Duzun keyfiyyətli olmasını necə müəyyənləşdirmək olar?

Duzun keyfiyyətli olmasını necə müəyyənləşdirmək olar?Gündəlik istehlakda və insanların qida rasionunda zəruri və daimi istifadə olunan məhsullardan biri də duzdur. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vətəndaşlara duz alarkən diqqətli olmağa tövsiyyə edir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, duz alarkən istehlakçılar ilk öncə onun istehsal tarixinə və saxlanma müddətinə diqqət yetirməlidir. Yodlaşdırılan duzun yararlılıq müddəti kalium yodidin istifadəsi zamanı 6 ay, kalium yodatın istifadəsi zamanı isə 9 ay müəyyən edilib. Yodlaşdırılmış duzu quru, sərin və qaranlıq yerdə, qapağı bağlı qablarda saxlamaq lazımdır. Yemək hazırlayarkən yod itkisinə yol verməmək üçün duz son mərhələdə əlavə edilməlidir.

Lazımı miqdarda yodlaşdırılmış duzla təminat yod çatışmazlıqları xəstəliklərinin aradan qaldırılması deməkdir. Lazım olan hormonların yaranması üçün yodun orqanizmə daxil olması vacib şərtlərdən biridir.

Duz orqanizm üçün tələb olunan yodun mənimsənilməsində ən təsirli vasitələrdən biridir. İnsan orqanizmində maddələr mübadiləsində duz həlledici rol oynayır. Duzun gündəlik istehlakının optimal miqdarı 6 qramdan artıq olmamalıdır. İnsanlar tərəfindən istehlak olan duzun 80 faizi hazır məhsullar vasitəsilə qəbul edilir, əlavə duzlamaq üçünsə gündə 2-3 qram duz istifadə edilir.

Yaş qrupundan asılı olaraq insan orqanizminin gündəlik yoda tələbatı mövcuddur. Belə ki, 1 yaşa qədər uşaqlar 50, 2-6 yaş arası uşaqlar 90, 7-12 yaş arası uşaqlar 120, hamilə qadınlar və südverən analar 200, yaşlı insanlar sutkada 100 mkq yod qəbul etməlidir.

Hər bir istehlakçı bilməlidir ki, yodlaşdırılmamış duz qida maddələrinin tərkibində lazımi miqdarda olmadıqda, orqanizmdə qalxanabənzər vəzi hipertrofiyaya (endemik ur xəstəliyi) uğrayır, orqanizmdə maddələr mübadiləsinin, xüsusilə zülal və karbohidratların mübadiləsini zəiflədir, orqanizmin müqavimətini azaldır və s.

Ona görə də, istifadə etdiyimiz duz məhsulun fiziki-kimyəvi, mikrobioloji göstəricilərinin, qablaşdırılması, etiketlənməsi və sairə mərhələlərinin yüksək keyfiyyətə malik olmasına dövlət standartlarına və normativ texniki sənədlərin tələblərinə cavab verməsinə diqqət edin.

Belə ki, duzun yodlaşdırıldığının müəyyən edilməsi üçün birinci növbədə onun qablaşdırılmasına fikir vermək lazımdır. Hər bir istehlakçı bilməlidir ki, duzun yodlaşdırıldığına dair məlumat qabda qeyd olunmalıdır. Duzda yodun kütlə payı 40 10 mkq/q olmalıdır. Məişət şəraitində duzun yodlaşdırıldığını müəyyən etmək üçün müxtəlif üsullardan istifadə olunur. Eyni zamanda laboratoriya təhlilləri şübhələndiyiniz duzun yodlaşdırıldığını müəyyən etmək üçün ən vacib üsullardan biridir.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən 2010-cu ildə ticarət şəbəkələrində aparılan monitorinqlər zamanı ortaya çıxan neqativ hallar və onların aradan qaldırılması məqsədilə həyata keçirilən tədbir nəticəsində qeyd olunan tələblərə cavab verməyən 34,6 ton duz müvafiq qaydada məhv edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1918   Tarix: 16 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

25.04.2024 183
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 198
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 333
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 829
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

25.04.2024 153
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 544
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 474
.

"Qırğızıstan prezidentinin Azərbaycana səfəri xalqlarımızın tarixi və mənəvi əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verəcək" -RƏY

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Politoloq Elşən Manafo

25.04.2024 343
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 196