Mətanət ağlaya-ağlaya üzr istədi

Mətanət ağlaya-ağlaya üzr istədi"Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyeva verilişində söylədiyi və səs-küy yaradan sözlərinə aydınlıq gətirib.

Hadisə baş verən günü efirə çıxmaqdan imtina edən aparıcının növbəti gün efirdə hadisəni şərh edərkən dediyi fikirlər bəzi insanlarda qıcıq yaradıb. Mətanət Əliverdiyevanın dediklərini düzgün olmayan formada çatdıran bəzi mətbuat orqanları aparıcı ilə tamaşaçıları üz-üzə qoyublar. Övlad tikisi yaşayan, iki oğul anası olan aparıcı canlı yayımda göz yaşlarına hakim ola bilməyib və faciə qurbanlarının ailəsinə başsağlıq verib, onlardan üzr istəyib:

"Artıq baş verən hadisənin 3-cü gününü yaşayırıq. Ayın 19-u çoxmərtəbəli binanın yanması xeyli sayda insanın xəsarət almasına səbəb oldu, Allah bütün ölənlərə rəhmət etsin! Orada körpə uşaqlar da var idi, onlara daha çox acıyıram. Çünki mən də anayam, mənim də körpə uşağım var. Bu gün "Gün üzündə" o uşaqları yada salıb çox qəhərləndim. Bütün qonağlarım da, tamaşaçılar da bilirlər ki, elə bir söz işlətdim ki, bütün kütləvi informasiya vasitələrində yayıdı və mənə qarşı istifadə olundu.

Mən qeyd edəndə ki, "insanın gözünün qarşısından bir lent kimi, film kimi gəldi keçdi" - bu fikirimi bəzi insanlar başqa yerlərə yozdular və hər yerə yaydılar. Mən elə bir insanam ki, balaca bir uşaqdan da üzr istəməyi bacarıram. Evdə öz övladım da məndən küsəndə mən ondan üzr istəyirəm. Bəzi insanlar həssas məqamlar yaşayan faciə qurbanlarının durumundan istifadə edib, mənim bu sözlərimi əsas gətirərək onlar da qıcıq yaratdılar. Həqiqətən də buna dəyməzdi. Mən gərək daha diqqətli olardım. Biləydim ki, hadisəni necə deməliyəm. Fikirimi elə əsaslandırmalıydım ki, heç kimdə qıcıq yaranmasın. Təəssüf, oldu...

Bu faciəni yaşayan insanların hissiyatına toxunmuşamsa, onlarda doğurdan da qıcıq yaratmışamsa, elə sözümü yozan insanların adından hamıdan üzr istəyirəm. Mən heç kimin hissiyatı ilə oynanyan birisi deyiləm. Mən özüm də iki uşaq anasıyam. (ağlayır-red) Bilirsiz, faciələri hamımız yaşayırıq, mən özüm də övlad itirmişəm. Bu məqamı ilk dəfədir ki, səsləndirirəm. Bunu bu günə qədər heç yerdə deməmişəm. Yəni mənim qeyrətim o qədər kasad oldu ki, kiminsə xətrinə dəydim?!

Üzr istəyirəm hamınızdan...

Atv.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10205   Tarix: 22 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək "Ceyms Bond" filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb. OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:. "Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşınd

24.03.2024 342
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 450
.

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb. xəbər verir ki, pop star "Dünya yalnız səndən ibarət" adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb

26.03.2024 375
.

Vasif plastik əməliyyatdan sonra İLK DƏFƏ EFİRDƏ - VİDEO

Əməkdar artist Vasif Məhərrəmli plastik əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. xəbər verir ki, o, "Zaurla Günaydın" verilişində qonaq olub. Günay Məhərrəmliyə "Vasif bəy ilk dəfədir efirdə, hə?" deyərək əməliyyata eyham vurub. Müğənni isə "Hə" cavabı ilə mövzunu bağlama

24.03.2024 1201
.

"Moskvadakı yaxınlarım üçün narahat idim"

Müğənnilər Sevil və Sevinc Səfərovalar Moskvada baş verən terror hadisəsi ilə bağlı paylaşım edib. OLAY yazır ki, onlar instaqram hesablarında bu sözləri paylaşıblar:. coskvada yaşananlar hər birimizi çox üzdü. Rəfiqələrim, yaxınlarım üçün narahat idim. Allah hər kəsə kömək olsun"

24.03.2024 447
.

Kadir İnanır xəstəxanaya yerləşdirildi

"Yeşilçam"ın ulduzu Kadir İnanır Beykozdakı evində pisləşərək xəstəxanaya yerləşdirilib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında insult keçirən İnanırın huşsuz vəziyyətdə Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Sənətçinin beyin tomoqrafiyas

24.03.2024 589
.

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib. Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib. Bundan əlavə

26.03.2024 588
.

"Onları rəzil edəcəm!" - Ülviyyə Xəlilbəyli

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. "Qafqazinfo" xəbər verir ki, bu barədə o öz instaqram hesabında hekayə paylaşıb:. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağ

27.03.2024 1057
.

Zaur Baxşəliyevdən arxasınca danışan şəxsə sərt cavab: "Onun telefonunu mən almışam" - VİDEO

"Ona aldığım telefonla sosial şəbəkələrdə canlı açıb dalımca danışır". Bu sözləri ATV-də yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev bildirib. O qeyd edib ki, yardım etdiyi şəxslər onun arxasınca danışırlar:. "Onun telefonunu mən almışam. Bahalı da bir telefo

28.03.2024 653