"Son zəng" günü "avtoşluq" etmək istəyənlərin nəzərinə

"Son zəng" günü "avtoşluq" etmək istəyənlərin nəzərinə"Son zəng"lə əlaqədar Bakının yol polisi 2 günlük gücləndirilmiş iş rejiminə keçir.

Bu barədə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, Bakıda orta məktəblərdə keçiriləcək "Son zəng" tədbirləri ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi mayın 29-u və 30-da gücləndirilmiş iş rejimində çalışacaq: "Son zəng"lə bağlı paytaxtın inzibati ərazisindəki küçə və yollara bitişik bütün ümumtəhsil müəssisələri nəzarətə götürülməklə müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Bundan başqa, azyaşlıların və yeniyetmələrin qeyri-qanuni olaraq avtomobil idarə etməsinin, eləcə də təhsil müəssisələri ətrafında dayanma-durma qaydalarının pozulmasının qarşısının alınması məqsədilə yol polisinin şəxsi heyəti bu istiqamətlərdə müvafiq tədbirlər görəcək. Ona görə də təhsil ocaqları ətrafındakı küçə və yollarda nəqliyyat sıxlığının yaranmaması üçün yol polisi avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, diqqətli olsunlar, şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".

Bölmə rəisi qeyd edib ki, ötən illərin təcrübəsi göstərir ki, həmin gün bəzi şagirdlər qeyri-qanuni olaraq avtomobil idarə edirlər. Hətta bəzən onların idarə etdiyi avtomobillərlə qəza törətmələri və nəticədə insanların ölməsi və xəsarət alması halları da baş verib: "Ona görə də belə xoşagəlməz halların olmaması üçün bir daha əhalini, paytaxt sakinlərini diqqətli olmağa, xüsusilə də avtomobili olan valideynləri övladlarının avtomobili idarə etməsinə yol verməməyə çağırırıq. Ey valideynlər, avtomobili uşaqların idarəsinə vermək olmaz. Bununla övladlarınıza yaxşılıq yox, pislik edirsiniz. Həmçinin unutmaq olmaz ki, qanunla avtomobilin idarə edilməsini sürücülük vəsiqəsi olmayan şəxsə etibar etdiyinə görə avtomobil sahibi özü də məsuliyyət daşıyır".

Qeyd edək ki, Təhsil Nazirliyi bildirib ki, bu il Azərbaycanın orta məktəblərində "Son zəng" tədbirləri müvafiq olaraq mayın 29-u və 30-u bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcək. "Son zəng" tədbirinin tələb edilən səviyyədə təşkilinə bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər. Trend\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1852   Tarix: 25 may 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 677
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 356
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 287
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 568
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 286
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1783
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 156
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 116
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 376