11 sentyabr terrorunu ABŞ-ın törətdiyini sübut edən faktlar açıqlanacaq

11 sentyabr terrorunu ABŞ-ın törətdiyini sübut edən faktlar açıqlanacaqBu dəlil və sübutların arasında peykdən çəkilmiş kadrlar da var.

Ukrayna böhranı ilə başlayan və Şərqi Avropada Qərb-Rusiya qarşıdurmasına çevrilən gərginlik fonunda ABŞ-ın Almaniyada A-10 bombardman təyyarələri yerləşdirməsindən sonra Rusiyadan ABŞ rəhbərliyinə olduqca təsirli bir təhdid edilib.

"Pravda" qəzeti, 11 sentyabr 2001-ci ildə "əkiz qüllələr"ə və Pentaqona təşkil olunan, arxasında "Əl-qaidə"nin olduğu iddia olunan hücumların ABŞ-ın özü tərəfindən həyata keçirildiyinə dair əllərində peyk görüntüləri olduğunu və dəlilləri bütün dünya ilə bölüşəcəyini açıqlayıb.

Məqalədə qeyd olunur ki, amerikalı ekspertlər ABŞ ilə Rusiya arasında münasibətlərin Soyuq Müharibə dövründən bəri ən pis dövrünü yaşadığına inansa da, Putinin Obamanın başına indiyə qədər yalnız kiçik bəlalar açdığını deyirlər. Analitiklər bunun "fırtınadan əvvəlki sakitlik" olduğunu düşünür. "Putin bir dəfə vuracaq, lakin çox sərt vuracaq. Rusiya, ABŞ-ın xüsusi xidmət orqanlarının 11 sentyabr hücumlarının arxasında olduğuna dair dəlilləri təqdim etməyə hazırlaşır. Dəlillər arasında peyk görüntüləri də var".

Qeyd olunur ki, nəşr olunacaq materiallar ABŞ hökumətinin 11 sentyabr hücumlarında iştirakını və ictimaiyyətin iradəsinin uğurla manipulyasiya edilməsindəki fəaliyyətini sübut edə bilər. Hücum ABŞ hökuməti tərəfindən planlaşdırılmışdı, onun əlaltıları tərəfindən həyata keçirildi, lakin Amerikaya və ABŞ insanlarına hücum beynəlxalq terrorizm kimi təqdim olundu.

Bu yalan və öz insanlarını öldürmək, ABŞ-a Yaxın Şərqdə dövlət səviyyəsində müdaxilə və ordakı neft maraqlarını təmin etməyə imkan verdi.

Vurğulanır ki, dəlillər o qədər inandırıcı olacaq ki, ABŞ hökuməti tərəfindən rəsmi dəstəklənən"11 Sentyabr" nağılını boşa çıxaracaq.

Rusiya ABŞ-ın xarici ölkələrə hərbi müdaxilə etməsinə əsas yaratmaq üçün saxta bayraqla öz vətəndaşlarına qarşı terror tətbiq etməsinin bu dövlət üçün adi bir şey olduğunu sübut edəcək. "11 Sentyabr hücumları" barəsində təqdim olunacaq dəlillərin içində təkzibedilməz peyk görüntüləri də olacaq.

Bununla da, ABŞ hökumətinin gizli terror siyasəti ortaya çıxacaq. Amerikalı analitiklərə görə, hökumətin yalanları ifşa olunacaq və ölkə miqyasında şəhərlərdə kütləvi iğtişaşlarla nəticələnəcək.

Amerika Birləşmiş Ştatlarının dünya siyasi arenasında terrorizmlə mübarizədəki yerinin legitimliyi tamamilə tükənəcək. Çünki bu dövlətin terrorla mübarizə etdiyi deyil, terroru özü yaratdığı təkzibedilməz şəkildə sübiut edilmiş olacaq.

Mütəxəssislər, materialların açıqlanmasından sonra yaşanacaq proseslərin çox daha pis ola biləcəyi barədə xəbərdarlıq edirlər.

azadinform.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1368   Tarix: 07 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Kişilərin pensiya yaşının azaldılması təqdirəlayiqdir" - Sosioloq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq.Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.Layihəyə əsasən, kişilərə münasibətdə qadın vəfa

17:01 0
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

15:21 0
.

Azərbaycanda bəzi vəzifəli şəxslərə rütbə ömürlük veriləcək

Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi orqanlarını

13:47 0
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

13:42 0
.

Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı

Bərdə şəhərində yerləşən və "Köhnə bazar" adı ilə tanınan ticarət mərkəzindəki kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı kafedə bir neçə qadının pul müqabilində müxtəlif şəxslərlə intim münasibətdə olması müəyyə

17:22 0
.

Yaxın 2 gündə hava tozlu olacaq

Bu gün günün ikinci yarısından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin aparıcı mütəxəssisi Leyla Mədətova "Qafqazinfo"ya bildirib ki, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır. Peyk görüntülərinə əsasən

15:48 0
.

Azərbaycan bu ölkə ilə quru sərhədi açdı

Azərbaycanın quru sərhədləri 4 ildən artıqdır ki, bağlı olsa da bu qadağa Rusiya vətəndaşlarına aid deyil. -nun əldə etdiyi məlumata görə, sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər. Bu barədə qərar Ümumdünya Səhiyyə Xidmətini

17:12 0
.

Yunanıstanın cənubunda 5,7 bal gücündə zəlzələ olub

Yunanıstanın Peloponnes şəhərinin qərbində zəlzələ olub. BİG.az xəbər verir ki, zəlzələ 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin ardınca 2,9 və 2,1 bal gücündə iki afterşok baş verib. Afina Geodinamika İnstitutu bildirib ki, titrəm

13:01 0
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı

13:24 0