Tıxaclara yeni çarə

Tıxaclara yeni çarəNəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən İnşaatçılar prospektində Dövlət Statistika komitəsinin qarşısındakı dairədə tıxacların aradan qaldırılıb, nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlavə tədbirlər görülür.

"Azəryolservis" ASC-dən verilən məlumata görə, İnşaatçılar prospektində yerləşən dairəyə müxtəlif istiqamətlərdən daxil olan nəqliyyat vasitələri nişanlanma xətlərinin tələblərini pozurdu. Naxçıvani küçəsindən hərəkət edən nəqliyyat vasitələri İnşaatçılar və N.Nərimanov prospektindən gələn nəqliyyat vasitələrinə yol vermədən dairəyə daxil olmağa çalışırdılar. Bu da ərazidə nəqliyyat vasitələrinin sıxlığına səbəb olurdu.

Məlumatda qeyd olunur ki, "Azəryolservis" ASC bu istiqamətdən gələn nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edib. Artıq Naxçivani və Abdulla Şaiq küçələrindən Dövlət Statistika komitəsinin qarşısındakı dairəyə doğru hərəkət edən nəqliyyat vasitələri birbaşa İnşaatçılar prospektindəki dairəyə daxil olaraq sıxlıq yaratmayacaqlar. Çünki prospektdə səki daşları ilə əhatə olunan təhlükəsizlik adacığı quraşdırılıb. Təhlükəsizlik adacığının içərisində yaşıllıq zonası salınıb. Bundan sonra həmin nəqliyyat vasitələri ancaq düzünə İnşaatçılar prospektinə daxil olaraq "Hyatt Regency" oteli istiqamətində və sağa dönərək Bəsti Bağırova küçəsi ilə hərəkətlərinə davam edə biləcəklər. Amma yalnız İnşaatçılar prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verdikdən sonra. Naxçıvani küçəsindən gələrək İnşaatçılar prospekti Dövlət Statistika komitəsinin qarşısında yerləşən dairəyə daxil olmaq istəyən nəqliyyat vasitələri sola Abdulla Şaiq küçəsinə dönməlidirlər. Küçədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ACS tərəfindən N.Nərimanov prospektinə çıxış təmin olunub.

İnşaatçılar prospekti "Hyatt Regency" oteli tərəfindən hərəkətdə olan nəqliyyat vasitələrinin Dövlət Statistika dairəsində maneəsiz şəkildə hərəkəti üçün də müəyyən işlər görülüb. Belə ki, dairə ilə üzbəüz nişanlanma xətləri ilə çəkilmiş təhlükəsizlik adacıqlarının ölçüləri kiçildilib. Nəticədə dairə ilə adacıqlar arasındakı məsafə, yəni yolun hərəkət hissəsi bir neçə metr genişləndirilib. Artıq İnşaatçılar prospektindəki dairədə zəruri olan yerlərdə nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb. trend\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2507   Tarix: 25 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

20:43 0
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

14:33 0
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

20:29 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

16:28 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

22:15 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

20:30 0