"Azərpoçt" xaricdə təhsil almaq istəyənlərə müraciət etdi

"Azərpoçt" xaricdə təhsil almaq istəyənlərə müraciət etdi"Azərpoçt" MMC xarici dövlətlərin nüfuzlu universitetlərində təhsil almaq istəyən abituriyentlərə müraciət edib.

Müraciətə səbəb xarici ölkələrdəki təhsil müəssisələrinə sənəd göndərərkən onların ünvanlarının poçtun indeksi, yaşadığınız küçə, ev və mənzil nömrəsi dəqiq göstərilməməsidir.

"Azərpoçt" MMC-nin baş direktor köməkçisi Elşad Nurəliyev bildirib ki, xarici universitetlərdə təhsil almaq istəyən tələbələrə müraciət edərək, ünvan sahibinin adı (fiziki şəxslər üçün - soyadı, adı, atasının adı), küçənin adı, evin və mənzilin nömrəsi, poçt indeksi, yaşayış məntəqəsinin adı (kənd, qəsəbə, şəhər və rayon), muxtar qurumun adı bu ardıcıllıqla yazılmalıdır.

Ünvan sahibinin ünvanı zərflərin, paketlərin, poçt kartlarının və ya poçt göndərişlərinin üzlüyünün aşağı sağ tərəfində, göndəricinin ünvanı isə yuxarı sol tərəfdə yazılmalıdır.

E.Nurəliyev qeyd edib ki, təyinat şöbəsi göstərilməklə poçt göndərişləri "Tələb olunanadək" və ya "Abunə qutusu"na ünvanlana bilər. Bu halda təyinat məntəqəsi, alıcının ünvanı yerində "Tələb olunanadək" və ya "Abunə qutusu"na qeyd edilməlidir. Bu cür poçt göndərişlərinin çatdırılması poçt müəssisəsində həyata keçirilir. Belə ki, alıcı şəxsiyyətini təsdiq edən sənədi təqdim etdikdə "Tələb olunanadək" qeydli göndərişi qəbul edə bilər.

"Müraciət etdiyiniz təhsil müəssisələrindən Sizə cavab məktubu göndərilərkən Sizin və ya həmin müəssisələrin ünvanının dəqiq göstərilməməsi səbəbindən daxil olan məktubları çatdırmaq mümkün olmur. Çünki bəzən zərflərin üzərində yalnız ad və soyad qeyd edilir ki, bir poçt şöbəsinin xidmət ərazisində onlarla eyni ad-familiyalı adamın olması da istisna deyil. Poçt şöbəsinə daxil olan bu cür göndərişlər abituriyentlər müraciət edənə qədər çatdırılmamış qalır. Bu kimi halların aradan qaldırılması, qəbul barədə operativ olaraq məlumatlandırılmanız üçün hər ehtimala qarşı yaşadığınız ünvanın aid olduğu poçt şöbəsi ilə mütəmadi əlaqə saxlamağınız tövsiyə olunur"-deyə E.Nurəliyev əlavə edib.

"Abunə qutusu"na ünvanlanan göndəriş isə alıcının özü tərəfindən abunə olduğu qutudan çıxarılmalıdır. publika.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1364   Tarix: 27 avqust 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 216
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 260
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 183
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19.04.2024 377
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

19.04.2024 342
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 552
.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19.04.2024 729
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 178
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 255