Prezident İlham Əliyev idman edir (Video)

Prezident İlham Əliyev idman edir (Video)Bakı Tennis Akademiyasının mərkəzi kortu istifadəyə verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılışında iştirak ediblər.

Prezident İlham Əliyev mərkəzi kortun açılışını bildirən rəmzi lenti kəsib.

3 min tamaşaçı yeri olan mərkəzi kortun tikintisi zamanı müasir inkişaf materiallarından istifadə olunmuşdur. Burada idman şərhçiləri və teleoperatorlar üçün xüsusi avadanlıq quraşdırılıb. Bundan başqa, mərkəzi kortun altında 75-80 avtomobil tutumu olan dayanacaq tikilib.

Tennis Federasiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov dövlətimizin başçısına məlumat verib ki, tikintisinə ötən ilin fevralında başlanılan və 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də konsert proqramlarının təşkil edilməsi üçün hər cür imkan var.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzi kortda gənc idmançıların nümunəvi çıxışlarını izlədilər, idman qurğusunun ərazisini gəziblər. Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının trenajor zalı və hovuzu ilə tanış olublar. İlham Əliyev burada idman edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 9317   Tarix: 29 iyun 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740