ATV-də serialın yayımı dayandırıldı, ANS-ə 25 min manat cərimə

ATV-də serialın yayımı dayandırıldı, ANS-ə 25 min manat cəriməBu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasda "ATV" və "ANS" televiziyası tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata və inzibati xətalara dair işə baxılıb.

İclasda Azad Azərbaycan Teleradio Kompaniyası tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 32-ci maddəsinin və "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi Qaydalar"ın 3.7-ci bəndin tələblərinin pozulması ilə bağlı "ATV" telekanalının efirində 10 oktyabr 2015-ci il tarixdə saat 11:31 - 12:31 arasında yayımlanan "SOY" Prodakşn tərəfindən hazırlanan "Qaynanamız" teleserialında qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsi ilə əlaqədar olaraq "Qaynanamız" serialının yayımının 14 oktyabr 2015-ci il tarixdən etibarən bir ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.

Həmçinin iclasda "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 25 iyun 2002-ci il tarixli 345-IIQ saylı Qanununun 35.5-ci maddəsinin, "Reklam haqqında" Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanununun 20.5-ci maddəsinin tələbləri pozulduğuna görə ANS Müstəqil Yayım və Media Şirkətinin "ANS" televiziyasının efirində 25.09.2015-ci il tarixdə saat 23:32-də başlayan "Hobbit: Smauq xarabalığı" bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 manat, 04.10.2015-ci il tarixdə saat 05:46-da başlayan "Saflaşma gecəsi" bədii filminin 30 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 manat, 09.10.2015-ci il tarixdə saat 22:54-də başlayan "Dünya müharibəsi" bədii filminin 31 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 manat, 02.10.2015-ci il tarixdə saat 23:00-da başlayan "Ulduzlar arası" bədii filminin 26 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 manat, 10.10.2015-ci il tarixdə saat 14:17-də başlayan "Üç qardaş" bədii filminin 35 dəqiqədən sonra reklamla kəsilməsi ilə əlaqədar olaraq 5000 manat, ümumilikdə 25 000 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilib.

trend\


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3698   Tarix: 13 oktyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 374
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 518
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 209
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 962
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 285
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1588
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19.04.2024 409
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 916
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 638