Anhel şəlaləsi [Foto,Video]

Anhel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1059 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anhelin şərəfinə qoyulmuşdur, 1935 – ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir.

Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı - 5°58′03″ şimal, 62°32′08″ qərb hissə.

Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir. "Çurun" yerli insanların dilində Pemón adlanır və mənası "gurultu" kimi tərcümə edilir. Şəlalə həmçinin "Kerepakupai-merú" adlanır, bu adın mənası isə "ən dərin yerdə şəlalə" kimi dilimizə tərcümə edilir.

Şəlalə XX əsrin əvvəllərində tədqiqatçı Ernesto Sançes La Krus tərəfindən tapılmışdır. Lakin buranın adı Ceyms Anheldən əvvəl belə çox tanınmır və hallanmırdı. 1935 – ci ildə amerikan pilot Ceyms Anhel filiz axtarışına görə uçuş edir. 1936 – cı ildə o, geri qayıdır və şəlalənin yuxarı hissəsində dayanır.

Anhelin monoplan "Flaminqo" – su şəlalənin yuxarı hissəsindəki bataqlıq olan torpaqda dayandırıldı və orada 33 il müddətində qaldı. Həmin yerdə onu digər vertolyotların köməyi ilə dartıb, çıxarana qədər qalmışdır. Anhel və onun üç şəriki şəlaləyə düşməyi bacardılar və 11 gün ərzində sivilizasiyaya geri qayırdılar. Hazırkı dövrdə Anhelin təyyarəsi Marakae muzeyindı saxlanılır və şəlalənin yuxarısında isə onun əsl oxşarı yaradılmışdır.

1949 – cu ildə dünyanın ən hündür şəlaləsinə Milli coğrafi təbəqənin nümayəndələri tərəfindən ekspedisiya tərtib edildi. Bu səfər nəticəsində şəlalənin yüksəkliyi tam bəlli oldu və bura kitaba daxil edildi.

Anhel şəlaləsi [Foto,Video]Anhel şəlaləsi [Foto,Video]Anhel şəlaləsi [Foto,Video]


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 11694   Tarix: 03 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş