Kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır

Kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır

Əksər Avropa ölkələrində istirahət mövsümü kitab oxumaq üçün fürsət hesab olunur. Amma bu gün çoxumuz nəinki istirahət mövsümündə, heç bikarçılıqdan ürəyimiz sıxılanda da kitab oxumaq barədə düşünmürük. Günümüzün çoxunu ya çayxanada, ya kompyuter arxasında, ya da televizor qarşısında keçiririk. Hələ mən kitaba pul xərcləyənlərə cəmiyyətimizdə birtəhər baxılmasından danışmıram. Halbuki kitab oxumağın insan psixologiyasına və səhhətinə bir sıra müsbət təsirləri var... "Kitab oxuyarkən ürək

Döyüntüsü normallaşır"

Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı mütəxəssislər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır: "Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir". Mütəxəssislərin araşdırmalarına görə, qiraət edərkən əzələlərin gərginliyi aradan qalxır və ürək döyünməsi normallaşır. Kitablar uşaqların zehinlərinin, hisslərinin, danışıq qabiliyyətinin inkişafında da önəmli rol oynayır. Kitab oxumaq uşağın təxəyyülünü genişləndirir, daxili dünyasına müsbət təsir göstərir.

"Oxumaq vərdişi ailədə qazanılmalıdır"

Psixoloqlar hesab edirlər ki, kitab oxumaq vərdişi ilk əvvəl ailədə qazanılmalıdır. Bu səbəbdən də valideynlər uşağı müxtəlif kitablarla təmin etməli, ona tez-tez kitab oxumalıdırlar. Britaniyalı mütəxəssislər hesab edirlər ki, valideynlər kitab almağa uşaqları ilə birgə getməlidirlər. Bu zaman onlara kitab seçmələri üçün istədikləri qədər vaxt verilməlidir: "Başlanğıcda övladınıza rahat əldə tuta biləcəyi, içində qısa hekayələri və maraqlı şəkilləri olan kiçik kitablar alın, çünki o, məhz belə kitabları sevir".

"Kitabxanaların çoxunda 30 yaşdan yuxarı oxucu yoxdur"

1978-ci ildən Sumqayıt şəhərindəki 14 saylı kitabxanada çalışan Hafizə Pirimova deyir ki, sovet dövründə insanlar daha çox kitab oxuyurdular, nəinki indi. Lakin Hafizə xanım hesab edir ki, o dövrün insanları çox kitab oxumalarına baxmayaraq, daha az dünyagörüşünə malik idilər, həyata dar çərçivədən baxırdılar: "Həmin dövrdə insanlar öz işlərini yerinə yetirmək üçün sanki kimdənsə əmr, tapşırıq ğözləyirdilər".

Müsahibimizin sözlərinə görə, müstəqillik dövründə, xüsusilə də 1993-1997-ci illərdə ölkəmizdə kitab oxuyanların sayı xeyli azalıb: "Lakin 2000-ci ildən başlayaraq, insanların kitaba marağı ilbəil artır. Hazırda bizim əsas oxucularımız məktəblilər və tələbələr olsalar da, kitabxanaya üzv olanlar arasında evdar xanımlar da var".

Kitabxanaların çoxunda 30 yaşdan yuxarı oxucuların yox səviyyəsində olduğunu bildirən Hafizə Pirimova "Oğlanlar, yoxsa qızlar daha çox kitab oxuyurlar?" sualımıza belə cavab verdi: "Daimi oxucularımızdan 710 nəfərinin 495-i evdar xanımdır. 650 tələbə oxucumuzun isə 504 nəfəri qızdır".

"Bizim "bəh-bəh"lə izlədiyimiz seriallara inkişaf etmiş ölkələrdə baxmırlar"

Psixoloq Narınc Rüstəmova qəzetimizə açıqlamasında: "Qızlar 11 yaşda, oğlanlar 12-13 yaşlarında daha çox informasiya almaq ehtiyacı hiss edirlər. Buna görə də onların kitaba, internetə marağı daha çox olur",-dedi. Psixoloq hesab edir ki, ölkəmizdə kitab oxuyanların sayının az olmasının əsas səbəbi əhali arasında televizor aludəçiliyinin geniş yayılmasıdır: "İnsanlar televizora rahat informasiya almaq vasitəsi kimi baxırlar. Bir çox insanlar, əsasən də yaşlı nəsil günün xeyli hissəsini seriallara baxaraq keçirir".

Müsahibimiz deyir ki, bizim "bəh-bəh"lə baxdığımız seriallara inkişaf etmiş ölkələrdə, demək olar ki, baxmırlar".

Psixoloq həmçinin qeyd etdi ki, ortayaşlı və orta yaşdan yuxarı insanların az kitab oxumasının digər səbəbi ailə qayğıları, səbirsizlikdir. Bir qrup insanlar "mənə oxumaq lazım deyil, hər şeyi bilirəm" düşüncəsi ilə yaşayırlar. Gənclər isə daha aktiv həyata meyil göstərirlər.

"İnsanlarda kitaba marağı artırmaq üçün nə etmək lazımdır?" sualımıza Narınc xanım belə cavab verdi: "Təbliğat aparılmalıdır. Məsələn, valideynlər kitabı evdə təbliğ etməli, imkan varsa, kitabxana qurmalı, övladları ilə birgə kitab oxumalıdırlar. Cəmiyyətdə isə kitabla əlaqədar tədbirlər, treninqlər, bayramlar keçirilməli, bukletlər paylanmalıdır. Bukletlərdə hər kitab haqqında qısa məlumatlar yazılmalıdır. Beləliklə, zaman keçdikcə, insanların kitaba marağı artacaq, kitabı həyatlarının bir parçasına çevirəcəklər".

Maraqlı statistika

Araşdırmalar göstərir ki, inkişaf etmiş ölkələrdə daha az televizor seyr edib, daha çox kitab oxuyurlar. Almaniyalı professor Fişer isə: "İnsan düşündükçə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehini məşğələ etmək lazımdır. İllərlə işləməyən beyinin nə hala düşdüyünü özünüz təsəvvür edin".

Bir yaponiyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə hər 7 nəfərə 1 kitab düşür. Azərbaycanda isə bu göstərici minimum səviyyədədir. Bu statistikadan da görünür ki, ölkələrin kitab oxumaları ilə inkişafı düz mütənasibdir. Daha gözəl cəmiyyət üçün, daha çox oxumaq diləyi ilə...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7539   Tarix: 18 iyul 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580