Dənizə gedən valideynlərə-XƏBƏRDARLIQ

Dənizə gedən valideynlərə-XƏBƏRDARLIQBəzən valideynlər su hövzələrində istirahət edərkən uşaqları üçün real təhlükə mənbəyi yaradırlar. Ona görə də övladlarının taleyinə biganə olmayan valideynlər daha diqqətli olmalıdırlar.

BiG.AZ xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib.

Sektor müdirinin sözlərinə görə, bu günlərdə məktəblərin, təhsil ocaqlarının yay tətilində olmasını fürsət bilən azyaşlılar, valideynləri ilə və ya təkbaşına, dostlarla kütləvi şəkildə çimərliyə, bəzən də çimmək üçün qadağan olunmuş su hövzələrinə üz tuturlar: "Bu zaman başı müxtəlif oyunlara qarışan uşaqlar bədbəxt hadisə ilə üzləşməli olurlar. Onların əksəriyyəti çimərliyə üzməyə yox oynamağa, qaçmağa, vaxtını maraqlı keçirməyə gəlirlər. Məsələn futbol, voleybol oynayırlar. Bəzən də dənizin içərisində voleybol oynayırlar. Əslində, ilk baxışdan burada təhlükəli bir şey görünmür. Amma bəzən hər şey topun dənizin dərinliklərinə, sahildən uzağa getməsi ilə başlayır. Topu gətirmək üçün üzə bilməyən bir uşağın topun arxasınca suyun dərinliklərinə doğru getməsi isə artıq bədbəxt hadisənin başlanğıcı sayıla bilər. Nəzərə alsaq ki, uşaq dənizə dostları ilə və ya tək gəlib, onda demək olar ki, bədbəxt hadisəyə artıq zəmin hazırlanıb".

M.Piriyev qeyd edib ki, təəssüf ki, valideynləri ilə gələn uşaqlar da bu cür səhvə yol verəndə əksər hallarda nəticə dəyişmir: "Çunki həmin vaxt əksər valideynlərin bundan heç xəbəri olmur. Ona görə ki, onlar gətirdiyi yemək-içməklə uşağın qarnını doyurandan sonra işini bitmiş hesab edir və başları istirahətlərinə qarışır. Bu isə valideynlər tərəfindən real təhlükə mənbəyinin yaradılmasından başqa bir şey deyil".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1710   Tarix: 07 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 797
.

Paşinyan Bəşər Əsədə təbrik məktubu göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın prezidenti Bəşər Əsədə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "Suriya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və dost Suriya xalqına ən səmimi təbriklərim

17.04.2024 224
.

Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır

Ermənipərəst senator Bob Menendes ona qarşı rüşvətalma maddəsi ilə federal cinayət işinin açılmasına səbəb olan əməllərdə arvadı Nadin Arslanyanı ittiham etməyi planlaşdıra bilər. Bu yaxınlarda açıqlanan məhkəmə sənədlərindən belə qənaət hasil olur. Vəkilləri senatorun arvadı Nadin Arslanyanın onda

17.04.2024 389
.

Hikmət Hacıyev Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılmasını ŞƏRH ETDİ

"2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib"

17.04.2024 399
.

Hadı Rəcəbli dəfn olundu

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli dəfn olunub. xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb

17.04.2024 728
.

İsrail əsgərləri 2 fələstinlinin evlərini dağıtdı

İsrail əsgərləri Xebron şəhəri yaxınlığındakı Bani Naim yaşayış məntəqəsinə basqın edib. BİG.AZ xəbər verir ki, İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebronda partlayıcı maddələrlə saxlanılan 2 fələstinlinin evlərini dağıdıb. Evləri dağıdılan şəxslərin fələstinli türkmənlər Ahmed və Mahmu

17.04.2024 145
.

Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB məlumat yayıb. Qurumdan -a bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. 2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səth

17.04.2024 1054
.

Həyat yoldaşı və qızı Kürdə batan qadın DANIŞDI - VİDEO

"Dörd gündür axtarış gedir, balam tapılmır". Bu sözləri Baku TV-yə açıqlamasında həyat yoldaşı və qızı Kürdə batan qadın deyib. O bildirib ki, hamı kömək edir, lakin övladı tapılmır. Qeyd edək ki, aprelin 12-də Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanl

17.04.2024 1035
.

Dubaya güclü yağışlar yağıb

BƏƏ-nin şəhəri Dubaya güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, həmin şəhərdə olan şəxslər Dubayda yağış gördüklərinə təəccübləniblər. Onlar bu barədə sosial şəbəkələrdə paylaşıblar. Dubay hava limanında bir çox reyslər təxirə salınıb

17.04.2024 338