Azərbaycana yumurta və toyuq ətini ermənilər göndərir?

Azərbaycana yumurta və toyuq ətini ermənilər göndərir?Azərbaycanın broyler şirkətlərini damazlıq yumurta və cücə ilə təchiz edən, habelə ölkəyə toyuq əti ixrac edən Türkiyə şirkətinin iki ortağı ermənidir

Bu sensasion fakt Türkiyə mənbələrindən məlum olub.

Araşdırmalarımız nəticəsində üzə çıxıb ki, "Emre Piliç Gida Sənaye və Ticarət Limited" şirkətinin səhmdarları arasında Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan adlı iki erməni də yer alır.

"Emre Piliç" şirkətinin internet saytında yerləşdirilmiş məlumatlara görə, şirkət 1996-cı ildə Türkiyənin Kocaeli bölgəsində qurulub. Hazırda 4 bölgədə – İzmit, Mudurnu, Nallıhan və Ayaşda fabrikləri, 9 quşçuluq təsərrüfatı və 279 işçisi var.

Azərbaycana yumurta və toyuq ətini ermənilər göndərir?Şirkət istehsal etdiyi məhsulları həm Türkiyə bazarında satır, həm də xarici ölkələrə ixrac edir.

"Emre Piliç" xarici bazarlara 2008-ci ildə açılıb. 2012-ci ildə 23 milyon, 2013-cü ildə 44 milyon, 2014-cü ildə isə 60 milyon ədəd yumurta ixracı həyata keçirib. Bu il isə şirkət 100 milyon ədəd damazlıq yumurta ixrac etməyi planlaşdırır.

Şirkətin ixrac həyata keçirdiyi ölkələr Rusiya, Ukrayna, İran, İraq, Azərbaycan, Özbəkistan, Misir, Səudiyyə Ərəbistanı və Gürcüstandır.

Türkiyə Ticarət Sicili Qazetesinin (Türkiyə Odalar və Borsalar Birliyinin rəsmi yayım orqanı) 2014-cü il, dekabrın 12-də dərc edilmiş sayında yer alan məlumata əsasən "Emre Piliç" şirkətinin Səhmdarlar Şurası həmin il noyabrın 11-də toplanıb. Şirkətin nizamnamə kapitalının 33 milyon türk lirəsi (TL) 38 milyon TL-yə qədər artırılmasına dair yekdilliklə qərar çıxarıb.

Qərarın altına imza atan səhmdarların siyahısı aşağıdakı kimidir:

Ömər Oral

Arto Sevan Oskayan

Seyhan Davutoğlu Daştan

Mert İbrahim Daştan

Andarnik Raffi Bozacıyan

Ömür Oral

Onur Oral.

Bəs şirkətin Azərbaycandakı tərəfdaşları kimlərdir? Bu şirkətdən yumurta və cücəni hansı şirkətlər idxal edir?

İnternetdə apardığımız araşdırma nəticəsində Azərbaycandan bu şirkətlə təması olanlar arasında "Bakı Quşçuluq", "İmişli Quşçuluq", "Saba" ASC, "Abşeron" MMC, "Şəfalı Broyler", "İsmayıllı Quşçuluq", "Buzovna Broyler", "Dəvəçi Quşçuluq", "Aqrolizinq" QSC, "Şəmkir Quşçuluq", "İspanyol" ticarət mərkəzi, "Hacıqabul Quşçuluq", "Siyəzən Broyler" və digər şirkətlərin adları var.

Lakin adıçəkilən şirkətlərin "Emre Piliç"lə hansı formada işgüzar əməkdaşlıq etdiyini Türkiyə qaynaqlarından dəqiqləşdirmək mümkün olmayıb.

Bununla belə internetin Azərbaycan seqmentində apardığımız axtarış zamanı aşağıdakı məzmunda elana rast gəldik (üslub olduğu kimi saxlanılır-red.):

"Elan

Broyler fabrikalarının rəhbərlərinin nəzərinə!

Bizim şirkət dünyanın ən məşhur və mükəmməl avadanlığı sayılan "Chick Master" inkubatorlarında çıxarılmış sutkalıq cücələri öz nəqliyyat vasitəmizlə Azərbaycan ərazisinin istənilən nöqtəsinə gətirməklə təklif edir.

ROSS 308 sortlu damazlıq yumurta Türkiyənin "Emre Piliç", toyuqculuq şirkətində istehsal olunmuş və hər bir partiyanın yüksək keyfiyyətinə və sanitar normalarına zəmanət verir. Standart tələbləri bu sahənin ən ciddi göstəricilərinə cavab verir.

Cücənin qiyməti damazlıq yumurtanın bazar qiymətindən və ödəmə şərtlərində asılı olaraq iki üç qəpik aşağı olacaqdır. İnkubator sexi Bakı ətrafında Zirə qəsəbəsində yerləşir və arzu edənləri istehsalatdan tanış olmağa dəvət edirik.

Vasitəçilərərdən və dəllallardan bizi narahat etməməyi xahiş edirik".

Elanda göstərilmiş əlaqə nömrəsinə zəng etdik. Adının Samir olduğunu bildirən şəxsdən dəqiqləşdirdik ki, söhbət "Həmzə broyler" şirkətindən gedir. Bu şirkət Zirə yaxınlığında yerləşir.

Ancaq həmin şəxs şirkətdə menecer olduğunu və suallara cavab vermək səlahiyyətində olmadığını dedi.

Virtualaz.org saytı "Emre Piliç" şirkətinin Azərbaycana nə qədər yumurta və cücə ixrac etdiyini dəqiqləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyi, habelə bir sıra broyler şirkətləri ilə əlaqə saxlayıb.

