"Təranə Qumral mənim məşuqəm olub"

"Təranə Qumral mənim məşuqəm olub"Müğənni Təranə Qumralla həmkarı Nazəninin həyat yoldaşı Məhəbbət Həsənov arasındakı məhkəmə prosesi davam edir.

BiG.AZ-ın məlumatına görə, M.Həsənov T.Qumrala onun fotosunu sosial şəbəkədə paylaşdığı, təhqir etdiyi üçün maddi və mənəvi təzminat davası açıb.

M.Həsənovun vəkili Adəm Məmmədov qarşı tərəfin məsuliyyətdən boyun qaçırmaq üçün İnstaqram səhifəsini sildiyini bildirib:

"İnstaqram səhifəsini silərək, məhkəmədə iddiaları rədd edib. Guya, bu səhifə onun deyil, kimsə saxta profil açıb və belə paylaşımlar edib. Amma hamı gözəl bilir ki, həmin profil Təranə Qumralın olub. Biz bunu məhkəmədə sübut edəcəyik, təzminatı alacağıq".

M.Həsənov isə açıqlamasında T.Qumralın onun məşuqəsi olduğunu iddia edib:

"Təranə şəklimi paylaşaraq, təhqirlər yazmışdı. Bunun cavabını verəcək. Mən onun telefonuma yazdığı intim mesajları məhkəmədə sübut etdim. Bizim onunla intim münasibətimiz olub. Bu günə qədər susurdum, amma artıq danışacağam. Mənə vurduğu maddi və mənəvi ziyanı ödəyəcək. Təranə Nazəninin gözünün Musada (müğənni Musa Musayev – red.) olduğunu deyirdi. İndi mən soruşuram: "Təranə mənim məşuqəm olub, ya yox".

Qeyd edək ki, T.Qumral Nazəninin həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazmışdı:

"Mən hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm və seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözünü mənə baxanda qamaşdıra bilirəmsə, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər".

Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı.

Xatırladaq ki, tərəflər arasında məhkəməm prosesi yekunlaşıb. Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını əhatə etdiyi üçün qapalı keçirilib. Məhkəmənin qərarına əsasən, Təranə Qumral Nazəninin şərəf və ləyaqətini alçaltdığı üçün 10 min manat ödəməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 14533   Tarix: 28 sentyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Cavanşir Məmmədovun son sözü bu olub - VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. bildirir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyib ki

24.04.2024 1255
.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20.04.2024 805
.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21.04.2024 978
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 826
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24.04.2024 759
.

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini

21.04.2024 774
.

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı paylaşım etdi

Əməkdar artist Firuzə İbadova mərhum Əməkdar artist, duet ortağı Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam,az xəbər verir ki, müğənni həmkarının ad günündə lentə alınan fotosunu yayımlayaraq bu sözləri yazıb:. "Sənət dostum, əzizim 29 illik işimiz ölməyəcək, nə qədər ki, mən sağam. Bu gün ço

21.04.2024 910
.

Azərbaycanlı müğənnilər nişanlandı

Müğənnilər Sura İskəndərli və Lil Orxan nişanlanıb. OLAY-ın məlumatına görə, cütlüyün nişan mərasimi bu gün baş tutub. Sura və Orxanın görüntülərini təqdim edirik:. Qeyd edək ki, 2018-ci ildə fəaliyyətə başlayan İskəndərli "Ee daha daha nasılsınız" mahnısı ilə daha da populyarlıq qazanıb. Onu

22.04.2024 1299
.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21.04.2024 520