"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO

Möhtəşəmliyi ilə hələ uzun müddət yaddaşlarda qalacaq Bakı 2015 ilk Avropa Oyunları yekunlaşdı. Əminliklə demək olar ki, Oyunlara ev sahibliyi edən Azərbaycan qitənin idman tarixinə yeni bir səhifə yazmağı bacardı.

Azərbaycan Oyunlarla əlaqədar yalnız mükəmməl təşkilatçılığı ilə yox, həm də idmanda qazandığı nailiyyətlərə görə fərqlənməyi bacardı.

Qürurla qeyd etmək lazımdır ki, ümumi nəticələrə görə Azərbaycan ölkələrin medal cədvəlində fəxrlə 2-ci yerdə qərarlaşdı.

Azərbaycan idmançıları Oyunlarda keçirilmiş bütün yarışlarda təmsil olunublar. Bakı 2015-də baş tutan yarışlarda ümumilikdə 291 azərbaycanlı idmançı çıxış etdi.
Ölkəmizi təmsil edən atletlər 12 idman növündə medallara yiyələndilər. Bakı 2015 ilk Avropa Oyunlarında Azərbaycan ümumilikdə 56 medal qazandı. Bunlardan 21-i qızıl, 15-i gümüş və 20-si bürüncdür.

Azərbaycanın ən yaxşı nəticə göstərdiyi idman növləri - boks, karate, güləş və taekvondo oldu.

Azarkeşlərin daha çox maraq göstərdiyi güləş yarışlarında idmançılarımız gözləntiləri doğrultdular. Belə ki, Azərbaycanın ən çox medal qazandığı idman növü məhz güləş oldu.
Nəticələrə görə, Avropa Oyunlarında ev sahibini təmsil edən güləşçilər 6-ı qızıl, 2-i gümüş və 7-i bürünc olmaqla ümumilikdə 15 medala sahib oldular. Qeyd edək ki, Azərbaycan güləşdə aldığı medalların sayına görə də Rusiyadan sonra 2-ci yerdə qərarlaşıb.

Ən çox medal əldə etdiyimiz ikinci idman növü isə boksdur. Bu idman növü üzrə yarışlarda Azərbaycan digər ölkələrə nisbətən ən çox medala yiyələndi və Avropanın ən güclüsü adına layiq görüldü: 6-ı qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla ümumilikdə 11 medal. Beləliklə, Azərbaycan boks üzrə göstəricilərinə görə medal cədvəlində 1-ci pillədə qərarlaşdı.
Digər oxşar nəticə taekvondo və karate yarışlarında da əldə olundu. Taekvondo növü üzrə yarışlarda Azərbaycan rəqiblərindən daha çox mükafat qazanaraq cədvələ liderlik edir: 3-ü qızıl, 1-i gümüş və 1-i bürünc olmaqla 5 medal.

Karate üzrə yekun yarış cədvəlində birinci yerdə olan Azərbaycanın təmsilçiləri 4 qızıl və 2 bürünc qazandılar.

Ölkəmizin fərqləndiyi digər döyüş idman növü sambodur ki, burada da idmançılarımız 4 qızıl medalı ölkədə saxlamağı bacarıblar.

MEDALLARIN İDMAN NÖVLƏRİNƏ GÖRƏ SIRALANMASI:

Güləş: 6 qızıl, 2 gümüş, 7 bürünc – 15 medal
Boks: 6 qızıl, 1 gümüş , 4 bürünc - 11 medal
Karate: 4 qızıl, 2 bürünc – 6 medal
Taekvondo: 3 qızıl, 1 gümüş, 1 bürünc – 5 medal
İdman gimnastikası: 1 qızıl, 2 gümüş, 2 bürünc - 5 medal
Cüdo: 1 qızıl, 2 gümüş, 1 bürünc – 4 medal
Sambo: 4 gümüş
Avarçəkmə: 1 gümüş
Bədii gimnastika: 1 gümüş
Qılıncoynatma: 1 gümüş, 1 bürünc
Batut gimnastikası: 1 bürünc
Triatlon: 1 bürünc

Azərbaycanın uğurlarından söz açarkən, idman gimnastikası və triatlon yarışlarının nəticələrini də qeyd etmək lazımdır. Belə ki, Oleq Stepko idman gimnastikasının müxtəlif kateqoriyaları üzrə apardığı mübarizədə 1-i qızıl, 2-i gümüş və 2-i bürünc olmaqla tək başına 5 medal qazandı. Medallardan 1 bürünc Eldar Səfərov və Petro Paxnyukla birlikdə komanda şəklində əldə olunub. Azərbaycan gimnastikanın bütün növləri üzrə isə ümumilikdə 7 medal qazandı.