"Azərbaycandakı quşçuluq təsərrüfatları Türkiyənin "Emrə Piliç" şirkəti ilə əməkdaşlıq edir. Yəni quşçuluq təsərrüfatları müqavilə əsasında şirkətdən məhsul alırlar" – bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Tofiq Atazadə saytımıza bildirib.

T.Atazadə şirkətlə hansı yerli təsərrüfatların əməkdaşlıq etdiyini, ölkəyə nə qədər məhsul gətirildiyini açıqlamasa da ötən il "Emre Piliç"dən məhsul alındığını təsdiqlədi.

Azərbaycan Quşçuluq Cəmiyyətindən isə "Emre Piliç"lə əməkdaşlıq edilmədiyini söylədilər: "Biz təşkilat olaraq "Emre Piliç" şirkəti ilə əməkdaşlıq etmirik. Lakin regionlardakı quşçuluq təsərrüfatları əməkdaşlıq çərçivəsində Türkiyədən, "Emre Piliç"dən məhsul alırlar".

"Hacıqabul" quşçuluq təsərrüfatının anbar müdiri isə "Emre Piliç"dən məhsul almadıqlarını söylədi: "Biz yalnız öz məhsullarımızın satışı ilə məşğuluq. Şirkət olaraq təkcə Türkiyədən deyil, heç bir ölkədən məhsul almırıq".

"İmişli quşçuluq" təsərrüfatının ofis meneceri Aytəkin Qədirova da "Əmrə Piliç" şirkəti ilə əməkdaşlıq etmədiklərini bildirdi: "Ümumiyyətlə, bu şirkətin adını ilk dəfədir eşidirəm. Bizim müəssisə o şirkətlə heç vaxt əməkdaşlıq etməyib".

Dəvəçi və Siyəzən quşçuluq təsərrüfatlarından isə sualımıza cavab vermədilər.

Özünü "Dəvəçi" boylerin satınalmalar üzrə direktoru kimi təqdim edən şəxs əməkdaşlıqla bağlı məlumatsız olduğunu dedi: "Sizin suallarınızı digər şöbədən cavablandıracaqlar. Həmin şöbənin əməkdaşları isə hazırda ofisdə yoxdur".

"Siyəzən broyler"in hüquqşünası olduğunu deyən şəxs isə suallarımıza "məsələni araşdırandan sonra cavab verə biləcəyini" dedi.

Quşçuluq sektorundakı qaynaqlardan isə dəqiqləşdirə bildik ki, hazırda "Emre Piliç" şirkətinin Azərbaycandakı əsas tərəfdaşı "Həmzə" MMC-dir. "Emre Piliç"in həmin şirkətdə ortaqlığı var. Bu şirkət Bakının Zirə qəsəbəsi yaxınlığındakı inkubatorunda "Emre Piliç" şirkətindən alınan yumurtalardan cücə çıxarılmasını həyata keçirir və onu broyler fabriklərinə satır.

Həmçinin öyrəndik ki, "Emre Piliç" şirkətindən yumurta idxalını əsasən Neftçalada yerləşən "Şəfalı broyler" həyata keçirir, tərəfdaşlıq hazırda da davam edir.

Bəs görəsən, Azərbaycandan "Emre Piliç"lə əməkdaşlıq edən iş adamları bu şirkətin səhmdarlarından ikisinin erməni olduqlarını biliblərmi?

Ola bilsin ki, bilməyiblər və söhbət Türkiyə şirkətindən getdiyinə görə heç şübhələnən də olmayıb. Lakin bu fakt göstərir ki, erməni iş adamları Türkiyədə sərbəst şəkildə bizneslə məşğul ola, hətta Azərbaycana ixrac həyata keçirə bilirlər…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4992   Tarix: 30 iyun 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 234
.

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var. 11:29. Ermənistanın "Döyü

22.04.2024 325
.

İran prezidenti Rəisi Pakistana rəsmi səfərə gedib

İran prezidenti İbrahim Rəisi Pakistanın paytaxtı İslamabada gəlib. xəbər verir ki, Rəisi Pakistanın Baş naziri Şahbaz Şərif və prezident Asif Əli Zərdari ilə görüşəcək. İran prezidenti həmçinin Pakistanın mədəni və iqtisadi mərkəzi sayılan Lahor və Kəraçi şəhərlərinə də səfər etməyi planlaşdırır. Onu

22.04.2024 217
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22.04.2024 328
.

Nigeriyada atışmalarda 21 nəfər öldü

Nigeriyanın Plateau ştatında yerli əhaliyə qarşı hücumlar olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 21 nəfər ölüb. Hücumun fermerlərə qarşı olduğu bildirilib. Gənclər Hərəkatının milli sədri Sunday Dankaka müxbirlərə bildirib ki, hücum ştatın Manqu və Kuru vilayətlərində qeydə alınıb. Hücumlard

22.04.2024 189
.

Türkiyədə metro stansiyasını su basdı - VİDEO

Türkiyənin İstanbul şəhərində metronu su basıb. BİG.AZ xəbər verir ki, leysan yağışı nəticəsində "Yenibosna" metro stansiyası su altında qalıb. Həmin görüntüləri təqdim edirik:

22.04.2024 276
.

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - FOTO

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib. Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib. Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birin

22.04.2024 729
.

300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktoruna hökm oxundu

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəs

22.04.2024 405
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə "Qafqazinfo"ya Medianın İnkişafı Agentliyində

22.04.2024 288