Tanınmışların dodaq uçuqladan nigah müqavilələri - FOTO

Tanınmışların dodaq uçuqladan nigah müqavilələri - FOTOBoşanmadan sığortalanmağın ən münasib yolu nikah haqqında müqavilənin imzalanmasıdır. Bunu daha çox qazancı orta statistik göstəricidən çox olan ulduzlara şamil etmək olar.

Publika.az "Bizim tərcümə" layihəsində səcdəgaha getməzdən öncə ulduzların imzaladığı nikah haqqında olan müqavilələri təqdim edib.

Nikol Kidman və Kit Urban

Avstraliyalı aktrisa Nikol Kidman keçmiş əri Tom Kruzdan qalmaqllı hadisələrdən boşandıqdan sonra müğənni Kit Urbana ərə getdi. Birinci nikahı Kidmana mənfi təsir göstərdiyi üçün aktrisa etdiyi səhvləri ikinci nikahında təkrarlamaq niyyətində deyildi. Ona görə də, Kidman nikaha daxil olmazdan əvvəl Kit Urbanı nikah müqaviləsini imzalamağa məcbur etdi. İş ondadır ki, Kit də az aşın duzu deyildi. Çünki, Kit vaxtı ikən narkotik aludəçisi olub. Kidman isə nikahının pozulmasının əleyhinədir. Ona görə də, aktrisa evliliyi qorumaq üçün Kit ilə birgə yaşadığı ili 640 min dollara qiymətləndirib. Bu o deməkdir ki, Kit özünü saxlaya bilməyib narkotik istifadə edərsə, müğənni heç qara qəpik də almadan Nikola pul ödəyəcək.

Ketrin Zeta-Cons və Maykl Duqlas

Ketrin Zeta-Cons və onun əri məşhur aktyor Maykl Duqlasən nikah müqaviləsində qeyri-real məbləğdə pul göstərilib. Belə ki, 2000-ci ildə müqaviləyə imza atmış Ketrin, əri ilə yaşadığı hər ilə görə 2,8 milyon dollar alır. Əgər qadınların sevimlisi Maykl Duqlas arvadına xəyanət edərsə, o, arvadına nə az, nə çox düz 5 milyon dollar cərimə ödəməli olacaq.

Elin Nordqren və Tayger Vuds

İsveçli fotomodel Elin Nordqren qolf oyununun ən mahir ustası Tayger Vudsla 2004-2010-cu illərdə nikahda olub. Cütlüyün nikahının pozulmasına avtomobil qəzası təkan verib. Polis qəza ilə tədqiqat apararkən Vudsun küllü miqdarda nikahdan kənar münasibətlər yaşadığını aşkar edib. Onun bu "qara işlərindən" heç Elinin də xəbəri olmayıb. Xoşbəxtlikdən, Elin özünü əvvəlcədən sığortalamışdı və boşanmaya görə keçmiş ərindən ilkin mərhələdə 20 milyon dollar ala bildi.

Beyons və Cey-Zi

İfaçı Beyons və reper Cey-Zinin ailəsi Amerikada sanki nümunədir. Onlar bir-birini tamamlayır və birgə azyaşlı qızını tərbiyə edir. Bununla belə, onların da ailəsi nikah müqaviləsindən kənar qalmayıb. Beyons ərindən boşandığı təqdirdə Cey-Zi ilə yaşadığı hər ilə görə 15 milyon dollar ala biləcək.

Cessika Bil və Castin Timberleyk

Hollivudun ən yaraşıqlı aktrisası olan Cessika Bil də əri tərəfindən edilə bilən xəyanətdən ehtiyatlanır. Ona görə də, milyonların sevimlisi olan Cessika Bil 2012-ci ildə ifaçı və aktyor Castin Timberleykə ərə gedərkən bir neçə səhifəlik nikah müqaviləsi imzalatdırıb. Verilən xəbərə görə, Castin arvadına xəyanət edəcəyi halda Cessikaya 500 milyon dollar kompensasiya ödəyəcək.

Bred Pitt və Anjelina Coli

Nəinki, Amerikanın hətta, dünyanın ən populyar cütlüyü olan Bred Pitt və Anjelina Coli də nikah müqaviləsi ilə ailə qurublar. Hələ 2012-ci ildə nişanlanan cütlük, 2013-cü ildə tarixin ən böyük nikah müqaviləsinə imza atıb. Belə ki, müqavilə 101 səhifədən ibarət olub. Ər-arvad müqavilədə öz şərtlərini və uşaqların qəyyumluğu haqda olan bəndləri dəqiqliyi ilə qeyd edib. Verilən məlumata görə, nikah müqaviləsi tamamilə Bredin ideyasıdır.

Tom Kruz və Keti Holms

Aktyorlar Tom Kruz və Keti Holms evli olarkən, Ketinin boşanacağı təqdirdə ağlasığmaz məbləğdə kompensasiya alacağı haqda xəbərlər mətbuatda yayılmışdı. Cütlük 2012-ci ildə qalmaqallı hadisədən boşandıqdan sonra gözləntilər özünü doğrultmadı. Belə ki, Keti qızının alimenti kimi aldığı illik 400 min dolları saymasaq, o, boşanmadan bir köpük də qazana bilmədi. Nəzərə almaq lazımdır ki, Tom Kruz Hollivudun ən varlı aktyorlarından biridir, lakin arvadından çox qızına pul ödəyir.

Çarli Şin və Deniz Riçards

Məşhur Hollivud aktyoru Çarli Şin aktrisa Deniz Riçardsla olan evliliyi ona əməlli başlı "dərs" verib. Bu elə bir "dərs" olub ki, aktyor nikah müqaviləsi sahəsində peşəkara çevrilib. Arvadına etdiyi xəyanətə görə, Çarli Şin ona 4 milyon dollar ödəməli olub. Nəticədə, aktyor ikinci dəfə ailə qurmaq istədiyi porno aktrisaya nikah müqaviləsini imzalatdırmaqdan vaz keçib.

Bred Pitt və Cennifer Eniston

2000-2005-ci illərdə Bred Pitt və Cennifer Eniston evli olub. Onları bir-biri ilə agentləri tanış edib və ilk baxışdan sevən cütlük dərhal evlənməyə qərar verib. Onların evliliyi 5 il çəkib. Bred film çəkilişləri zaman Anjelina ilə tanış olduqda isə arvadını atıb və o, Hollivudun ən seksual aktrisasının yanına gedib. Bununla belə, Bred və Cennifer xoşluqla ayrılıb. Çünki onların nikah müqaviləsindən başqa bölməyə heç nələri olmayıb. İş ondadır ki, onlardan heç bir işi çətinləşdirməyərək əlavə sənədlərə imza atmamışdı.

Tanınmışların dodaq uçuqladan nigah müqavilələri - FOTOTanınmışların dodaq uçuqladan nigah müqavilələri - FOTOTanınmışların dodaq uçuqladan nigah müqavilələri - FOTOTanınmışların dodaq uçuqladan nigah müqavilələri - FOTOTanınmışların dodaq uçuqladan nigah müqavilələri - FOTOTanınmışların dodaq uçuqladan nigah müqavilələri - FOTOTanınmışların dodaq uçuqladan nigah müqavilələri - FOTOTanınmışların dodaq uçuqladan nigah müqavilələri - FOTOTanınmışların dodaq uçuqladan nigah müqavilələri - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4329   Tarix: 25 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222