Azərbaycanın triatlon yarışında 3-cü yerə çıxaraq bürünc medal əldə etməsi ölkə adına yüksək sıçrayış kimi qiymətləndirildi. Eyni zamanda, avarçəkmədə hələ yeni olan azərbaycanlı idmançılar bu idman növü üzrə də medalsız qalmadılar. Belə ki, Azərbaycanın medallar sırasını avarçəkmədə əldə olunan 1 gümüş də bəzəyir.

AZƏRBAYCANLI MEDALÇILARIN SİYAHISI
QIZIL MEDAL SAHİBLƏRİ:

Oleq Stepko (İdman gimnastikası)
Firdovsi Fərzəliyev (Karate)
Rafael Ağayev (Karate)
Ayxan Mamayev (Karate)
Pərviz Bağırov (Boks)
Ayxan Tağızadə (Taekvondo)
Elvin Mürsəliyev (Güləş)
Toğrul Əsgərov (Güləş)
Rəsul Çunayev (Güləş)
Xetaq Qazyumov (Güləş)
Mariya Stadnik (Güləş)
İrina Zaretska (Karate)
İlham Zəkiyev (Cüdo)
Milad Beiqi Harçeqani (Taekvondo)
Radik İsayev (Taekvondo)
Abdulqadir Abdullayev (Boks)
Albert Səlimov (Boks)
Teymur Məmmədov (Boks)
Kollazo Sotomayor (Boks)
Elvin Məmişzadə (Boks)
Anjela Doroqan (Güləş)
GÜMÜŞ MEDAL SAHİBLƏRİ:
Oleq Stepko (İdman gimnastikası – 2 medal)
Marina Durunda (Bədii gimnastika)
Xaybula Musalov (Boks)
Sabahi Şəriəti (Güləş)
Səbinə Abdullayeva (Cüdo)
Valentin Demyanenko (Avarçəkmə)
Fəridə Əzizova (Taekvondo)
Orxan Səfərov (Cüdo)
Rafiq Hüseynov (Güləş)
Sevil Bünyətova (Qılıncoynatma)
Amil Qasımov (Sambo)
İslam Qasumov (Sambo)
Vasif Səfərbəyov (Sambo)
Nəzakət Xəlilova (Sambo)

BÜRÜNC MEDAL SAHİBLƏRİ:

Oleq Stepko (İdman gimnastikası – 2 medal, fərdi və komanda)
Sevinc Bünyətova (Qılıncoynatma)
Niyazi Əliyev (Karate)
Həsən Əliyev (Güləş)
İlahə Qasımova (Karate)
Cəbrayıl Həsənov (Güləş)
Hacı Əliyev (Güləş)
Rostislav Pevtsov (Triatlon)
Elman Muxtarov (Güləş)
Ruslan Dibirhacıyev (Güləş)
Məhəmmədrəsul Məcidov (Boks)
İlya Qrişunin (Batut gimnastikası)
Patimat Abakarova (Taekvondo)
Yana Alekseyevna (Boks)
Anna Əlimərdanova (Boks)
Natalya Sinişin (Güləş)
Cəmaləddin Maqomedov (Güləş)
Petro Paxnyuk (İdman gimnastikası-komanda)
Eldar Səfərov (İdman gimnastikası-komanda)
Tayfur Əliyev (Boks)
Zakir Mislimov (Cüdo)

axsam.az

"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO"Bakı 2015"-də Azərbaycanın qazandıgı yekun nəticə - SİYAHI - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 6097   Tarix: 29 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074