İcra başçısı: "Elə bilirəm öz evimdən 15 meyit çıxıb"

İcra başçısı: "Elə bilirəm öz evimdən 15 meyit çıxıb"Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov verdiyi müsahibəsində mayın 19-da Azadlıq prospektində, Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın və onunla bağlı bütün suallara aydınlıq gətirib.

İcra başçısı Binəqədidə binalara vurulan üzlüklərdən danışıb:

"Hamısına bir-bir baxılır, ekspert o gündən rəyini verib. Hansına ki, rəylər verilib ki, üzlükləri sökülsün, onları sökürlər. Hazırda 5 binada söküntü başlanıb. Dördündə başlanıb, birində də artıq başlanır.

O, bildirib ki, binaların üzlükləri söküləndən sonra onun yerinə nə vurulacağı hələ bəlli deyil:

"Fövqəladə Hallar Nazirliyi də baxacaq, qərar verəcək. İlkin qərar budur ki, boya ilə olacaq. Amma indi hələ dəqiq deyil".

Xaləddin İsgəndərov bildirib ki, bu binalar onun Binəqədi rayon icra başçısı təyin olunmasından sonra üzlənib

Onun sözlərinə görə, yanğından zərər çəkənlərə ilkin olaraq, 1000 manat verilib ki, əyin-baş yoxdur.

"İndi qərargah yaradılıb, sakinlər müraciət edir, biz onları yerləşdiririk. Kimin ki, burda uşaqları oxuyur, özləri bu yaxın ərazidə işləyirlər, onlar müvəqqəti də olsa uzaq yerə köçmək istəmirlər. Məsələn, Goradilə, Bilgəhə... Məsələn, onlara bu yaxınlıqda ev tuturuq, kirayə pulunu da veririk. 1000 manat da əlavə. Gedib orda kirayədə qalırlar. Hər birinin ünvanı da nəzarətimizdədir ki, hər dəqiqə əlaqə saxlayıb, nə problemləri olduğunu öyrənək. Biz bunları özlərinin istəyi ilə edirik".

İcra başçısı insanların əraziyə gələrək, gül qoymasından da danışıb:

"Qarşıdurma olmur. Bilirsiniz necədir? Heç kim istəmir ki, orda təxribat olsun və sair. Amma adət-ənənəmiz var, insanlar yanğında həyatını itirib, dəfn olunub, gedib orda da gül qoya bilərlər. İnsanların hərəsi öz ağrısını, kədərini bir cür nümayiş etdirir. Bu gün mənə 100 yerdən zəng edib, başsağlığı verirlər.

Allaha and olsun, indi sizinlə danışıram, amma elə bilirəm, öz evimdən 15 meyit çıxıb. O vəziyyətdəyəm, inanın, özümdə deyiləm. Bina da, dünya malı da... hamısı gəldi-gedərdi. Amma o insanların ölümü böyük faciədir. Mən neçə gündür hadisə yerindəyəm, orda da olmalıyıq.

O uşaqların şəklinə də baxırsan, ürəyin ağrıyır. İnsanlar da hansısa formada gəlib öz kədərlərini ifadə edirlər. Sadəcə, polis kütləviliyin olmasını istəmir ki, birdən kimsə təxribat törədər. İlk əvvəl bir az anlaşılmazlıq yarandı ki, təxribat olmasın-filan. Amma indi heç bir problem yoxdu, insanlar gəlib-gedə bilər".

Onu həbs təhlükəsinin gözləyib-gözləmədiyi barədə sualı cavablandıran Xaləddin İstgəndərov qeyd edib ki, bu barədə heç nə deyə bilməz:

"Siz jurnalistsiz, siz araşdırın, mən nə deyim? Şəxsən mənə heç bir irad olmayıb. Çünki bu binalar 3 ildir ki, üzlənib. Olsaydı bu müddət ərzində olardı. Yeni başlamamışam ki, indi irad bildirilə. Mən Binəqədi rayonuna icra başçısı təyin olunandan 15 gün sonra binaların üzlənməsi başlanıb. Amma yenə də istintaq gedir, nə olacaq, bilmirəm".

Binaların üzlənməsinin kimin tapşırğı ilə aparıldığı barədə sualı isə icra başçısı belə cavablandırıb:

"Ölkədə, hər bir yerdə abadlıq işləri gedir. Biz də bununla bağlı layihələrimizi vermişik, işlər gedib. Yəni belə... Xüsusi bir tapşırıq olmayıb bununla bağlı. Hər bir kəsə tapşırılıb ki, gedin orda xidmət eləyin. Biz də baxıb görmüşük ki, ən çox buna tələbat var, bundan istəyirlər, biz də belə eləmişik. Mən də bunun tərkibini bilə bilmərəm. Sadəcə, baxmışam ki, sertifikatı var. Ona görə də qərar vermişik ki, binalarımız bu üzlüklərlə daha gözəl görünəcək, ondan binanın üzünə çəkmək lazımdır. Özünüz də görürsünüz ki, bu üzlüklərin görüntüsü necə də gözəl idi...".

Üzlüklərin tərkibi, keyfiyyəti ilə bağlı danışan icra başçısı qeyd edib ki, "Fövqəladə Hallar Nazirliyinin sertifikatı var, mən sertifikatına baxıb, razılıq vermişəm".

X.İsgəndərov bildirib ki, görülən işi təhvil almaq da icra hakimiyyətinin işi deyil:

"Onlara işləməyə icazəni, lisenziyanı Fövqəladə Hallar Nazirliyi verir. Bu gün bütün tikintilərə icazəni həmin nazirlik verir.

İcra başçısı qeyd edib ki, görülən işlərdə Bakı şəhəri İcra Hakimiyyətinin heç bir rolu olmayıb. "Yeni Müsavat"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3857   Tarix: 22 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür. xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə bahalı hədiyyə verməklə ad çıxarıb. Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik

25.04.2024 752
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

21:00 0
.

Ermənistan və Serbiyanın xarici işlər nazirləri regional məsələləri müzakirə edirlər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Serbiyanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı aparıb. xəbər verir ki, görüşdə siyasi dialoqun və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına yönəlmiş ikitərəfli gündəliyə aid məsələlə

20:30 0
.

Nigeriyada 8 silahlı dəstə üzvü öldürülüb

Nigeriyanın Bauçi ştatında keçirilən əməliyyatda silahlı dəstə üzvü zərərsizləşdirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər saxlanılıb. Bu barədə Bauçi Dövlət Polisinin ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Ahmed Mohammed açıqlama yayıb. Faktla bağlı araşdırmalar davam edir

11:43 87
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

17:29 189
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

17:43 333
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 475
.

Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub. xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin vakant olan direktor vəzifəsin

17:29 364
.

Çin Almaniya səfirini casusluqla bağlı həbs qərarından sonra nazirliyə çağırıb

Almaniyada Çin adına casusluq etdiyi iddia edilən 4 nəfər saxlanıldıqdan sonra Pekin səfiri Patrisiya Flor Çin Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, səfir Flor X sosial media hesabından verdiyi açıqlamada, 4 Alman vətəndaşının casusluq ittihamı ilə saxlanılmasının ardından Çin Xarici İşlə

21:15 0