşamışam. Oynamaq anlamı mənə yaddır. "Sahilsiz gecə" filmində əxlaqsız erməni qadını rolunda çəkilmişəm. O vaxtı qonşuluğumuzdakı qadın mənə müharibə zamanında olan əxlaqsız bir xanımın həyatından danışmışdı. Bu rolu oynayanda mən onun dediklərini yadıma salıb oynayırdım. İndi artıq o yaşımdır ki, yalnız faciəvi rollar oynamaq istəyirəm. Amma buna baxmayaraq bu faciədən də bir gülüş doğur. Mənim həyatım elə bir filmdir... İmkanım olsa, öz həyatımdan kitab yazıb, film çəkərdim...
- Nuriyyə xanım sənətdə olan qadınlarla bağlı bəzən şayiələr yayılır. Bu cür şayiələri yaradan səbəblər hansılardır?

- Qadınlar haqqında artıq-əskik danışan insanlara nifrət edirəm. Hər bir qadının namusu kişidən aslıdır. Qadın zərif məxluqdur. Mən Azərbaycan qadını kimi sədaqətli, ailəcanlı qadın görməmişəm. Qadın olmaq həyatda ən çətin roldur. Təbii ki, istəməzdim qadın sənətçilərimiz haqqında bu cür şayiələr yayılsın. Allah hamını təmiz yaradıb. Pisi də, yaxşını da insanlar edir.
- Tamaşaçılar sizin üçün çox darıxıb... Sizin nə vaxt verilişlərdə və yeni filmlərdə görəcəyik?
- Tamaşaçıların mənim üçün darıxdıqlarını bilirəm. Xəbərim var.. Bəzən yolda görüb, məni saatlarla saxladıb söhbət edirlər. Çox xoş oluram, yaşamaq-yaratmaq eşqim aşıb-daşır. Amma oğlumun ili çıxmamış nə filmlərdə çəkiləcəyəm, nədə ki, verilişlərə çıxacağam. Sentyabr ayından sonra, sağlıq olsun, gələn dəvətləri qəbul edib, dəyərləndirəcəyəm. Məni həmişə yada saldığınız üçün sizin kollektivə təşəkkürümü bildirirəm.

axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2599   Tarix: 18 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.

"Qarabağ atları dünyanın ən qədim cinsə mənsub atları hesab olunur"-MÜSAHİBƏ

Hər il Rusiyada "Equiros" beynəlxalq atçılıq sərgisi keçirilir. Bu il "Unicorn Challenge" şirkəti "Equiros" şirkətinə Azərbaycan Atçılıq Federasiyasına dəvətnamə təşkil etmək üçün təşəbbüs etdi. Noyabrın 28-dən dekabrın 1-dək Rusiyanın paytaxtı Moskvadakı "Sokolniki"

28.12.2019 3817
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Manananın Gürcüstandakı evi, ailəsi... - VİDEO

"ATV maqazin onlarla" verilişi Əməkdar artist Manananın Gürcüstandakı evində qonaq olub. xəbər verir ki, övladları və həyat yoldaşı Georgi ilə obyektiv qarşısına keçən müğənni ailəsindən bəhs edib. Manana falçının ona dediklərindən söz açıb:. "Bir dəfə 17 yaşımda qaraçı çıxdı qarşıma

25.02.2020 9637
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720