İŞİD Misirdə torpaq ələ keçirdi - FOTO

İŞİD Misirdə torpaq ələ keçirdi - FOTOMisir ordusuna hücumları zamanı 70-ə yaxın hərbçini qətlə yetirən İŞİD Sina yarımadasındakı Şeyx Züveyd qəsəbəsini ələ keçirib

BiG.AZ-ın məlumatına görə, indiyə kimi Suriya, İraq və Liviyada torpaq əldə etmiş İŞİD ilk dəfədir ki, Misirdə müəyyən yaşayış məntəqəsini nəzarətə götürür. Silahlı qruplaşmanın buradan Qazzəyə qədər irəliləməsi ehtimal edilir.

Yaranmış vəziyyət Misir hakimiyyətində jiddi narahatlıq doğurub. Baş nazir İbrahim Mehleb ölkəsinin rəsmən müharibə vəziyyətində olduğunu bildirib.

Misir ordusundan verilən açıqlamada isə silahlı qüvvələrin terrora qarşı amansız bir savaşa qalxdığı bildirilir. "Bu qara terroru kökündən qazımaq üçün lazım olan iradə və istəyə sahibik. Sina yarımadası terrordan təmizlənə qədər dayanmayacağıq",- deyə ordudan yayılan açıqlamada vurğulanıb.

Yerli qəzetlərin yazdığına görə, əsasən bədəvilərin yaşadığı Şeyx Züveyd qəsəbəsini ələ keçirən İŞİD yollara mina döşəyərək Misir ordusunun yaxınlaşmasına mane olub. Buna görə də silahlı qruplaşmanın Sina yarımadasında yerləşən digər qəsəbə Əl Arişi ələ keçirə biləcəyi düşünülür.
İŞİD Misirdə torpaq ələ keçirdi - FOTOTerrorçuların işğal xəritəsi

Qəzzaya qədər irəliləyə bilən İŞİD tərəfdarlarının vasitəsi ilə sektoru ələ keçirə bilər. Beləliklə, Sinay yarımadasında fəaliyyət güstərən "Ənsar Beyt əl-Makdis" qruplaşmasının döyüşçülərinin İŞİD-ə sədaqət andı içməsindən sonra regionun iki düvləti - Misir və İsrail yeni müharibə təhlğkəsi ilə ğz-ğzə qalıb.

Misirlə yanaşı İsrail də İŞİD-ə qarşı mübarizəyə başladığını bəyan edib. İsrail ordusunun Misirlə sərhəddə yerləşən hissələrinin döyüş hazırlığı vəziyyətinə gətirildiyini bəyan edib. Baş nazir Benyamin Netanyahu İŞİD-ə qarşı mübarizədə Misirə dəstək verəcəyini vurğulayıb.

Lakin İsrail mətbuatını izlədikdə anlamaq olur ki, bu ölkənin hərbçiləri heç də bu məsələdə baş nazirlə həmfikir deyillər. Məsələn, İsrail müdafiə nazirliyinin departament rəhbəri, istefada olan general Amos Qilad öz ölkəsinin ordusunun bu məsələyə qarışmamasını vacib sayır.

"Biz Qəzza sektorunda və Suriyada terror qruplaşmalarının qarşıdurmasına müdaxilə etməyəcəyik. İndiki balans qorunduqca İsrail ordusu İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək",- deyə general Amos Qilad bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1273   Tarix: 03 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 360
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 0
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

14:04 287
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

18:00 66
.

"İxracın şaxələndirilməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir"-EKSPERT

"Qırğızıstanla son 15 ildə ən pis ticarət dövriyyəmiz 2017-ci ildə qeydə alınıb. Həmin il cəmi 1.7 milyon dollarlıq dövriyyəmiz olub. 2022-ci ildə isə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollar olmuşdur". Bu sözləri BİG.AZ-A iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, ötən i

17:40 80
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

14:16 576
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 669
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 4347
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

18:01 46