Azərbaycanlının türk qızla internetdə başlayan sevgisi həbsxanada bitdi

Azərbaycanlının türk qızla internetdə başlayan sevgisi həbsxanada bitdiTürkiyədə 14 yaşlı qıza təcavüz etməkdə ittiham edilən azərbaycanlı həbs edilib.

BiG.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, azərbaycanlı gənclə türk qızın münasibətləri internetdə başlayıb.

Hadisə Adanada, Çukurova rayonun Toros Məhəlləsində baş verib. İddiaya görə,mühasib işləyən Naxçıvan sakini Əhməd G. adlı 26 yaşlı gənc Adanada yaşayan 14 yaşlı 8-ci sinif şagirdi N.S.D. ilə bir il öncə internetdə tanış olub. Əvvəlcə dost kimi başlayan yazışmalar sonradan sevgi münasibətinə çevrilib.

Əhməd Adanaya gələrək qızla görüşüb. O, yeniyetmə ilə ailə qurmaq istəsə də, qızın anası Sevil D. övladının yaşı az olduğu üçün buna etiraz edib. Ailənin narazılığına baxmayaraq cütülük münasibətlərini davam etdirib.

Onlar iyul ayının 27-də növbəti dəfə görüşüblər. Qız evdən Didem rayonunda yaşayan xalasının yanına getmə bahanəsi ilə çıxa bilib.

Görüş zamanı iddiaya görə, qız azərbaycanlı gəncə əgər cinsi münasibətləri olarsa ailəsinin onların evlənməyinə icazə verəcəyini deyib. Təklifi qəbul edən Əhməd. G bölgədəki otellərdən birində 14 yaşlı qızla bir neçə dəfə intim münasibətdə olub.

N.S.D başına gələnləri xalasına, o isə bacısına danışıb. Qızın anası Sevil D. qızının dərhal geri dönməsini tələb edib. 14 yaşlı qız sevgilisi ilə birlikdə yenidən Adanaya qayıdıb. Bundan sonra qızın ailə üzvləri polisə müraciət ediblər.

Adana polisi tərəfindən keçirilən əməliyyat zamanı Əhməd G. qaldığı oteldə saxlanılıb. O, orta məktəb şagirdinin özünü ona 18 yaşlı qız kimi tanıtdığını, zorlama olmadığını, evlənmək niyyətində olduğunu deyib.

N.S.D. də azərbaycanlı gənci sevdiyini və ailə qurmaq üçün birlikdə olduqlarını deyib.

Lakin həddi buluğa çatmayan qızla intim münasibətdə oluğu üçün Əhməd G. yə qarşı cinayət işi açılıb. "Uşağa cins istismar" ittihamı ilə həbs edirərək həbsxanaya göndərilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4536   Tarix: 04 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qardaşım ağır xəstədir, deyir mənə bir şey olsa..." - VİDEO

"Qardaşım "Dialez" xəstəsidir. Onlara da mən baxıram, mən dolandırıram". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgənbdərli "Space star" verilişinə açıqlamasında deyib. Sənətçi qardaşının xəstəliyindən danışaraq göz yaşlarına boğulub:

22.04.2024 501
.

"Hizbullah" İsrailə raket yağdırdı

"Hizbullah" silahlıları İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrini çox sayda raket sistemləri ilə atəşə tutub. Məlumata görə, İsrail ərazisinə azı 30 raket atılıb. 14 yaşayış məntəqəsində hava hücumu xəbərdarlığı səslənib. Bildirilir ki, Livanla sərhəddən 20 kilometr uzaqlıqda yerləşə

22.04.2024 440
.

Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə salındı

Bir neçə gün bundan öncə ürək çatışmazlığından vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə düşüb. -ın əldə etdiyi məlumata görə, sənətçinin qız nəvəsi Rəfiqə Məmmədovanın yaxın vaxtlara planlaşdırılan toy məclisi məlum hadisə səbəbindən təxirə salınıb. Əməkdar artist Cavanşi

22.04.2024 1646
.

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Azərbaycanda müdir işçisini ona salam vermədiyinə görə işdən qovub. Qaynarinfo xəbər verir ki, bu barədə vətəndaş Nazlı Ağayeva sosial şəbəkədə məlumat verib. Nazlı Ağayevanın sözlərinə görə, həmin şəxs işə çıxdığı günün səhərisi şirkət rəhbərinin yanından keçib, lakin tanımadığı üçün ona salam verməyib:

22.04.2024 632
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

12:14 249
.

Türkiyədə metro stansiyasını su basdı - VİDEO

Türkiyənin İstanbul şəhərində metronu su basıb. BİG.AZ xəbər verir ki, leysan yağışı nəticəsində "Yenibosna" metro stansiyası su altında qalıb. Həmin görüntüləri təqdim edirik:

22.04.2024 285
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

12:27 350
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

10:59 329
.

" ABŞ Konqresdə bu işə əl qoyan konqresmenlərin erməni diasporası ilə əlaqələrinin olması şübhəsizdir" - Politoloq

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nda fəal rol oynadığ

15:21 126