Penoplast necə yanır? - EKSPERİMENT

Penoplast necə yanır? - EKSPERİMENTÖtən gün Bakının Binəqədi rayonunda baş verən dəhşətli yanğının səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Hadisəyə ilkin səbəb kimi, binanın üzlüyünə vurulan materialın keyfiyyətsiz olması göstərilir.

15 nəfərin öldüyü yanğının təxribat məqsədilə törədilməsi də səslənən iddialar sırasındadır. Bildirilir ki, binaya vurulan "penoplast" üzlüyün kiçik qığılcımla alışması mümkün deyil. Bu baxımdan təxribat ehtimalı hazırki durumda müzakirə mövzusu ola bilər. Bakı meri Hacıbala Abutalıbov da bu gün jurnalistlərə verdiyi açıqlamasında bu variant üzərində araşdırma aparıldığını diqqətə çatdırıb.

azvision.az-ən əməkdaşları deyilənlərə aydınlıq gətirmək üçün yanğın olan binadan götürülən "penoplast" parçası ilə eksperiment aparıb. İlk olaraq üzlüyü yanan kağız parçası ilə alovlandırmağa çalışdıq. Lakin "penoplast" tüstülənsə də yanmadı. Daha sonra alışqanla üzlüyü yandırmağa cəhd etdik. Bu dəfə də "penoplast" üzlük yanmadı.

Eksperiment göstərir ki, "penoplast" üzlüklərin yanması üçün güclü təsir olmalıdır, kiçik qığılcımla üzlüyün böyük bir faciəyə səbəb olması real görünmür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 13094   Tarix: 20 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390