Eldar və Nigar "Nar Mobile" reklamında [Foto,Video]

Eldar və Nigar Eldar və Nigar Eldar və Nigar 6 iyul 2011-ci il tarixində Eurovision 2011 mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal Azərbaycan telekommunikasiya sektorunda Nar Mobile ticarət nişanını təmsil etmələri ilə bağlı Azerfon MMC ilə eksklüziv müqavilə imzaladılar.

Azerfon MMC-nin Kommersiya məsələləri üzrə baş müdiri S. Teyssedrin sözlərinə görə, Nar Mobile Azərbaycanda 3G+ texnologiyalı xidmətləri təqdim edən ilk və tək mobil rabitə operatorudur.

"Biz hər zaman daha da irəliyə getməklə Azərbaycan telekommunikasiya sektorunun dinamik inkişaf simvoluna çevrilməkdəyik. Eldar və Nigar isə bütün Avropada Azərbaycanın qalibiyyət simvollarıdırlar. Məhz buna görə də Nar Mobile ilə Eldar və Nigar arasında bağlanan əməkdaşlıq müqaviləsi məntiqlidir", - deyə S. Teyssedr vurğuladı.

"Eldar və Nigar Azərbaycan xalqının zəfər və uğur rəmzinə, Azərbaycan gənclərinin simvollarına çevriliblər. Ölkənin ən gənc mobil operatoru kimi Nar Mobile bu əməkdaşlığın uğurlu və müvəffəqqiyyətli olacağına inanır", - deyə Azerfon şirkətinin Marketinq Ünsiyyət Vasitələri Departamentinin Direktoru İ. İbrahimli bildirdi.

Öz növbələrində Eldar və Nigar dinamik inkişaf edən gənc mobil rabitə operatorun simaları olacaqlarından məmnun qaldıqlarını bildirdilər. Onların sözlərinə görə, artıq Nar Mobile-ın 3G+ xidmətlərindən istifadə edirlər və başlanan yeni əməkdaşlığı bu seçimin məntiqi davamı hesab edirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 7017   Tarix: 09 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740