Kadırovun ad gününə hansı ulduzlar gələcək?-VİDEO

Kadırovun ad gününə hansı ulduzlar gələcək?-VİDEOBu gün Çeçenistanın Prezidenti Ramzan Kadırovun doğum günüdür.

Çeçen lider 39 yaşını qeyd edir. Şimali Qafqazın ən ziddiyyətli siyasi şəxslərindən olan R. Kadırov özünün qeyri-ənənəvi idarəetmə üsulları və həyat tərzi ilə tanınır. O, 1976-cı il oktyabrın 5-də keçmiş SSRİ-nin Çeçen-İnquş Muxtar Respublikasının Kurçaloy rayonu, Çentaroy kəndində anadan olub. 2004-cü ildən Rusiya Federasiyasının Milli Qəhrəmanıdır. Atası, keçmiş müfti Əhməd Əbdülhəmid oğlu Kadırov 2000-ci ildən Çeçenistana rəhbərlik edib.

Lakin 2004-cü il mayın 9-da paytaxt Qroznıda Qələbə Günü münasibətilə keçirilən tədbir zamanı törədilən terror nəticəsində dünyasını dəyişib. 2007-ci ilin oktyabrında keçirilən seçkilərdə oğul Kadırov 80,84 faiz səslə prezident seçilib. Çeçenistan rəhbəri Boks Federasiyasının prezidenti və boks üzrə idman ustasıdır. Çeçen prezident öz həmkəndlisi və məktəb yoldaşı Mədinə Kadırova ilə evlidir. Bu xanım media üçün o qədər də açıq qadın deyil. Sərt çeçen həyat tərzi ilə yaşayan prezident ailəsi haqda danışmağı xoşlamır. Orta məktəbdən Mədinəni sevən Ramzanla nikahından 7 uşaq dünyaya gəlib- 4 qız və 3 oğlan. Qızları Ayşat, Karina, Xedi, Təbərik, oğulları Əhməd və Adəm.

Yada salaq ki, çeçen rəhbər 35 yaşını təmtəraqlı təşkil etmişdi. Qroznının "Şəhər Günü" adı altında keçirilən mərasimə Hollivud ulduzları - Kevin Kostner, Jan Klod Van Dam, Hilari Svank, məşhur skripkaçı Vanessa Mae də qatılmışdı. Kadırov ad gününü milli müəllimlər günü və çeçen gənclik günü elan edib. Yerli medianın yazdığına görə, Kadırov ad gününə çağırdığı məşhurlara yüksək məbləğdə qonorar verib. Skripkaçı Vanessa Maenin 500 min dollar aldığı bildirilirdi. Hollivud ulduzlarının nə qədər qonorar aldığı isə bilinmir. Şakiranın da ad günü tədbirində iştirak edəcəyi və konsert verəcəyi qabaqcadan elan olunmuşdu. Amma insan haqları təşkilatlarının təzyiqi onu dəvəti qəbul etməkdən çəkindirib.

Qeyd edək ki, Çeçenistan başçısının bu dəfəki doğum günü tədbirinə hansı ulduzların iştirak edəcəyi gizli saxlanılır.

axar.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1435   Tarix: 05 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877