Göyərtilərin şahı ispanağın müalicəvi xüsusiyyətləri

Göyərtilərin şahı ispanağın müalicəvi xüsusiyyətləriQədim Misir ehramlarında tapılan əlyazmalarda eramızdan əvvəl IV əsrdə ispanağın istifadəsi və mədəni sortlarının yetişdirilməsi barədə məlumatlar var.
Ancaq bitkinin mədəni sortlarına oxşayan yabanı növünə yalnız Qafqazda və Mərkəzi Asiyada rast gəlindiyinə görə onun vətəninin həmin ölkələr olduğu güman edilir.
Məşhur şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu "bitkilərin şahı" və "mədənin süpürgəsi" adlandırmışdı.
İspanaq çiy şəkildə istifadə zamanı daha faydalı təsir göstərsə də, bişiriləndə müalicəvi xüsusiyyətlərini itirmir. Bir çox dünya ölkələrinin kulinariyasında ispanağın özünəməxsus yeri var. Ondan xörək, salat, şoraba, qəlyanaltı, püre, sous və konservlərin hazırlanmasında istifadə edilir. Tərkibində olan yüksək miqdarda bioloji aktiv maddələr uşaqların qidasında da ondan istifadə etməyə əsas verir.
- İspanaq qanazlığı, hipertoniya, şəkərli diabet, vərəm, hipoasid qastrit, enterokolit, qəbizlik və parodontoz kimi xəstəliklərin müalicə və profilaktikasında tətbiq olunur.
- İspanağın tərkibində olan fol turşusu hamiləlik zamanı döldə sinir sisteminin normal formalaşmasını təmin edir, yaşlılarda isə Alzheymer xəstəliyinin qarşısını alır.
- Tərkibində olan dəmir duzları və B qrupu vitaminləri sayəsində qanyaranmanı sürətləndirir, dəmir çatışmazlığı ilə müşayiət edilən qanazlıqlarında olduqca faydalı təsir göstərir, həmçinin dərialtına piy toplanmasının və sellülitin qarşını alır.
- İspanaq yarpaqlarında çox miqdarda olan sekretin zülalı mədə və bağırsaqların, mədəaltı vəzin şirə ifrazını artıraraq həzmi yaxşılaşdırır, bronxların sekresiyasını stimulyasiya edərək bəlğəmin yumşalmasını və xaric olmasını asanlaşdırır. İspanaq tərkibindəki həzm olunmayan liflər sayəsində bağırsağın selikli qişasını qıcıqlandıraraq onun normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır. İspanaq karbohidrat mübadiləsini tənzimləyir, qlükozanın toxumalara keçməsini asanlaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır.
- İspanaq orqanizmdə K vitamininin çatışmazlığı nəticəsində yaranan sümük zəifliyi, qanaxmaya meyillik, damar kirəclənməsi kimi bəzi xəstəliklərin müalicə və profilaktikasında olduqca faydalıdır. Həmin vitamin sümüklərə kalsium, maqnezium və fosforun keçməsini asanlaşdıran osteokalsin maddəsini aktivləşdirir. K vitamini ilə zəngin olan ispanaq uşaq, yeniyetmə və qadınların qidalanmasında əvəzedilməz rol oynayır.
- İspanaq prostat vəzi xərçənginə qarşı güclü vasitədir. Tərkibindəki karotinoidlər şiş hüceyrələrinin inkişafının qarşısını almaqla yanaşı onların öz-özünü məhv etməsinə səbəb olur.
- İspanaq tərkibində olan lütein və zeoksantin maddələri sayəsində sinir sisteminə sakitləşdirici təsir göstərir, qavramanı, zehni qabiliyyəti artırır, yuxunu yaxşılaşdırır, həmçinin makulada yaranan degenerasiya proseslərini ləngidərək görmə zəifləməsinin qarşısını alır.
- Mütəmadi ispanaq qəbulu tərkibindəki yüksək miqdarda E vitamini, koenzim Q10, lipoy turşusu sayəsində sərbəst radikalları neytrallaşdırır, orqanizmdən xaric edir, şiş hüceyrələrinin inkişafının və erkən yaşlanmanın qarşısını alır, dərinin təravətli qalmasını təmin edir.
Tərkibində orqanizmə asan sorulan bitki zülallarının miqdarına görə yalnız noxud və lobyadan geri qalır.
İspanaq bişirildikdən sonra 24 saat ərzində yeyilməlidir. Uzun müddət isti yerdə qaldıqda ispanaqlı yeməyin tərkibində bakteriyaların təsirindən əmələ gələn nitratlar qana sorularaq eritrositlərin oksigen daşımasına mane olur və hüceyrə tənəffüsünü pozur. İstifadə olunduqdan 2-3 saat sonra göyərmə, təngnəfəslik, ürəkbulanma və ishal kimi zəhərlənmə əlamətləri baş verir. İspanaqdan hazırlanan yeməklərə şəkər əlavə edilməsi zəhərlənmə riskini azaldır.
Hansı hallarda ispanaqdan istifadə məhdudlaşdırılır? Tərkibində yüksək miqdarda turşəng turşusu olduğuna görə böyrək və sidik çıxarıcı yolların xəstəliklərində, öd kisəsi daşlarında, pankreatit, podaqra, qastrit, mədə və bağırsağın xora xəstəliyində, həmçinin tərkibində K vitamininin çoxluğuna görə qan laxtalanması yüksək olan xəstəliklərdə az miqdarda istifadə olunmalıdır. Turşəng turşusu cavan, təzə yarpaqlarda daha az olduğundan həmin xəstəliklərdən əzyyət çəkənlər ona xüsusi diqqət yetirməlidirlər.
İspanaq xalq təbabətində müalicəvi vasitə kimi istifadə olunur:
- 10 qram xırda doğranmış ispanaq yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilir, 1-2 saat dəmlənir, süzülür. Xronik qəbizlik, meteorizm, qanazlığı və vərəm zamanı gündə 3-4 dəfə yeməkdən 20 dəqiqə əvvəl 1/4 stəkan içilir.
- İspanaq yarpaqlarının şirəsi sıxılır, 1:1 nisbətində badam və ya küncüt yağı ilə qarışdırılır, alınan qarışığın çay qaşığı ilə uşaqlara verilməsi boy inkişafını sürətləndirir.
- Yanıq və ekzemaların müalicəsində ispanaq yarpaqlarının zeytun yağında bişirməsindən istifadə olunur. Onu hazırlamaq üçün xırda doğranmış yarpaqlar qaynayan zeytun yağına tökülür və ocaqdan götürülərək soyudulur. Yağı süzülmüş yarpaqlar zədəli nahiyəyə qoyulur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1674   Tarix: 08 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 418
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21.04.2024 827
.

Siz də telefonsuz qala bilmirsiniz? - Deməli, bu xəstəliyə tutulmusunuz

Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: nomofobiya. Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda gücl

14.04.2024 271
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14.04.2024 331
.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14.04.2024 472
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21.04.2024 258
.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 195
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 256
.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

14.04.2024 274