Bu ərzaqlar dərini qocalır

Bu ərzaqlar dərini qocalırHeç kimə sirr deyil ki, dərinin ümumi vəziyyəti bir çox faktorlardan asılıdır. Dəri problemlərinin əsas səbəbləri stress, hormonal dəyişiklik, yuxusuzluq, günəş şüaları, külək və s. ola bilər. Amma qidalanmanı yaddan çıxartmaq olmaz. Çünki məhz o, ətraf mühitin zərər verdiyi təsirləri azaldır, dərinin əvvəlki görünüşünü özünə qaytarır. Əlbəttə ki, söhbət faydalı qidalardan gedir. Sizin sevdiyiniz şirniyyat məhsulları isə dəriyə heç də yaxşı təsir etmir. Əgər güzgüyə baxanda kədərlənmək istəmir və ya təravətli dəri ilə qarşılaşmaq istəyirsinizsə, onda zərərli qidaları soyuducudan və süfrənizdən qovun.

BiG.AZ publika.az-a istinadən dərini qocaldan faktorları təqdim edir:

Yağlı məhsullar

Bir sıra tədqiqatlar zamanı məlum olub ki, yağ sızanaq əmələ gəlməsinə bilavasitə səbəb olur. Bu, xüsusilə də yağlı məhsullara aiddir. Bundan başqa, laktoza insulin sintezini stimullaşdırır ki, bu da dərinin vəziyyətinə qənaətbəxş təsir göstərmir. Əgər dəridə sızanaq əmələ gəlməsinin qarşısını almaq istəyirsinizsə, yağlı məhsullardan uzaq olun.

Şirniyyat

Şəkəri yüksək olan insanların dərisi şirniyyat məhsullarına çox həssaslıqla cavab verir. Heç olmasa, bir həftə ümumiyyətlə şokolad və pirojna yeməməyə səy göstərin. Bir həftədən sonra nəticəsi sizi də heyrətləndirəcək. Sızanaq yaranmasının əsas səbəbi çox vaxt qənnadı məhsulları olur.

Qurudulmuş meyvələr

Tortlar və konfetlərlə yanaşı, qurudulmuş meyvələr də "risk" qrupuna aiddir. Çoxları onların tərkibində kifayət qədər yüksək şəkər olduğundan xəbərsizdir. Məsələn, alma qurusunda şəkərin miqdarı 81 faiz, kişmişdə 59 faiz, armudda 62 faiz, ərikdə 53 faiz, nəhayət, qara gavalıda olan şəkərin miqdarı isə 38 faiz təşkil edir. Razılaşın ki, bu rəqəm yüksəkdir. Şəkər dərinin qocalma prosesini sürətləndirir.

Tez hazırlanan sıyıqlar

Onların tərkibi şəkərsiz olduğu üçün səhərlər onu yemək mümkün deyil. Buna görə də üstünə şəkər səpərək yeməyə üstünlük veririk. Sözsüz ki, bu, dəriyə heç də yaxşı təsir etmir.

Duz və istiot

Acılı və duzlu yemək həvəskarları bir daha düşünməlidirlər: O bədənin hərarətini artırır, bununla da qan damarlarını genişləndirir. Nəticədə, acılı qidalar dəridə qızartı və qıcıqlanmaya səbəb ola bilər.
Duz orqanizmin, o cümlədən dərinin susuz qalmasına səbəb olur. Bu da vaxtından əvvəl qocalma ilə nəticələnir. Çips, makaron sousları kimi qidalar duzlu olduğundan dəriyə mənfi təsir edər.

Dəri üçün faydalı olan qidalar:

Üz dərisinin təravətli, rənginin eyni olması üçün qida rasionunuza E və A qrup vitaminlərlə zəngin olan ərzaqları daxil etmək lazımdır. Onlar dərini qidalandırır, öz nəmini qorumağa kömək edir, həmçinin, vaxtından əvvəl qocalmasına mane olur. Beləliklə, sizin sevməli olduğunuz qidalar bunlardan ibarətdir: tərəvəzlər və meyvələr. Onlar dərinin sağlam və parıltılı olmasına kömək edəcək. Bu, yaşıl kələm, balqabaq, yerkökü, təzə kartof, ispanaq, brokkoli və pomidor ola bilər.

Qovun və ərik: Onlar həzm üçün çox faydalıdır, deməli, səhv qidalanma nəticəsində meydana gələn dəri problemlərinə yol açmayacaqlar.

Mağazaya getməzdən əvvəl özünüzə şirniyyat bölməsinə getməyəcəyinizə dair söz verin. Əsasən, siyənək, karp və keta balıq növləri haqqında düşünün. Unutmayın ki, balıq dərinin qocalma prosesini ləngidən çox qiymətli qidadır.
Qiymətli E vitamini yaşıl tərəvəzin, eyni zamanda yulaf və qozun tərkibində də var. Amma qozun yağlılığını unutmamalıyıq. Ona görə də qoz kimi çərəzlərin qəbulu günün birinci yarısında arzuolunandır.

Təzə çəkilmiş meyvə və tərəvəz şirələri də dərinin parıldamasını təmin edən sadiq köməkçilərdir. Çuğundur və sitrus meyvələrinin şirələri bu işin öhdəsindən yaxşı gəlir. Əlbəttə ki, onlara qarşı allergiyanız yoxdursa.

QEYD: Bu şirələrin tərkibində yüksək miqdarda fruktoza olduğu üçün hər gün içmək olmaz. Amma həftədə 1-2 dəfə istifadəsi sizin xeyrinizə olacaq.

Sağlam qidalanmaq dərinin rəngini bərpa etməkdən əlavə, sizi artıq çəkidən də xilas edəcək!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2815   Tarix: 03 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329