Elnur Hüseynov: "Gərgin iş gedir"

Elnur Hüseynov: "Gərgin iş gedir"Moskvadakı "Korston Club Hotel" mehmanxanasında "Eurovision-2015" mahnı müsabiqəsi iştirakçılarının promo-turunun sonuncu konserti olub.

Gecədə bu il müsabiqədə ölkəmizi təmsil edəcək Elnur Hüseynov və "Evrovision-2011" müsabiqəsinin qalibi Eldar Qasımov da çıxış ediblər.
Promotur çərçivəsində Elnurla yanaşı, Moskvaya, Böyük Britaniya, İslandiya, Belarus, İsrail, İtaliya və digər ölkələrin təmsilçiləri də gəliblər. Gecənin təşkilatçıları arasında "Avropa-2015" ilk Avropa idman oyunlarının medallarının dizaynının müəlliflərindən biri "Adamas" zərgərlik şirkəti də yer alıb.
Böyük konsert proqramından əvvəl keçirilən mətbuat konfransında iştirakçılar jurnalistlərin suallarını cavablandırıb, öz mahnıları, səhnə performansları haqqında danışıblar.
E.Hüseynov bildirib ki, müsabiqəyə hazırlıq işləri uğurla gedir:

"2008-ci ildə Samir Cavadzadə ilə birlikdə "Day after day" mahnısını ifa edərkən, belə mötəbər bir müsabiqədə ölkəmizi ilk dəfə təmsil etmək olduqca məsuliyyətli idi. İndi artıq daha təcrübəliyəm. Mahnı və səhnə performansı üzərində gərgin iş gedir. Mahnının sözlərinin ilk variantı iki gəncin sevgisindən bəhs edirdi. Lakin sonradan biz sözləri dəyişdik. "Hour of the Wolf" balladasında heç zaman təslim olmamaq, mübarizə aparmaq və qalib gəlmək çağırışı səslənir".
"Eurovision" müsabiqəsini Azərbaycana gətirən təmsilçimiz Eldar Qasımovun fikrincə, bu yarışma musiqi aləmində yeni meyillərin və janrların yarnmasına, insanların musiqi zövqünün formalaşmasına kömək edir. Eldar Qasımov azərbaycanlı həmkarının uğur qazanacağına əminliyini ifadə edib:

"Bəzən müğənnilər müsabiqədə iştirak edib 5-ci və ya 10-cu yerləri tutmaqla kifayətlənirlər. Bəziləri isə hesab edirlər ki, öz sözlərini hələ deməyiblər. Mən inanıram ki, Elnur bu il öz sözünü deyəcək".
Tanınmış Rusiya estrada müğənnisi, ölkənin "Eurovision-2015" müsabiqəsində təmsilçisi Polina Qaqarin Bakıda bu günlərdə baş tutmuş "Tamaşa bitdi" konsert proqramından bəhs edərək vurğulayıb ki, Azərbaycanda onun "A Million Voices" mahısı hərarətlə qarşılanıb. O, həmçinin bildirib ki, hazırda mövcud olan siyasi vəziyyət "Körpülər salmaqla" ("Building Bridges") devizi altında keçiriləcək yarışmaya heç bir təsir göstərməyəcək, çünki "Eurovision" musiqi və rəngarəng şou müsabiqəsidir və iştirakçılar yalnız tamaşaçıları sevindirmək üçün səhnəyə çıxırlar.
Mətbuat konfransından sonra promo turun Moskva dayanacağının iştirakçıları böyük konsert proqramı ilə çıxış ediblər. Elnur Hüseynovun "Hour of the Wolf", Eldar Qasımovun isə xüsusi olaraq Moskva dinləyiciləri üçün rus dilinə tərcümə olunmuş yeni "Duman" mahnısını oxuyub.
Qeyd edək ki, "Eurovision-2015" mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada mayın 19-dan 23-dək keçiriləcək. Azərbaycanı müsabiqədə Elnur Hüseynov "Hour of the Wolf" mahnısı ilə təmsil edəcək. Axsam.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1075   Tarix: 25 aprel 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801