"Valideyn məsuliyyəti haqqında" - QANUN hazırlanır

"Valideyn məsuliyyəti haqqında" - QANUN hazırlanır"Bu gün qızların erkən yaşda ailə qurmaları və təcavüzə məruz qalmalarının əsas məsuliyyəti valideynlərdədir. Birinci növbədə onlar günahkardırlar".

Bu sözləri açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsininsədr müavini Sədaqət Qəhrəmanova deyib.

O qeyd edib ki, komitə tərəfindən hazırlanan "Valideyn məsuliyyəti haqqında" qanun layihəsi qəbul olunarsa, valideynlər öz məsuliyyətini hiss edərlər və erkən yaşda qız uşaqlarını ərə verməzlər.
"Hər bir valideyn dünyaya gətirdiyi övladın gələcəyini normal düşünə bilirsə, onu həmin bəlaya düçar etməz. Bununla bağlı Komitə böyük maarifləndirmə tədbirləri həyata keçirir. Sabunçu rayonu Nardaran qəsəbəsində bu mövzuda tədbir keçirdik, həm də 11 oktyabr günü münasibətilə BMT-nin tədbirini qeyd etdik. Bu tədbirin keçirilmə yeri də təsadüf deyildi, çünki orada erkən nikah məsləsi və başqa şeylər bizi narahat edirdi. Bu gün Komitə əsas hədəf kimi kəndləri seçir. Çünki bu problemlər cahil cəmiyyətdə baş verir, savadsız insanlar bunu edir. Erkən nikahı dinimizlə əlaqələndirəndə qarşısımızda sual yaranır ki, bizim hədəflərimiz kimdir və bu sözləri kimə deməliyik. Ona görə müəyyən regionlar var ki, orada erkən nikah, qeyri-rəsmi nikah məsələsi problem olaraq qarşımızdadır. Biz məhz o regionlara, zonalara gedirik və orada insanlarla danışırıq".

S.Qəhrəmanova erkən nikahların yaşandığı regionlar içərisində cənub zonasını xüsusi vurğulayıb.

"Bu yaxınlarda Masallıda olduq, Neftçalda layihəmiz davam edir. Regionların Qadın Resurs mərkəzlərini yaradırıq. Sabirabad, Neftçala, Masallı rayonlarında bu layihə həyata keçirilir və düşünürük ki, bütün regionlarda reallaşdıraq. Yəni hər bir problemin həllində o problemi yaradan hədəfləri tapmaq lazımdır. Hədəfləri tapıb, onlara sözümüzü deyirik. Əsas məsələ insan şüuruna təsir etmək və hüquqi bazanı gücləndirməkdir. İnsanlar belədir, qanun onların qarşısını daha güclü alır və maarifləndirmə şüurlarına nə dərəcədə təsir edirsə, biz nəticə ala bilirik".

Sədaqət Qəhrəmanova vurğulayıb ki, hər bir ailənin ailə psixoloqu olmalıdır. "Sovet dövrünün adamıyam. Bu, indinin problemi deyil. Hələ sovet dövründə ideoloji məsələlər üzrə şəhər partiya komitəsinin katibi işləyirdim. Onda da bu problemlərdən narahat idik və işləyirdik. Ailədə milli-mənəvi dəyərlər, psixoloji durum əsasdır. Bu gün hər bir ailənin ailə pxiloquna ehtiyacı var. Çalışmalıyıq hər bir ailənin öz həkimi, psixoloqu olsun".

Komitə sədrinin müavini bu gün qızların ailə daxilində təcüvüzə məruz qalmasına görə anaların məsuliyyətsiz olduğunu qeyd edib.

"Ailədə ananın rolu uşaqların, əsas da qızların tərbiyəsində çox böyükdür. Ana həssas olmalıdır. Təcazvüzü edən kişi cinsidir. Ana öz qızının üzərində diqqətli olmalıdır. Burada onun hərkətini duymalıdır, hiss etməlidir. Əgər bunu duymursa, iş-işdən keçəndən sonra bunlar hamısı bəlli olursa, o, ana analıq vəzifəsindən istifadə edə bilmir".

Sədaqət Qəhrəmanova qızların təcavüzə məruz qalması, ailədə baş verən məişət zorakılığı ilə bağlı xoşagəlməyən hadisələrin mediada işıqlandırılmasının qəti əleyhinə olduğunu bildirib. "Bununla pis məqamların təbliğatı gedir. Bir ailədə belə gərgin situasiya varsa, kimsə belə bir situasiyanın nəticəsini mətbuatdan oxuyub, televiziyadan baxıb cinayətdə, ölümdə görürsə, elə bil ki, mesaj verilir ki, "səndə belə edə bilərsən?"".

Komitə sədrinin müavini "Valideyn məsuliyyəti haqqında" qanun layihəsinin hələ hökümətdə olduğunu qeyd edib.

"Prosedur qaydalarına uyğun olaraq baxılıb Milli Məclisə təqdim olunmalıdır və Milli Məclisdə müvafiq komitə ona baxmalıdır".

modern.az\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 851   Tarix: 13 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 202
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

25.04.2024 850
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 299
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 822
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

25.04.2024 390
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25.04.2024 400
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 702
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 983
.

Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev bu gün Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. -un əməkdaşları sabiq baş pediatrın yas mərasiminə gələn yaxınları ilə söhbətləşib, bəzi suallar

10:36 0