Hansı ölkədə asanlıqla vətəndaşlıq almaq olar? - ARAŞDIRMA

Hansı ölkədə asanlıqla vətəndaşlıq almaq olar? - ARAŞDIRMAYüksək istehsal potensialına və aşağı doğum göstəricisinə malik Qərb ölkələri işçi qüvvəsinə olan tələbatı ödəmək üçün hər il yüz minlərlə əcnəbiyə ölkə vətəndaşlığı verir. Lakin bu vətəndaşlığı əldə etmək üçün hər bir miqrant müəyyən tələblərə cavab verməlidir. Rusiyanın "Lifenews" agentliyi xarici ölkə vətəndaşlığı əldə etməyin sadə yollarını araşdırıb.

BiG.AZ modern.az-a istinadən həmin araşdırmanı təqdim edir.

Avstraliya

Miqrantlar ölkəsi sayılan Avtraliyada vətəndaşlıq əldə etməyin ən sadə yolları yerli universitetə daxil olmaq, Avstraliya vətəndaşı ilə ailə həyatı qurmaq, yaxud "kenqurular ölkəsi"ndə biznes açmaqdan ibarətdir.

Bundan başqa, vətəndaşlıq əldə etmək istəyən miqrantlar üçün bal sistemi də formalaşıb.

Miqrantlar bir neçə göstərici üzrə bal qazana bilərlər. Bu göstəricilərdən ilki yaşla bağlıdır. Yaşı 25-32 arası olan miqrantlar daha çox bal qazanırlar.
İkinci göstərici ixtisasla bağlıdır. Avstraliyalılar daha çox ehtiyac duyduqları - İT mütəxəssisi, hüquqşünas, həkim və pedaqoq ixtisasına yiyələnmiş miqrantlara üstünlük verirlər.
Ən yüksək bal iş stajı 8 ildən çox olanlara verilir. Miqrantların məhkumluğunun olmaması, orqanizmin sağlamlığı və ingilis dilini mükəmməl səviyyədə bilməsi də əlavə ballar gətirir.

ABŞ

Amerikada miqrantlar üçün vətəndaşlığa gedən yol Qrin-kartın alınması ilə başlayır. Bu kart ölkədə yaşamaq və işləmək hüququ verən sənəddir. Sənəd əldə etməyin ən asan yolu amerikalı ilə ailə həyatı qurmaqdan ibarətdir. Bu halda miqrant 5 il deyil, 3 il ABŞ-da daimi yaşadıqdan sonra vətəndaşlıq almaq üçün sənədlərini təqdim edə bilər. Başqa bir real yol Amerika şirkətlətlərindən birinə işə düzəlməkdən keçir.
5 il müntəzəm Amerika ərazisində yaşayan şəxs müsahibə verdikdən və ABŞ-a sədaqət andı içdikdən sonra vətəndaşlıq pasportunu ala bilər.

Amerikanın vətəndaşı olmaq üçün həmin vətəndaşlığı qanuni əsaslarla almaq da mümkündür. Belə ki, 500 min dollara Qrin-kart əldə edib, ölkənin istənilən ştatında 10 nəfərdən az işçisi olmamaq şərti ilə biznes quran hər bir şəxs 2 ildən sonra ölkə vətəndaşı ola bilər.

Kipr

Böyük maliyyə imkanları olan şəxslər Avropa Birliyinin üzvü olan Cənubi Kiprdə asanlıqla vətəndaşlıq ala bilərlər. Bunun üçün adada dəyəri 2,5 milyon avrodan ucuz olmayan daşınmaz əmlak alınmalıdır. Ya da investor eyni məbləği Kiprin qiymətli kağızlarına və yerli biznesinə yatırmalıdır. Bütün bunlar, ölkə qarşısında xidmətlər sayılacaq və 4-5 aya vətəndaşlıq almağa kifayət edəcək.

Birləşmiş Ərəb Əmirlikləri

Yaxın Şərqin ən zəngin ölkələrindən sayılan Birləşmiş Ərəb Əmirliklərində ən asan vətəndaşlıq yerli sakinlərə ərə getmiş qadınlara verilir. Lakin bu proses də xeyli vaxt aparır. Əmirliklərin vərtəndaşı ilə ailə həyatı qurmaq, 10 il bu nikahda yaşamaq və öz vətəndaşlığından imtina belə, əcnəbi qadına vətəndaşlıq verməyə kifayət etmir. BƏƏ Daxili İşlər Nazirliyinin razılığı bu prosedurda həlledici rol oynayır. Maraqlıdır ki, bu imtiyazlar yalnız əcnəbi qadınlara aiddir. Ərəb Əmirliklərinin sakini olan qadınlarla evlənmək əcnəbi kişilərə vətəndaşlıq almaq hüququnu vermir. BƏƏ Küveyt, Bəhreyn və Oman vətəndaşlarına 3 ildən, digər ərəb ölkələrinin sakinlərinə isə 7 ildən sonra vətəndaşlıq hüququ verir.

Qalan ölkələrin vətəndaşları isə bu hüququ yalınz 30 il BƏƏ-də yaşadıqdan sonra əldə edirlər. Bu müddətdə onların əldə etdikləri gəlir, yaxud məşğul olduqları biznes önəmli olmur.

Fransa

Fransada vətəndaşlıq almaq üçün azı 5 il bu ölkədə yaşamaq lazımdır. Yerli universiteti bitirən, yaxud yerli vətəndaşla ailə həyatı quran miqrantlara bu müddət qısaldılır. Fransanın əcnəbilərdən təşkil olunmuş Xarici Legionunda xidməti zamanı yaralanan şəxslərə isə vətəndaşlıq dərhal verilir. Amma bütün vətəndaşlıq almış şəxslər fransız dilini lazımi səviyyədə bildiklərini sübut etməlidirlər. Fransanın xeyrinə beynəlxalq yarışlarda mükafat qazanmış idmançılar da asanlaşmış şərtlərlə yerli pasporta sahiblənirlər.

Küveyt

Dünyada vətəndaşlıq almaq baxımından ən çətin ölkə Küveyt əmirliyidir. Hətta bu ölkə vətəndaşı ilə evlənmək və övlad sahibi olmaq da vətəndaşlıq almağa kifayət deyil. Küveyt vətəndaşlığını şəxsən əmir IV Sabah özü verir. Yalnız bayram günlərində vətəndaşlıq paylayan əmir ildə yalnız 20-30 miqrantı sevindirir. Miqrant Küveyt və əmir qarşısında xüsusi xidmətlərə görə, məsələn, sui-qəsd zamanı əmirin həyatını xilas etdiyinə görə vətəndaşlığa ümid edə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3779   Tarix: 04 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27.03.2024 443
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

14:39 0
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

16:37 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

14:20 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0