İŞİD-in yeni cəbhəsi

İŞİD-in yeni cəbhəsiİŞİD silahlı qruplaşması Qəzza bölgəsinin idarə edən HƏMAS hərəkatına iki sutkalıq ultimatum verərək, İŞİD tərəfdarlarını təqibini dayandırmağı tələb edib

BiG.AZ-ın "Associated Press" istinadən verdiyi məlumata görə, İŞİD keçən həftə İsrailə qarşı gerçəkləşdirilmiş raket zərbəsinə görə də məsuliyyəti öz üzərinə götürüb. 2007-ci ildən Qəzza sektorunu idarə edən HAMAS daha radikal qruplaşma olan İŞİD-i özün təhlükə kimi görür. İŞİD-in Qəzza bölgəsində nə qədər tərəfdarının olduğu bildirilməsə də qruplaşma üzvləri HƏMAS-ı İsraillə mübarizədə daha sərt mövqe göstərməməkdə günahlandırırlar.

Beləliklə, Sinay yarımadasında fəaliyyət göstərən "Ənsar Beyt əl-Makdis" qruplaşmasının döyüşçülərinin İŞİD-ə sədaqət andı içməsindən sonra HƏMAS-la yanaşı regionun iki dövləti - Misir və İsrail yeni müharibə təhlükəsi ilə üz-üzə qalıb.

İndiyə kimi 100-ə yaxın mülki vətəndaşının İŞİD tərəfidən öldürüldüyünü bəyan edən Misir qrpulaşmaya qarşı sərt mübarizəyə başlayıb. Misir ordusundan verilən məlumata görə, indiyə kimi 90 nəfər İŞİD üzvü həlak olub, silahlı qüvvələr isə 17-ə yaxın əsgər və zabit itirib.

İsrail ordusunun radiosu "Qaley SAXAL" isə Misirlə sərhəddə yerləşən ordu hissələrinin döyüş hazırlığı vəziyyətinə gətirildiyini bəyan edib. Həmçinin "BBC"nin məlumatına görə, İsrail baş naziri Benyamin Netanyahu İŞİD tərəfindən öldürülmüş misirlilərə görə Qahirəyə baş sağlığı verib. O, İŞİD-ə qarşı mübarizədə Misirə dəstək verəcəyini vurğulayıb.

Lakin İsrail mətbuatını izlədikdə anlamaq olur ki, bu ölkənin hərbçiləri heç də bu məsələdə baş nazirlə həmfikir deyillər. Məsələn, İsrail müdafiə nazirliyinin departament rəhbəri, istefada olan general Amos Qilad öz ölkəsinin ordusunun bu məsələyə qarışmamasını vacib sayır. Onun fikrincə, İŞİD bütün Yaxın Şərqini xəritəsini dəyişdirməyə çalışsa da bunun üçün real imkanları yoxdur.

"Biz Qəzza sektorunda və Suriyada terror qruplaşmalarının qarşıdurmasına müdaxilə etməyəcəyik. İndiki balans qorunduqca İsrail ordusu İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək",- deyə general Amos Qilad "Qaley SAXAL" radiosuna bildirib. Yəni xoruzun quyruğu görünür və İsrail pazı-pazla, yəni HAMAS-ı İŞİD-lə səhnədən çıxarmaq istəyir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1509   Tarix: 02 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930