Kimlər daha çox yalana meyilli olur?

Kimlər daha çox yalana meyilli olur?Yalan danışmaq prosesi uşaqlıq dövründən başlayır.

Araşdırmalara görə, 3-4 yaşından uşaq yalan danışmaq üçün ilk cəhdləri göstərir.
Adətən böyüklər bunu görür, normal qəbul edib bir əyləncə formasına gətirirlər. Uşaq 5-6 yaşına çatanda isə yalanlar çoxalır və düşünülmüş olur. Çox vaxt belə hallar cəzalandırılmanın qorxusu nəticəsində baş verir. Lakin bu yaşda cəzalanma üsulu fərqli olur. Böyüklər uşağın üstünə qışqırır, o elədiyi hərəkətə görə günahlandırılır və özünü çox pis vəziyyətdə hiss edir.
Uşaq valideynlərinin davranışını təkrarlayır, onların yalan dediklərini görür. Bir misal gətirmək olar: "Hansısa bir qohum haqqında valideyn hər zaman mənfi fikir bildirir, lakin onlara qonaq gedəndə tamamilə başqa münasibət göstərir. Bunu görən uşaq öz aləmində bu cür davranışın düzgün olduğunu hesab edir".
İnsanlar yalan danışır, bəzən də buna əhəmiyyət vermirlər. Hesab olunur ki, şəraitdən yaranmış müəyyən məqamlar insanı yalan danışmağa vadar edir. Əksər hallarda öz şəxsi maraqlarının müdafiəsinə görə, özünə diqqət cəlb etmək üçün, cəmiyyət tərəfindən gələn tənqiddən yayınmaq üçün yalan danışırlar. Bəziləri özlərinə yalanlardan ibarət olan bir dünya qururlar və bu yalana inanırlar.
İnsanlar müxtəlif formada yalanlar danışırlar, çünki hər biri müəyyən şəxsiyyət tipinə aiddir.
Yalana ən çox meylli isterik şəxsiyyət tipinə aid olan insanlardır. Onlar özünə qarşı maraq olmadığını hiss edəndə nəyin bahasına olursa olsun onu qazanmağa çalışır. Bu tip insanlar uydurduğu obraza o qədər alışırlar ki, öz fantaziyalarında tam həll olurlar, ürəkdən inanırlar. Tanınmış filosof və alim Blez Paskal yazırdı: "Elə insanlar var ki, yalan danışır, sadəcə yalan danışmaq üçün".
Müəyyən situasiyalarda "yox" deyə bilməyəcəyi üzündən bəzi insanlar özlərinə bəraət qazandırmaq məcburiyyətində qalırlar. Şizoid şəxsiyyət tipinə aid olan insanlar tam fərqli formada yalana əl atırlar. Onları fantaziyaları çox uzaqlara aparır: mistik mövzular, uçan boşqablar və s., çoxlu vədlər edirlər, sonra isə unudurlar.
Əsl "peşəkar" yalançılar epileptoid tipinə aid olanların arasında olur. Onlar elə yalan danışırlar ki, heç kəs hiss eləmir, özlərinin də çox güclü yaddaşı var və danışdığı yalanları unutmurlar. Lakin onlar nadir hallarda yalan danışırlar, çünki az danışan olurlar. Fikir söyləmədən öncə fikirləşirlər, ölçüb-biçirlər, xırdalıqlarına qədər əhəmiyyət verirlər.
"Qipertim" psixotipinə mənsub olan insanlar çox nadir hallarda yalan danışır. Onlar yalan danışmağa ehtiyac duymurlar, çünki cəmiyyətdə özlərini sərbəst hiss edirlər və heç kimdən qorxmurlar. Və psixoastenik tipinə aid olan insanlar. Onlar çox nadir hallarda yalan danışırlar. Çünki yalanı günah olduğunu düşünürlər. Yalan danışsalar belə, o anda onların hərəkətlərində, jestlərində bunu hiss eləmək olar.
Bəs, yalanı necə ayırmaq olar. Bu anda köməyimizə qarşımızdakı insanın jestləri gəlir. Bir qədər diqqət yetirin. Yalan danışan zaman insan çox vaxt gözə baxmır, əllərini ovuşdurur, barmaqlarını oynadır, əlini burnuna aparır, ağzını örtür. Əsəbi halda ətrafında səliqə səhman yaratmağa çalışır, əlində hansısa əşyanı, ya düymələrini oynadır, tez-tez saçlarını düzəldir, dodaqlarını yalayır. Əsəbləşən adam siqaret çəkməyə, öskürməyə də başlaya bilər. Bütün bu jestlər həmin söhbətdən yayınmaq üçün istifadə olunur. Təbəssümü saxta olur: dodaqlar qaçır, lakin baxışlar ciddidir. Əgər hansısa mövzunu müzakirə edəndə həmsöhbətinizin əsəbləşdiyini, gözlərini yayındırdığını, ağzını əli ilə örtdüyünü, bir qədər geri (arxaya) əyildiyini müşahidə edirsinizsə, deməli, o, bu barədə danışmaq istəmir və ona görə də yalan deməyə hazırdı. Yalan danışan zaman insanın üzündəki ifadə və dediyi sözlər bir-birini tamamlamır. Lakin onu da qeyd etmək istəyirəm ki, bu dediklərimdən nəticə çıxararaq, hansısa bir jestə görə insana yalançı demək olmaz. Bunlar kompleks şəklində nəzərə alınmalıdır. Həm insanın jestləri, keçirdiyi emosiyalar, verbal reaksiyalar müşahidə olunmalıdır. Verbal reaksiyalar, yəni insan söhbətdən yayınır, o barədə danışmaq istəmir, ya da ki verdiyi cavablar mövzuya aid deyil. Yalan danışan insan kobudluq də edə bilər: "Mən sənə cavab vermək məcburiyyətində deyiləm", "Mənim haqqımda siz necə belə düşünə bilərsiniz".
Ümumiyyətlə, bu mövzu çox geniş bir mövzudur və bu haqda çox danışmaq olar. Nə qədər məlumatımız olsa belə, yalanı həmişə aşkar etmək olmur, çünki çox bacarıqla, "peşəkar" yalan danışanlar da var. Lakin əksər hallarda insana öz yalanlarına nəzarət etmək çətindir. O, əsəbləşir və aqressiv olur. Həmin an mövzunu gözlənilmədən dəyişəndə – düz danışan insanı bu təəcübləndirər, lakin yalan söyləyən buna sevinər.
İnsan davranışını müəyyən bir məqamda düzgün qiymətləndirmək üçün onun adi vaxtlarda adətən özünü necə apardığını bilmək lazımdır. Tanımadığımız insanın yalanını aşkar etmək çətindir.
Ümumiyyətlə, unutmayaq ki, "Yalan ola bilsin, bir problemi həll edə bilər, amma özü ilə daha yüz problem gətirər…"(Uilyam Porter).
Aygün Ağabalayeva
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3849   Tarix: 31 iyul 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121