"Azərbaycan Qarabağı qaytarmaqda Rusiya ilə anlaşa bilər" - ABŞ kəşfiyyatı

"Azərbaycan Qarabağı qaytarmaqda Rusiya ilə anlaşa bilər" - ABŞ kəşfiyyatıBu günlərdə ABŞ-ın özəl kəşfiyyat şirkəti "Stratfor" Rusiyanın Qafqaz strategiyasına dair analiz dərc edib.

Həmin analizdə Azərbaycanla Rusiya arasında Qarabağa dair hansısa gizli sövdələşmə ehtimalından bəhs edilirdi.

İddia olunurdu ki, bu sövdələşmənin bir hissəsi kimi Qarabağda Rusiya sülhməramlıları yerləşdiriləcək, ətraf rayonlar Azərbaycana qaytarılacaq.

"Stratfor"un bu analizi geniş rezonans və müzakirələr doğurdu. İndi bu şirkətin strateji analiz üzrə vitse-prezidenti Riva Bhalla Ukrayna KİV-lərinə müsahibəsində Rusiyanın MDB məkanındakı köhnə münaqişələrin "donunu açması" ehtimalından danışır.

Onun fikrincə, belə münaqişələrin "donunu açmaq" münaqişəni qızışdırmaq qədər asan deyik.

"Siyasi məqamın yetişməsi lazımdır. Məsələn, Dağlıq Qarabağ ətrafındakı situasiyaya nəzər salaq. Azərbaycan bütün müxtəlif qonşularla balanslaşdırma üzrə ekspertdir, xüsusən də Rusiya ilə Qərb arasında. Lakin keçmişə baxaq. Son aylarda Azərbaycan Rusiyaya daha yaxın olub. Və böyük sual budur ki, Moskva Bakı ilə hansı məsələdə anlaşmağa çalışır"- deyə Riva Bhalla bildirib.

"Stratfor" vitse-prezidentinin sözlərinə görə, Azərbaycan öz ərazilərini geri qaytarmaq istəyir. Ancaq bunu hansı yolla edəcək?

"Bütün məsələ ondan ibarətdir ki, Azərbaycan Qarabağı qaytarmaq üçün hansı güzəştə gedəcək. Əgər söhbət hərbi münaqişəyə qədər gedib çıxsa, o zaman Azərbaycan tək hərəkət etməyəcək. Ermənistan boş yerə narahat deyil ki, Rusiya və Azərbaycan bu məsələdə anlaşa bilər"- R.Bhalla deyib.

Ekspertin fikrincə, Rusiya Qafqazda möhkəmlənmək istəyir. Onun Ermənistanla və Azərbaycanla kifayət qədər möhkəm münasibətləri var.

virtualaz.org\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1293   Tarix: 05 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Braziliyanı hava limanını su basdı - VİDEO

Braziliyanın Rio-Qrandi-du-Sul ştatında güclü yağışlar nəticəsində daşqın olub. BİG.AZ xəbər verir ki, daşqın zamanı Salqado Filho Beynəlxalq Hava Limanını su basıb və uçuşlar qeyri-müəyyən müddətə təxirə salınıb. Hadisə yerindən olan videonu təqdim edirik:

10.05.2024 131
.

"Artıq Azərbaycan ağıllı ev sistemləri istehsal edir" - Elmin Sadıqov - VİDEOMÜSAHİBƏ

Şirkətimiz smart sistem olaraq Azərbaycanda yeganə istehsalçı şirkət olan El Smartın qurğuları ilə təchiz edilib. Bizim məqsədimiz insanların təhlükəsizliyini təmin etməkdir. Bu sözləri "Smart system" şirkətinin rəhbəri və təsisçisi Elmin Sadıqov -a müsahibəsində deyib. "Evə təsir edə

10.05.2024 263
.

Tuneldə qəza belə görüntüləndi - VİDEO

Türkiyənin Bomonti-Dolmabahçe tunelində motosiklet sürücüsü idarəetməni itirərək qəza edir. BİG.az xəbər verir ki, qəzanin görüntüləri digər avtomobilin kamerası tərəfindən qeydə alınıb. Həmin videonu təqdim edirik:

10.05.2024 189
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 107 nəfərə çatıb, itkin düşənlərin sayının isə 128-ə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyinin açıqlama yayıb. Yağışların səbəb olduğu daşqınlarda həyat və mülk itkisi artmaqdadır. Daşqınların ölk

10.05.2024 113
.

Prezidentlə xanımının Şuşa sakinləri ilə görüşünün - Videosu

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. "Qafqazinfo" həmin görüşün videosunu təqdim edir:

10.05.2024 138
.

"Gəlir gəlsin, gəlmir, heç lazım da deyil" - Prezidentdən sərt xəbərdarlıq

"Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir". "Qafqazinfo" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı deyib

10.05.2024 277
.

Günəşdə 25 ilin ən güclü partlayışı baş verib

Günəşdə ən yüksək X dərəcəli partlayış baş verib. Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Bildirilib ki, bu, son 25 ilin ən güclü partlayışlarından biridir. Günəş enerjisi emissiyalarının aktiv mərkəzinin yerini nəzərə ala

10.05.2024 156
.

Sabah 24° isti olacaq - PROQNOZ

Mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq. Havanı

10.05.2024 232
.

Tunar oğlunun toyunda xanımı Ülviyyə ilə - VİDEO

Müğənni Tunar Rəhman oğlunun kiçik toyunda xanımı Ülviyyə ilə OLAY-ın kameralarına tuş gəlib. Cütlük Murad Arifin "Oğlum" mahnısının sədaları altında rəqs edərkən görüntülənib. Daha sonra Tunar anası ilə, Ülviyyə isə ifaçının atası Rəhman bəylə rəqs edib

10.05.2024 848