Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]

Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]Yaxın vaxtlarda tanınmış reper Elşad Xose ilə evlanməyə hazırlaşan rəqqasə Oksana Rəsulovanın başqa bir kişilə evli olduğu məlum olub. Rəqqasənin ikinci əri kimi özünü təqdim edən Haqay Avenilov müsahibəsində maraqli faktlar açıqlayıb.

Rəqqasə özünü Oksana Rəsulovanın qanuni əri kimi təqdim edən Haqay Avenilov öz açıqlamasında Oksana ilə 5 il vətəndaş nikahında yaşayandan sonra 2010-cu ilin iyul ayının 14-dən rəsmi nikahda olduqlarını və nikahın pozulmadığını bildirib.

Haqay Avenilov toylarından yarım il sonra Oksananın tanınmış reper Elşad Xose ilə məhrəm münasibətlərinin ortaya çıxdığını başa düşüb. O, Elşad Xosenin onu dəfələrə hədələdiyini bildirib. "O məni hədələyir və belə deyirdi, "Haqay, bu sənin arvadındır, Rusiyaya Blaqoveşenskə gələndə səninlə qalacaq, Bakıya gələndə isə mənimlə. Mən də ona dedim ki, narkomanlarla işim yoxdur".

Haqay Avenilov Elşadla tanışlıqdan sonra arvadında psixi pozuntuların da meydana çıxdığını və buna görə də, Oksananın Rusiyanın Blaqoveşensk şəhərində 2 nömrəli vilayət xəstəxanasında 3 ay stasionar müalicə aldığını bildirib. Amma günlərin bir günü Oksananın Elşadı da həmin xəstəxanada narkomanlıqdan müəlicə etdirmək istədiyini aşkarlayıb.

"Həkim mənə dedi ki, xanımın Bakıdan bir tanışını gətirnək istəyir. Narkomandır və istəyir ki, onu müalicə edim. Mən dərhal başa düşdüm ki, onu çağırmaq istəyir. Bundan sonra dedim ki, boşanıram. Oksana isə şkafdan pasportumu götürüb cırdı və buna görə boşanma ləngidi. Pasportumu isə bir müddət əvvəl bərpa etmişəm".

Rəqqasə Oksana Rəsulova isə haqqında deyilənlərə əsəbi reaksiya verib. "Məni, azəri qızını yəhudinin ayağına verdiniz. Nə bilirsiz, onu da edin!".

Bu hadisənin mərkəzində dayanan Elşad Xosenin özü hələlik ittihamlara cavab verməkdən yayınıb.


Rəqqasə Oksana Rəsulovanın mətbuat konfransında cavabı !

"Əcəb etmişəm. Bu, mənim öz şəxsi işimdir, öz həyatımdır, özüm bilərəm". Bu sözləri evli olduğu məlum olan rəqqasə Oksana Rəsulova bu gün keçirdiyi mətbuat konfransında deyib.

Rəqqasə, həyat yoldaşı Haqay Avenilovun onların evli olması və rəqqasənin bir müddət xəstəxanada psixiator nəzarəti altında müalicə olunması barədə üzə çıxardığı sənədlər və açıqlamalara aydınlıq gətirmək üçün mətbuat konfransı keçirib. Mətbuat konfransına sevgilisi Elşad Xose ilə təşrif buyuran Oksananın açıqlamaları jurnalistləri daha da şoka salıb.

Əvvəlcə evli olduğunu təkzib etməyə cəhd göstərən rəqqasə mətbuat nümayəndələrinin məntiqi sualları qarşısında aciz qalıb. Çıxılmaz vəziyyətdə olduğunu başa düşən Oksana hər şeyi boynuna almaqla yanaşı, etdiyi hərəkətlərdən peşman olmadığını da dilə gətirib: "Əcəb eləmişəm, öz həyatımdır, özüm bilərəm. Mən onda istədiyim kişiliyi görmədim".

Elşad Xose isə sevgilisi ilə bağlı məlumatlara belə münasibət bildirib: "Elə bilirsiniz təzə xəbər yazmısınız? Hamının hər şeydən xəbəri var, hər kəs bilir ki, mən narkomanam. Hə, nə olsun ki?".

Rəqqasə Oksana isə Haqayın onu narkoman adlandırmasının və bu açıqlamanın efirə getməsinin ona olduqca pis təsir etdiyini və Haqayın məhkəmə qarşısında cavab verəcəyini bildirib. Hətta narkoman olmadığını sübuta yetirmək üçün jurnalistlərin iştirakı ilə narkotik testindən də keçib.


Rəqqasə Oksana Rəsulova bu gün keçirdiyi mətbuat konfrsanda ailə həyatında baş verənlərlə yanaşı, narkoman olması haqda iddialara da münasibət bildirib.

"Trend Life"a istinadən verdiyi məlumata görə, o, narkoman olmadığını sübut etmək üçün elə mətbuat konfransındaca narkoloji testdən keçib. Test rəqqasənin qanında narkotik aşkarlamayıb.

Mətbuat konfransında iştirak edən məşhur repçi Elşad Xose də bu haqda danışıb. Vaxtilə narkoman olduğunu etiraf edən Elşad deyib: "Bu, keçmişdə qalıb. Biz Oksana ilə tanış olduqda o, mənim qarşımda seçim qoydu – ya o, ya narkotik. Mən sevgimin xətrinə Oksananı seçdim".

Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]Rəqqasə Oksananın həyat yoldaşı Haqay Avenilov. Şok cavab! [Yeniləndi] [Foto]


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 16642   Tarix: 13 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431